ИмамијЈӘ шиәЛӘринин әгидәЛӘРИ



Yüklə 5,11 Mb.
səhifə4/56
tarix04.01.2019
ölçüsü5,11 Mb.
#90323
1   2   3   4   5   6   7   8   9   ...   56

12-Cİ ƏSAS


Bütün aləm və Allahın işləri mütləq şəkildə haqq olduğu üçün, hikmət sahibinə layiq olan bir surətdə yaranmışdır. O, heç də nahaq və əbəs yerə yaranmamışdır. Bu mətləb Qurani-kərimin müxtəlif ayələrində qeyd olunmuşdur. Misal üçün, aşağıdakı ayəni qeyd edirik:

“Biz göyləri, yeri və onların arasında olanları yalnız haqq olaraq yaratdıq.”16

İnsan və dünyanın sonu, qiyamətin bərpa olunması ilə həqiqətə çevriləcəkdir. Həzrət Əmirəl-möminin Əli (əleyhissalam) bu barədə belə buyurmuşdur:

“Həqiqətən (dünyanın) sonu-qiyamətin başlan-masıdır.”17



İSLAMõN NƏZƏRİNDƏ İNSAN

13-CÜ ƏSAS


İnsan iki şeydən - cism və ruhdan təşkil olunmuş bir varlıqdır. O, öləndən sonra cismi çürüyüb aradan gedəcək, ruhu isə qiyamətə qədər qalıb həyat sürəcək. İnsanın ölümü onun yox olması demək deyildir; o, öləndən sonra Qiyamət bərpa olana qədər bərzəx aləmində yaşayacaq. Qurani-kərim insan xilqətinin son təkamül mərhələsini - ruhun bədənə daxil olmasını aşağıdakı ayə ilə bəyan edir:

“Bu zaman onu (insanı) yeni bir məxluq surətinə saldıq.”18

Həmçinin başqa ayələrdə də öldükdən sonra insanın bərzəx həyatına işarə edərək buyurur:

“Onların önündə, dirilib duracaqları günə (qiyamət gününə) qədər bərzəx vardır.”19

Bərzəx aləminə dəlalət edən ayələrin sayı çox olduğu üçün qeyd olunan bir ayə ilə kifayətlənirik.

14-CÜ ƏSAS


Hər bir insan pak fitrət əsasında yaradılmışdır. Yəni, əgər yaradıldığı həmin vəziyyətdə irəliləyərsə və xarici amillər onu inhirafa yuvarlandırmazsa, hökmən haqqı tapacaq. Heç kəs anadan günahkar və müqəssir halda doğulmamışdır. Pisliklər və çirkinliklər ilkin qayda əsasında olmayıb sonradan yaranır. Bəyənilməz irsi xüsusiyyətlər də insanın iradəsi sayəsində dəyişilə bilər. Buna görə də müasir məsihiyyət aləmində deyilən “İnsan övladının zatı günah əsasındadır” fikri tamamilə əsassızdır.

Qurani-kərim bu barədə buyurur:

“Batildən haqqa dönərək üzünü Allahın fitrət əsasında olaraq insanlara verdiyi dinə (İslama) tərəf tut. Allahın dinini heç vəchlə dəyişdirmək olmaz.”20

Həmçinin İslam Peyğəmbəri Həzrət Mühəmməd (s) buyurur:

“Bütün mövludlar (doğulan insanlar) mütləq pak fitrət əsasında dünyaya göz açırlar.”

15-Cİ ƏSAS

İnsan, müstəqil və tam ixtiyar sahibi olan bir varlıqdır. Yəni əql qüvvəsi əsasında əməl və işlərin müxtəlif yönlərini araşdırıb təhlil etdikdən sonra onu tərk etmək və ya yerinə yetirmək barədə qəti qərara gəlir.

Qurani-kərim buyurur:

º†«Ês«“†ÁÓœÓÈtÊ«“ÁÔ†«‰GsÓ»ȉӆ«Âs«“†g«“„—«Î†ËÓ†«Âs«“†„ÓbÔË—«Î†;

“Biz ona haqq yolu göstərdik. İstər (nemətlərimizə) şükr etsin, istərsə də küfr (bu onun öz ixtiyarında olan işdir.)”21

Həmçinin buyurur:

º†ËÓ†vÔ‰†«‰tÕÓvsÔ†ÂÊt†—Ó»s„ÔÂt†bÓÂÓÊt†g«“¡Ó†bÓ‰tÈÔƒtÂÊt†ËÓ†ÂÓÊt†g«“¡Ó†bÓ‰tÈÓ„tbÔ—t†;

“Və de: “Haqq Rəbbiniz tərəfindəndir. Kim istəyirsə, iman gətirsin, kim də istəyirsə, (iman gətirməyib) kafir olsun.”22



16-CI ƏSAS


İnsan pak fitrətə malik olduğundan, yaxşını pisdən ayırd edə bilən əql qüvvəsinə və ixtiyara malikdir. Buna görə də insan elə bir məxluqdur ki, hər zamanda Allah dərgahına qayıtmaq və yüksək mənəvi dərəcələrə çatmaq yolu onun üzünə açıqdır. Amma yalnız ölümü müşahidə etdiyi an onun tövbəsi artıq qəbul olunmur. Buna görə də peyğəmbərlərin dəvətindən bütün insanlar, hətta Fir”on kimi şəxslər də istifadə edib düz yola qayıda bilər. Belə ki, Qurani-kərim buyurur:

º†bÓvÔ‰t†ÁÓ‰t†‰Ó„Ó†«‰È”†√Óʆ ÓGÓ„tÈ”;†ËÓ†√ÓÁtœÈÓ„Ó†«‰È”†—Ó»s„Ó†bÓ ÓŒtgÈ”†;

“(Ey Musa! Fir”ona) de ki, “(Günahlarından) təmizlənmək istəyirsənmi? Səni Rəbbinin tərəfinə hidayət edimmi ki, Ondan qorxasan?!”23

Beləliklə, insan heç vaxt Allahın bəxşiş və mərhəmətindən ümidsiz olmamalıdır. Qurani-kərimdə buyurulur:

º†‰«“† ÓvtÊÓ◊ÔË«†ÂÊt†—ÓÕÓÂÓ:†«‹†«ÊsÓ†«‹Ó†ÈÓ⁄tb—Ô†«‰–sÔÊÔ˻ӆÃÓÂÈŸ«Î†;

“Allahın rəhmətindən ümidsiz olmayın. Həqiqətən Allah bütün günahları bağışlayar.”24



17-Cİ ƏSAS


İnsan əql kimi bir nura, habelə ixtiyara malik olduğuna görə, gördüyü işlər qarşısında cavabdehlik daşıyır, o, məs”uliyyətli bir məxluqdur. Yəni, o, Allahın, peyğəmbərlərin, islam rəhbərlərinin, özünün və digər insanların, insanlıq məqamının və dünyanın müqabilində cavabdehdir. Qurani-kərimin bir çox ayələrində bəşərin daşıdığı məs”uliyyət haqda belə buyurulur:

º†«ÓËtbÔË«†»«‰tŸÓÁtœ†«ÊsÓ†«‰tŸÓÁtœÓ††„«“ÊÓ†††ÂÓGtƒÔˉ«Î†;

“Əhdə vəfa edin. Çünki əhdə vəfa etmək barəsində sual olunacaqdır.”25

Həmçinin buyurulur:

º†«ÊsÓ†«‰GsÓÂtŸÓ†ËÓ†«‰t»ÓgÓ—Ó†ËÓ†«‰tbÔƒ«“œÓ†„Ô‰sÔ†«Ôˉˆˆ∆„Ó†„«“ÊÓ†ŸÓÊtÁÔ†ÂÓGtƒÔ‰«Î†;

“Şübhəsiz, qulaq, göz və ürək bunların hamısından sorğu-sual olunacaqdır.”26

Başqa bir ayədə buyurulur:

º†√Ó†ÈÓÃtGÓ»Ô†«˘ÊtG«“ÊÔ†√ÓÊt†ÈÔ t—Ó„Ó†GÔœÎÈ;

“Məgər insan güman edir ki, o başlı-başına buraxılacaq?!”27

İslam Peyğəmbəri (s) buyurur:

º√Ó‰«“†„Ô‰sÔ„ÔÂt†—«“Ÿn†ËÓ†„Ô‰sÔ„ÔÂt†ÂÓGtƒÔ‰Ï†ŸÓÊt†—ÓŸÈsÓ Á;

“Agah olun (bilin) ki, sizin hamınız bir-birinizə yol göstərənsiniz və hamınız bir-birinizi (islah etmək yolunda) məs”uliyyət daşıyırsınız.”



18-Cİ ƏSAS

Mənəvi kamala malik olan insanlardan başqa, heç bir insanın digərinə üstünlüyü yoxdur. Üstünlüyün yeganə meyarı yalnız təqva, həyatda özünü çirkinliklərdən qorumaqdır. Qurani-kərimdə buyurulur:

“Ey insanlar, Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız ən çox təqvalı olanınız Allahdan ən çox qorxanınızdır, (pis əməllərdən ən çox çəkinəninizdir).”28

Beləliklə, İslam baxımından qəbilə və coğrafi mənsubiyyət və ona bənzər xüsusiyyətlər insana Allah dərgahında heç bir üstünlük bəxş edə bilməz.





Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin