ИмамијЈӘ шиәЛӘринин әгидәЛӘРИ



Yüklə 5,11 Mb.
səhifə38/56
tarix04.01.2019
ölçüsü5,11 Mb.
#90323
1   ...   34   35   36   37   38   39   40   41   ...   56

114-CÜ ƏSAS


İslam dininin mühüm əqidələrindən biri də qiyamət günü bəzi şəxslərin Allahın izni ilə şəfaət etməsidir.

Şəfaət o kəslərə ediləcəkdir ki, onlar heç vaxt Allah-taala ilə olan rabitələrini tamam şəkildə qırmamış və şəfaət olunmağa ləyaqətli olsunlar. Belə şəxslər bəzi günahlara mürtəkib olduqlarına baxmayaraq şəfaətçilərin vasitəçiliyi ilə bağışlanacaq və bir daha Allahın rəhmətinə nail olacaqlar.

Qeyd etmək lazımdır ki, şəfaətə əqidə Quran və rəvayətlər əsasındanır:

1-Qurani-kərimdə şəfaət:

Bəzi Quran ayələri qiyamət günündə şəfaət ediləcəyindən xəbər verir və eyni halda şəfaəti yalnız Allahın rizası və izni ilə şərtləndirir:

º†ËÓ†‰«“†ÈÓgtbÓŸÔËÊÓ†«˙”†‰ÂÓÊt†«—t Ó÷È”†;

“Şəfaət edənlər Allahın razı olduğu insanlardan başqa, ayrı kəslər üçün şəfaət etməzlər.»257

Ayrı bir ayədə isə belə buyurulur:

º†ÂÓ«†ÂÊt†gÓbÈŸn†«˙”†ÂÊt†»ÓŸtœ†«–tÊÁ†;

“Yalnız Allahın izni ilə şəfaət ediləcəkdir.»258

Buna əsasən Qurani-kərimin nəzərində şəfaət Allahın razılığı və izni ilə qəbul olunmuş bir həqiqətdir.

İndi isə şəfaət edə bilən şəxslər haqqında danışaq:

Bəzi ayələrdə mələklərin şəfaətçi olmasından xəbər verilir:

“Göylərdə nə çox mələklər vardır ki, onların şəfaəti yalnız Allahın izni, istəyi və razılığından sonra fayda verəcək.»259

Quran təfsirçiləri “İsra» surəsinin 79-cu ayəsinin təfsirində Həzrət Mühəmmədin (s) şəfaətçi olacağını söyləmişlər. Allah-taala belə buyurur:

º†ŸÓGÈ”†«ÓÊt†ÈÓ»tŸÓÀÓ„Ó†—Ó»sÔ„Ó†ÂÓv«“«ΆÂÓÕtÂÔËœ«Î†;

“Ümid var ki, Rəbbin səni bəyənilmiş məqama çatdırsın.»260

Müfəssirlər “məhmud» (bəyənilmiş) məqam sözünü İslam Peyğəmbəri (s) üçün şəfaət məqamı kimi təfsir etmişlər.

2-Rəvayətlərdə şəfaət:

Qurani-kərimdən əlavə, bir çox rəvayətlərdə İslam Peyğəmbəri Həzrət Mühəmmədin (s) şəfaətçi olacağından söz gedir. Onlardan bəzisini diqqətinizə çatdırırıq. Həzrət Mühəmməd (s) buyurur:

º†v«“‰Ó†—ÓGÔˉԆ«‹†”“¸†«ÊsÓ«“†gÓb«“ŸÓ Ȇ‰√ÓÁt‰†«‰t„Ó»«“∆—†ÂÊt†«ÔÂsÓ Ȇ;

“Həqiqətən mənim şəfaətim, ümmətimdən böyük günahlar əncam verənlər üçün olacaqdır.»261

Şəfaətin böyük günahlara aid edilməsi bu səbəbdən ola bilər ki, Allah-taala Qurani-kərimdə böyük günahlardan çəkinənlərin bağışlayacağına vədə vermişdir.262 Ona görə də kiçik günahlar üçün şəfaətə və bu kimi şeylərə ehtiyac duyulmur.

º†v«“‰Ó†—ÓGÔˉԆ‹†¸†«ÔŸt◊È Ô†ŒÓÂtG«Î†ËÓ†«ÔŸt◊È Ô†«‰gsÓb«“ŸÓ:Ó†bÓ«œsӌӗt ÔÁ«“†‰«ÔÂsÓ ȆbÓÁÈÓ†‰ÂÓÊt†‰«“†ÈÔgt—„†»«‹;

Həzrət Peyğəmbər (s) buyurur: “Allah-taala mənə beş şey əta etmişdir ki, onlardan biri də şəfaətdir. Mən onu öz ümmətim üçün zəxirə etmişəm (ehtiyat saxlamışam). Mənim şəfaətim Allaha şərik qoşmayanlar üçün olacaqdır.»263

Həmçinin qeyd etmək lazımdır ki, qiyamət günü Əhli-beyt imamları (ə), alimlər və şəhidlər də şəfaət edəcəklər. Bu haqda ətraflı məlumat almaq üçün əqaid kitablarına baxa bilərsiniz.

Bunu da qeyd etməliyik ki, şəfaətə etiqad bəsləmək insanları günah əməllərə cür”ətləndirməməli, əksinə onlar üçün ümid vasitəsi sayılmalıdır. Onlar bu ümidlə doğru yola qayıtmalı, naümid şəxslər kimi tövbə edib Allah dərgahına qayıtmaqdan boyun qaçırmaqla özlərini axirət əzabına düçar etməməlidirlər.

Buradan məlum olur ki, şəfaətin əsas faydalarından biri də onun vasitəsi ilə bəzi günahların bağışlanmasıdır. Buna əsasən mötəzilə firqəsi kimi bəzi bəzilərinin dediyi “şəfaətin fayda və nəticəsi yalnız şəfaət olunanların məqamlarının ucalmasında xülasə olunur” sözü düz deyildir.264



115-Cİ ƏSAS


Axirət aləmində Allahın izni ilə şəfaət etmək, İslam dininin mühüm əqidələrindən sayılır və bu haqda heç bir şübhə yoxdur. Amma belə bir sual yaranır ki, görəsən bu dünyada misal üçün, Həzrət Peyğəmbərdən (s) şəfaət diləmək olarmı? Biz Həzrət Peyğəmbərimizdən (s) diləyərək “Ey Allahın elçisi! Allah yanında mənə şəfaət et» deməyimiz düz işdirmi?

Cavabda qeyd olunmalıdır ki, bu iş (əməl) hicri-qəməri tarixi ilə səkkizinci əsrə qədər bütün müsəlmanlar tərəfindən qəbul olunmuş və caiz bir əməl idi. Amma səkkizinci əsrin yarısından sonra bəzi şəxslər onun əleyhinə qalxıb, belə bir işi caiz bilmədilər. Halbuki, Quran ayələri, Həzrət Peyğəmbərin (s) mötəbər hədisləri və müsəlmanların ardıcıl ənənəsindən əsasən bu əməlin caiz olması başa düşülür. Çünki bir şəxsin şəfaət etməsi onun şəfaət istəyənlər haqqında dua etməsi deməkdir. Mömin şəxsdən dua diləmək şübhəsiz, caiz və bəyənilmiş bir işdir. Həzrət Peyğəmbərdən (s) bir işi diləmək məsələsində isə heç bir söz ola bilməz. İbni Abbasın Peyğəmbərdən (s) nəql etdiyi hədisdə bu əməlin caiz olması aydın şəkildə başa düşülür. O hədis belədir:

ºÂ«“†ÂÊt†—ÓÃÔ‰n†ÂÔGt‰Ân†ÈÓÂÔË Ô††bÓÈÓvÔËÂÔ†ŸÓ‰È”†ÃÓÊ«“GÓ Á†«Ó—t»ÓŸÔËÊÓ†—ÓÃÔ‰«Î†‰«“†ÈÔgt—„ÔËÊÓ†»«‹†gÓÈt∆«Î†«˙”

†gÓbsÓŸÓÁÔÂÔ†«‹Ô†bÈÁ†;

Həzrət Mühəmməd (s) buyurur: “Hərgah, dünyadan getmiş bir müsəlmanın cənazəsinə qırx nəfər müvəhhid (Allahın yeganəliyini qəbul edən) kişi namaz qılarsa, Allah-taala onların həmin müsəlmanın haqqındakı şəfaətini qəbul edər.»265

Məlum məsələdir ki, qırx nəfərin bir şəxs haqqındakı şəfaəti, onların meyyit haqqında dua etməsindən başqa bir şey deyildir.

Tarix kitablarında Peyğəmbərin (s) səhabələrinin o Həzrətdən (s) şəfaət diləməsinə şahid oluruq.

Termezi Ənəs ibni Malikdən belə nəql edir: Həzrət Peyğəmbərə (s) ərz etdim: “Xahiş edirəm, qiyamətdə mənə şəfaət etHəzrət Peyğəmbər (s) buyurdu: “Bunu edərəmSoruşdum: Qiyamət günü sizi harada tapım? O Həzrət buyurdu: “Sirat körpüsünün kənarında266

Şəfaət istəmək şəfaətçidən bir şey diləmək mənasını daşıdığına görə, ilahi peyğəmbərlərin də vaxtında bu cür nümunələrin baş verməsinə şahid ola bilərik. Onların bəzisi Qurani-kərimdə zikr olunmuşdur. O cümlədən:

1-Yəqub peyğəmbərin övladları, günahlarının üstü açıldıqdan (Yusif (ə)-ın başına nə gətirdikləri məlum olduqdan) sonra o Həzrətdən xahiş etdilər ki, Allahdan onlar üçün bağışlanmalarını istəsin. Həzrət Yəqub da onların xahişini qəbul edib, Allahdan onların bağışlanmağını istədi.267

2-Quranda buyurulur ki, hərgah islam ümmətindən özünə zülm etmiş (yəni günahkar) bir şəxs Peyğəmbərin (s) hüzuruna gəlib onun vasistəsi ilə Allahdan əfv diləyərsə, onun öz tövbəsi və və Peyğəmbərin (s) Allahdan əfv diləyi qəbul olunur. Allah-taala Öz rəhmətini belə şəxslərə şamil edər.268

3-Həmçinin münafiqlər (iki üzlülər) haqqında buyurulur:

“Hərgah onlara “gəlin və Peyğəmbərdən istəyin ki, sizin üçün Allahdan əfv diləsin» - deyildikdə, boyun qaçırır və təkəbbülük edirlər.”269

Deməli, mahiyyəti eynilə şəfaət istəmək olan istiğfardan boyun qaçırmaq ikiüzlük nişanəsidirsə, onda onu əncam vermək Allah dərgahında iman və təvazökarlıq əlaməti sayılacaqdır.

Həmçinin qeyd etmək lazımdır ki, məqsədimiz şəfaətin caiz olduğunu isbat etmək olduğundan bu ayələrdə şəfaət edənlərin diri olmaması bizim məqsədimizə xələl yetirmir. Hətta bu ayələr yalnız diri şəxslərdən şəfaət diləməyi yetirsə belə, yenə də bizim sözümüz üçün heç bir irad qarşıya çıxmır. Çünki, diri şəxsdən şəfaət diləmək caiz olarsa, dünyadan getmiş şəxsdən də şəfaət diləməyin heç bir eybi olmayacaq. Bildiyimiz kimi şəfaətçinin ölü və ya diri olması tovhid və şirk üçün meyar deyildir. Burada əsas məsələ onların eşitməsidir. Biz “təvəssül» fəslində onun bəzi faydalarını diqqətinizə çatdıracağıq.

Digər tərəfdən, qeyd etmək lazımdır ki, tovhidə inanan bir şəxsin peyğəmbərlərdən və ilahi övliyalardan şəfaət istəməsi, bütpərəstlərin öz bütlərindən şəfaət istəməsi ilə kökündən fərqlənir. Çünki möminlər iki şeyi nəzərə almaqla ilahi övliyalardan şəfaət istəyirlər: Onlar aşağıdakılardan ibarətdir:

1-Şəfaət məqamı Allaha məxsus və Onun ixtiyarında olan bir məqamdır. Qurani-kərimdə buyurulur:

º†vÔ‰t†‰‰tÁ”†«‰tgÓbÓ«ŸÓ:Ô†ÃÓÂÈŸ«Î†;

“De ki, şəfaət tamamilə Allaha məxsusdur.»270

Həmçinin buyurulur:

º†ÂÓÊt†–Ó«†«‰sÓ–ȆÈÓgtbÓŸÔ†ŸÊtœÓÁÔ†«Ó˙”†»Ó«–tÊÁ†;

“Kimdir ki, Allahın izni olmadan şəfaət etsin və şəfaəti qəbul olsun?»271

2-Möminlərin əl uzatdığı şəfaətçilər Allahın seçilmiş bəndələri və Onun dərgahına yaxın bəndələrdən olduğu üçün duaları da qəbul olunur.

Aşağıdakı iki şərtə nəzər salmaqla müvəhhid möminlərlə besət dövründəki bütpərəst müşriklərin əsaslı fərqi aydın olacaqdır:

Birinci: Müşriklər öz bütləri üçün heç bir məhdudiyyətə inanmır və belə hesab edirdilər ki, Allah taala Öz məqamını kar və kor bütlərə vermişdir! Halbuki, müvəhhid möminlər şəfaət məqamını yalnız Allaha aid bilir və bir kəsin yalnız Onun izni və rizası ilə başqalarına şəfaət edə bilməsinə inanırlar.

İkinci: Həzrət Peyğəmbərin əsrində yaşayan müşriklər cəhalət və puç gümanlar üzündən öz əlləri ilə düzəltdiyi bütləri Allahlıq məqamında hesab edir və bu cansız əşyalara sitayiş edirdilər. Halbuki, müvəhhid möminlər peyğəmbərləri və imamları, Allah-taalanın xalis bəndələri bilib, daimən bu sözləri təkrar edirlər: “əbduhu və rəsuluh” (yəni Həzrət Peyğəmbər (s) Allahın bəndəsi və elçisidir) və ya: “ibadillahis-salihin” (Allahın saleh bəndələri) və s.

Gördüyünüz kimi, bütpərəstlik ilə şəfaət arasında çox böyük fərq vardır. Buna əsasən müşriklər və bütpərəstlərin puç əqidələrini məhkum edən ayələrin islam dininin məşhur əqidələrindən sayılan şəfaətə aid edilməsi əsassız, heç bir şər”i meyara sığmayan qiyas və müğalitə (sofistika) olacaqdır.


Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin