ИмамијЈӘ шиәЛӘринин әгидәЛӘРИ



Yüklə 5,11 Mb.
səhifə35/56
tarix04.01.2019
ölçüsü5,11 Mb.
#90323
1   ...   31   32   33   34   35   36   37   38   ...   56

106-CI ƏSAS


İstər Quran ayələri, istərsə də hədislər insanların axirət aləminə qayıdışının həm cismani, həm də ruhani olmasını təsdiq edir. Cismani qayıdış dedikdə, axirət aləmində insanın, ilahi nemətləri və cəzaları məhz bədəni ilə duyması nəzərdə tutulur ki, bu nemətlər və ya əzablar insan bədəni (hiss orqanları) olmadan heç vaxt hiss edilə bilməz.

Axirət aləminin ruhani olması dedikdə isə məqsəd budur ki, ilahi nemətləri və ya əzabları dərk etmək üçün hiss üzvlərindən əlavə, ruhu da olacaqdır ki, behişti dərk etmək, qəm-qüssə, həsrət və s. xüsusiyyətləri axirət aləminin ruhani olmasına misal göstərmək olar.

Allah-taala hiss olunan nemətləri saydıqdan sonra buyurur:

º†;;;†—÷tË«“ÊφÂÊÓ†«‹†«Ó„t»Ó—Ô†–†”‰„Ó†ÁÔËÓ†«‰tbÓËtGÔ†«‰tŸÓÿÈÂÔ†;

“Allah tərəfindən olan ilahi rizayət məqamı daha böyükdür və o da həqiqətən ən böyük səadətdir.»230

Həsrət və qəm-qüssə barəsində isə belə buyurur:

º†ËÓ†√ÓÊt–—tÁÔÂt†ÈÓËtÂÓ†«‰tÕÓGt—Ó:†«–t†vÔ÷ÈÓ†«˘ÓÂt—Ô†ËÓ†ÁÔÂt†bȆ⁄Óbt‰Ó:n†ËÓ†ÁÔÂt†‰«“†ÈÔƒtÂÊÔËÊÓ†;

“(Ey Peyğəmbər!) Onları həsrət günündən qorxut ki, o gün onların əzabı qəti olacaqdır. Bir halda ki, onlar dünyada qəflətdə olub iman gətirmirlər.»231



107-Cİ ƏSAS


Ölüm həyat sonu deyil, əksinə bir yerdən başqa bir yerə köçməkdən ibarətdir. Bu başqa yerdə əbədi olan axirət aləmidir. Həmçinin dünya həyatı ilə axirət aləmi arasında “Bərzəx» adlı bir aləm də vardır. İnsanlar öldükdən sonra müəyyən müddətə qədər orada qalacaqdır. Bərzəx aləminin həqiqəti və mahiyyəti bizim üçün məlum deyil. Bu haqda olan məlumatımız yalnız Quran və rəvayətlərin bəyan etdiyi qədərdir. Bu haqda bəzi ayələrə diqqət yetirə bilərsiniz:

1-Bir müşrik şəxsin əcəli çatdıqda deyir: “İlahi! Tərk etdiyim vəzifələri yerinə yetirim deyə, məni bir daha dünyaya qaytar!» Ona xitab olunar: “Heç vaxt! Bu dil əzbərindən başqa bir şey deyildir.» Sonra buyurur:

º†ËÓ†ÂÊt†ËÓ—«“∆ÁÂt†»Ó—tGӌφ«‰ÈÓ†ÈÓËtÂ†ÈÔ»tŸÓÀÔËÊÓ†;

“Onların (dünya həyatı ilə axirət) arasında “Bərzəx» (aləmi) vardır ki, (bu bərzəx aləmi) qiyamət gününədək davam edəcəkdir».232

Bu ayədən başa düşülür ki, insanlar ölümdən sonra da həqiqi varlığa malikdir, lakin onların qarşısında, dünya həyatına qayıtmağa mane olan Bərzəx adlı bir aləm vardır.

2-Qurani-kərimdə şəhidlər barəsində buyurulur:

º†ËÓ†‰«“† ÓvÔˉÔË«†‰ÂÓÊt†ÈÔvt Ó‰Ô†bȆGÓ»ȉ†«‹†«ÓÂtË«“ Ï†»Ó‰t†«ÓÕtÈ«“¡Ï††ËÓ††‰Ó„Êt†‰«“† ÓgtŸÔ—ÔËÊÓ†;

“Allah yolunda öldürülənlər ölü deməyin; əksinə, onlar diridir, lakin siz (bu həqiqəti) dərk etmirsiniz.»233

Digər bir ayədə Allah yolunda şəhid olanların yaşayışından söz açılır və buyurulur:

º†bÓ—ÕÈÊÓ†»ÂÓ«†¬ ¬ÁÔÂÔ†«‹Ô†ÂÊt†bÓ÷t‰Á†ËÓ†ÈÓGt Ó»tg—ÔËÊÓ†»«‰sÓ–ÈÊÓ†‰ÓÂt†ÈÓ‰tÕÓvÔË«†»ÁÂt†ÂÊt†ŒÓ‰tbÁÂt†«Ó˙Ó†

ŒÓËtbφŸÓ‰ÓÈtÁÂt†ËÓ†‰«“†ÁÔÂt†ÈÓÕtGÓÊÔËÊÓ†;

“Onlar Allahın Öz kərəm və lütfündən onlara verilmiş (nemətlərdən) sevinir və onların ardınca olub (hələlik onlara) çatmayanlara müjdə verirlər ki, onlar üçün heç bir qorxu yoxdur və qəmli deyillər.»234

(Məqsəd axirət aləminin əzabından amanda qalmaq və dünya əməlləri barəsində qorxu və qəm-qüssənin olmamasıdır).

3-Quran günahkarları (xüsussilə Ali-Fir”on günahkarlarının) ağır vəziyyətindən xəbər verərək onların qiyamət gününədək hər sübh və axşam oda verilməsindən və şiddətli əzab olunmasından söhbət açıb buyurur:

º†«Ó‰Ês«“—Ô†ÈÔŸt—÷ÔËÊÓ†ŸÓ‰ÓÈtÁÓ«†⁄ÔœÔËt«Î†ËÓ†ŸÓgÈt«Î†ËÓ†ÈÓËtÂÓ† ÓvÔËÂÔ†«‰Gs«“ŸÓ:Ô†«ÓœtŒ‰ÔË«†¬‰Ó†b—tŸÓËtÊÓ†«ÓgÓœsÓ†«‰tŸÓ–«“»†;

“Onlar (Bərzəx aləmində) sübh və şam vaxtı cəhənnəmin oduna verilir və qiyamət günü olduqda “Fironçuları cəhənnəm ən çətin əzabına daxil edin!» (deyə xitab olunacaq).»235


108-Cİ ƏSAS


Bərzəx həyatının ilk mərhələsi ruhun bədəndən ayrılması ilə başlanır. İnsan torpağa tapşırıldıqda (çoxlu hədislərdə deyildiyi kimi) mələklər ondan tovhid (Allahın birliyi), nübüvvət (peyğəmbərlik) və bir sıra etiqadi və əməli hökmlər barədə sual edəcəkdir. Məlum məsələdir ki, mömin bir şəxsin bu suallara cavab verməsi, kafirin cavabından tam fərqlənəcək. Qəbir və bərzəx mömin şəxs üçün rəhmət, kafir və münafiqlər üçünsə ilahi əzab məkanı olacaqdır. Mələklərin qəbirdə insandan sorğu-sual etməsi, həmçinin oranın möminlər üçün rəhmət, kafirlər üçün isə əzab yeri olması, bizim dinin zəruri əqidələrindən sayılır. Qəbir evi qiyamətədək davam edən bərzəx aləminin ilkin mərhələsidir. Şiə alimləri qeyd olunan mətləbləri öz kitablarında yazmışlar.

Şeyx Səduq (r. ə) “Əl-etiqadat» kitabında deyir:

Bizim qəbirdə olunacaq sorqu-sual haqqındakı əqidəmiz budur ki, bu sorğu-sual haqdır, bu suallara düzgün cavab verən şəxs Allahın rəhmətinə, ona düzgün cavab verməyənlər isə ilahi əzaba düçar olacaqlar.»236

Şeyx Müfid (r. ə) “Təshihul-etiqad» kitabında yazır:

Qəbir əhlindən dinləri haqda sorğu-sual olunması barədə Həzrət Peyğəmbərdən (s) mötəbər rəvayətlər nəql olunmuşdur. Onların bəzisində insanlardan sorğu-sual aparan iki mələyin adıNakir» Nəkir» adlanmışdır». Daha sonra belə deyir: “Qəbirdə sual edilməsi, ölülərin orada dirilməsinə qiyamət gününədək yaşamağına dəlildir.»237

Həmçinin Xacə Nəsiruddin Tusi (r. ə) “Təcridul-etiqad» kitabında belə yazır:

Qəbir əzabı əqlin hökm etdiyi mötəbər rəvayətlərin dəlalət etdiyinə əsasən, gerçəkləşəcəkdir.»238

Sair islam məzhəblərinin etiqad kitablarına nəzər saldıqda, bu əqidənin onlar tərəfindən də qəbul edilməsinin şahidi oluruq. Lakin Zirar ibni Əmrin qəbir əzabının inkar etməsi deyilmişdir.239



Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin