ИмамијЈӘ шиәЛӘринин әгидәЛӘРИ



Yüklə 5,11 Mb.
səhifə42/56
tarix04.01.2019
ölçüsü5,11 Mb.
#90323
1   ...   38   39   40   41   42   43   44   45   ...   56

124-CÜ ƏSAS (TƏQİYYƏ)


Qurani-kərimin təlimlərindən biri də budur ki, müsəlman şəxsin canı, malı və abır-heysiyyəti, öz əqidəsini izhar etməklə təhlükəyə düşərsə, onda öz əqidəsini gizlətməlidir. Şəriətdə bu əmələ “təqiyyə» deyilir.

Təqiyyənin caiz olmasını Quran və rəvayətlərdən əlavə, sağlam əql və düşüncə də bəzi həssas vaxtlarda ona əməl etməyi düzgün və doğru sayır. Çünki, bir tərəfdən canı, malı və abır-heysiyyəti qorumaq, digər tərəfdən də dini vəzifəyə əməl etmək lazımdır. Lakin bəzi vaxtlar əqidənin izhar edilməsi ilə şəxsin canı, malı və ya abırı təhlükəyə düşərsə, onunla dini vəzifəyə əməl etmək bir-biri ilə ziddiyyət təşkil etdikdə, ağıl və düşüncənin hökmünə əsasən, daha mühüm olan vəzifəyə əməl etmək lazım və zəruridir.

Təqiyyə həqiqətdə zəif adamların zalım və rəhmsizlərin qarşısında bir növ silahı sayılır. Belə bir şəxs üçün təhlükə yaranmazsa, o, heç vaxt əqidəsini gizlədərək şəxsi əqidəsinin əksinə əməl etməz.

Qurani-kərim Əmmar Yasir (həmçinin möhkəm və həqiqi imanlarına baxmayaraq, kafirlərin əlindən xilas olmaq üçün təqiyyə edərək əqidələrinə zidd olan bəzi sözləri danışan şəxslər) haqda belə buyurur:

º†ÂÓÊt†„ÓbÓ—Ó†»«‹†»ÓŸtœÓ†«È«“ÊÁ†«˙”†ÂÓÊt†«Ô„t—ÁÓ†ËÓ†vÓ‰t»ÔÁÔ†ÂÔ◊tÂÓ∆Êsφ»«˘Í«“Ê;

“İman gətirdikdən sonra Allaha kafir olan şəxs (öz cəzasına çatacaq), qəlbi möhkəm imanlı olub, zor gücünə və naçarlıqdan (dildə) küfr izhar edənlərdən başqa.»309

Digər bir ayədə buyurulur:

º†‰«“†ÈÓ sÓŒ–†«‰tÂÔƒtÂÊÔËÊÓ†«‰t„«“b—ÈÊÓ†«ÓËt‰È«“¡Ó†ÂÊt†œÔËÊ†«‰tÂÔƒtÂÊÈÊÓ†ËÓ†ÂÓÊt†ÈÓbtŸÓ‰t†–†”‰„Ó†bÓ‰ÓÈtGÓ†ÂÊÓ†«‹†bÈ

†gÓÈt¡n†«˙”†«ÓÊt† Ó sÓvsÔË«†ÂÊtÁÔÂt† Ôv«“:ΆËÓ†ÈÔÕÓ–s—Ô„ÔÂÔ†«‹Ô†ÊÓbtGÓÁÔ†ËÓ†«‰ÈÓ†«‹†«‰tÂÓgÈ—Ô†;

“Möminlərin (öz) mömin (qardaşlarından) başqa kafirləri dost tutması rəva deyildir və bu cür əməl edən şəxs Allahla öz rabitəsini kəsmişdir. (Onların şərrindən xilas olmaq üçün) zahirdə onlarla dostluq izhar edənlərdən başqa. Allah sizi, Ona qarşı müxalifətçilik etməkdən qorxudur və hamınızın qayıdacaq yeri Allaha tərəfdir.»310

Müsəlman müfəssirləri hamılıqla qeyd olunan iki ayənin şərhində “təqiyyə»-ni şəriətin göstəriş verdiyi bir hökm kimi qəbul etmişlər.311

Ümumiyyətlə, təfsir və fiqh elmlərində müxtəsər təhqiqat aparan hər bir şəxs təqiyyənin İslam dini hökmlərindən olmasını bilir. Yuxarıda qeyd olunan ayələri, həmçinin Ali-Fir”onun arasında öz imanını gizlədən mömin haqqında olan ayəni (“Ğafir» surəsi, ayə 28) görməklə, təqiyyəni tamamilə inkar etmək olmaz.

Qeyd etmək lazımdır ki, təqiyyə haqqında gələn ayələrin, müsəlman şəxsin kafirlərdən təqiyyə etməsi barəsində olmasına baxmayaraq insanın canı, malı və ya heysiyyəti başqa bir müsəlman tərəfindən təhdid edildikdə, təqiyyə edə bilər. Deməli təqiyyə etmək heç də kafirlərdən törənən qorxuya aid deyildir. Bu barədə sünnü alimi Fəxr Razi deyir:

Şafei məzhəbinin əqidəsinə əsasən, müsəlmanların Məkkədə (hərbi) kafirlər arasında düçar olduqları qorxulu vəziyyət, onların öz aralarında da yaransa, canı qorumaq üçün təqiyyə etmək caizdir. Həmçinin təqiyyə etmək təkcə can üçün deyil, mal üçün caizdir. Çünki müsəlmanın malı, onun qanı kimi toxunulmaz hörmətlidir. Öz malını qorumaq yolunda ölən şəxs şəhid sayılır.»312

Əbu Hüreyrə isə bu haqda belə deyir:

Mən Peyğəmbərdən iki növ göstəriş təlim öyrənmişdim. Onların bəzisini camaata açıqlamış, bəzisini isə gizlətmişəm. Çünki onları xalqa desəydim, camaat məni öldürərdi.»313

Əməvi və Abbasi xəlifələrinin hakimiyyət dövrü zülm ilə doludur. O dövrdə öz əqidəsini izhar etdikdə ağır təzyiqlərə mər”uz qalanlar təkcə şiələr deyildi, həm də bir çox sünnü alimləri belə təzyiqlərə düçar olurdular. Onların çoxu Məmunun dövründə “Quranın yaranışı» məsələsində təqiyyə edir və Məmunun bu məsələyə aid olan fərmanından sonra zahirdə onunla həmrəy olduqlarını bildirirdilər. Sünnü alimlərindən yalnız bir nəfəri təqiyyə etmədi və Məmun ilə razılaşmadı. Bu haqda tarix kitablarında ətraflı məlumat verilmişdir.314


125-Cİ ƏSAS


Şiə məzhəbinin əqidəsinə əsasən, təqiyyə bəzi vaxtlar vacib, bəzi vaxtlar isə haramdır. İnsan bəzi vaxtlar (təqiyyə etməyin haram olduğu yerlərdə) canı və malının təhlükəyə düşməsini bəhanə edərək ilə təqiyyə etməməlidir. Bəziləri belə güman edir ki, şiələr hər yerdə təqiyyə etməyi vacib bilirlər. Bu da tam yanlış bir fikirdir. Şiə rəhbərlərinin davranışı heç vaxt belə olmamışdır. Çünki onlar hər bir zamanda və şəraitdə, mövcud məsləhətləri və ya fəsadları nəzərə almaqla münasib yol seçmişlər. Buna görə də lazım bəzi vaxtlar təqiyyə etməmiş və öz əqidəsini izhar etməklə can və mallarını dinə fəda etmişlər.

Ümumiyyətlə şiələrin pak və məsum imamları ya qılıncla zərbətlənib, ya da zəhərləndirilərək şəhid olmuşlar. Əgər onlar öz dövrlərinin zalım rəhbərləri ilə sazişçilik edib onlara xoş üz və şirin dil göstərsəydilər, o böyük məqamlara çata bilərdilər. Lakin məsum imamlar zalimlərin (məsələn, Yezid kimilərin) qarşısında susub təqiyyə etməyi dinin aradan gedib, məhv olması ilə bərabər bilirdilər.

Hazırda da müsəlmanların dini rəhbərlərinin iki vəzifəsi vardır:

1-Bəzi vaxtlar təqiyyə etmək.

2-Bəzi vaxtlar isə (dinin əsası təhlükəyə düşdükdə) canlarından keçib ölməyi qəbul etmək.

Bu söhbətin sonunda qeyd edirik ki, təqiyyə hər kəsin öz şəxsi vəziyyəti və ya zəif adamların zülmkar düşmənlərin qarşısındakı vəziyyətinə bağlıdır. Yəni bu cür düşmənlər qarşısında təqiyyə etməyəcəyi təqdirdə canı, malı və heysiyyəti təhlükəyə düşənlər hökmən təqiyyə etməlidir. Lakin dini hökmlər və məarifə gəldikdə isə, bu barədə təqiyyə etmək düzgün deyildir. Məsələn, din alimi təqiyyə adı ilə şiə məzhəbinin əksinə, yalan və azğın mətləblərdən ibarət olan kitab yaza bilməz. Buna əsasən, tarix boyu şiə alimləri təqiyyə üçün yaranan vəziyyətlərdə belə, özlərinin haqq əqidələrini izhar etmişlər. Onlar cüzi məsələlərdə ixtilafları olsa da, amma tarix boyu heç bir şiə alimi (təqiyyə edərək) bu haqq məzhəbin əqidələrinin ziddinə kitab və ya risalə yazmamışdır. Bunun əksinə əməl edənlər isə imamiyyə şiələrin cərgəsindən çox-çox uzaqdır.

Təqiyyəni, qərəzçi düşmənlərinin zəhərli təbliğatları nəticəsində qəbul edə bilməyənlərə tövsiyə olunur ki, Əməvi və Abbasi, xəlifələrinin həmçinin Osmanlı imperatorunun zamanında şiə tarixini oxuyub əsl həqiqəti başa düşsünlər. Çünki bu dövrlərdə şiələrin Əhli-beyti (ə) müdafiə etdiyi üçün necə ağır vəziyyətlərə düşüb, nə qədər qurbanlar verdiyinin şahidi olmaq olar. Hətta bəzi vaxtlar bu işə görə öz evlərindən və vətənlərindən didərgin düşüb dağlara pənah aparmış, təqiyyə etməklə bu məzhəbi saxlamışlar. Əgər təqiyyə etməsəydilər, onda nə baş verəcəyini demək olardımı? Görəsən, onlar təqiyyə etməsəydilər, hal-hazırda dünyada şiəlikdən bir əsər-əlamət qalardımı?

Ümumiyyətlə, təqiyyə məsələsi ilə əlaqədar edilən bir sıra məzəmmətlər onun səbəbkarlarına aiddir. Həqiqətdə öz canını, malını və heysiyyətini qorumaq üçün təqiyyə edənlər deyil, əksinə islami ədaləti bərqərar icra etmək əvəzinə, Rəsuli Əkrəmin (s) məsum Əhli-beytini (ə) və onların tərəfdarlarını ağır siyasi və ictimai təzyiq altında saxlayan şəxslər məhkum olunmalı və pislənməlidir.

Təəccüblü məsələ budur ki, bəzi nadan şəxslər təqiyyəyə səbəb olan zülmkarları deyil, canını qorumaq məqsədi ilə təqiyyə edən məzlumları məzəmmət edir və onları iki üzlü adlandırırlar. Halbuki, təqiyyə ilə ikiüzlülük (münafiqlik) arasında yerlə göy qədər fasilə vardır. Münafiq şəxs küfrü qəlbində gizlədərək zahirdə yalandan imanlı olduğunu bildirir. Müsəlman isə qəlbi iman nuru ilə dolu olan halda, yalnız zülmkarların ağır işgəncə və əzab-əziyyətlərindən amanda qalmaq üçün təqiyyə edir və qəlbində olanların əksini izhar etməli olur.


Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin