ИмамијЈӘ шиәЛӘринин әгидәЛӘРИ



Yüklə 5,11 Mb.
səhifə44/56
tarix04.01.2019
ölçüsü5,11 Mb.
#90323
1   ...   40   41   42   43   44   45   46   47   ...   56

128-Cİ ƏSAS (BƏDA)


Allah-taalanın insan haqqında təyin etdiyi müqəddərat (təqdir) iki növdür:

1-Heç vaxt və heç cür dəyişilməyən qət”i təqdir.

2-Bəzi şərtlər daxilində dəyişilib başqa bir təqdirlə əvəz olunan şərtli təqdir.

“Bəda»ya inanmaq islam dininin mühüm göstərişlərindən sayılır və demək olar ki, bütün müsəlman məzhəbləri bu əqidəyə inanırlar. Amma onların bəzisi bu əqidə haqqında “Bəda» sözünü işlətməkdən çəkinirlər ki, bu da “bəda» əqidəsinə heç bir zərbə xələ yetirmir, çünki əsas məsələ bu əqidənin sadəcə adı deyil, məna və həqiqətidir.

Bədanın əsası iki şey üzərində qurulmuşdur:

1-Allah-taala elə sonsuz qüdrət və hakimiyyətə malikdir ki, istədiyi vaxt bir şeyin müqəddəratını dəyişə bilər. Allahın o iki vəziyyətin hər birinə qabaqcadan elmi var və onların dəyişməsi Allahın elmində heç bir dəyişiklik yaratmır. Çünki birinci təqdir Allahın qüdrətini məhdudlaşdırılıb Onun bacarığını əlindən alan şey deyildir. Allah-taala yəhudilərin dediyi “ÈӜԆ«‹†ÂÓ⁄t‰ÔˉÓ:Ï» -yəni Allahın əlləri bağlıdır kimi yanlış əqidənin əksinə olaraq sonsuz qüdrətə malikdir və Qurani-kərimin buyurduğuna əsasən “»Ó‰t†ÈÓœ«“ÁÔ†ÂÓ»tGÔË◊Ó «“Ê” -qüdrət əlləri açıqdır.326

Başqa sözlə, Allah tərəfindən qüdrət işlədib xəllaqiyyət və yaradıcılıq etmək həmişə davam edir “Ər-

Rəhman» surəsinin 29-cu ayəsinə əsasən, („Ô‰sÔ†ÈÓËtÂn†ÁÔËÓ†bȆgÓ√tÊn;;;)

Allah-taalanın yaradıcılıq və xaliqiyyəti dayanma-mışdır.

º†v«“‰Ó †«‰tÈÓÁÔ˜ԆÈӜԆ«‹†ÂÓ⁄t‰ÔˉÓ:Ï;;;;

“Yəhudilər dedilər: Allahın əlləri bağlıdır...»327

İmam Sadiq (ə) bu ayənin təfsirində buyurur: Yəhudilər belə güman edirdilər ki, Allah-taala yaratmaqdan əl çəkmiş (və ruzi, ömür və sair kimi) işlərə qarışmır. Allah-taala isə onların bu iddiasını təkzib edərək buyurur:

º†⁄Ô‰sÓ t†«ÓÈtœÈÁÂt†ËÓ†‰ÔŸÊÔË«†»«“†v«“‰ÔË«†»Ó‰t†ÈÓœ«“ÁÔ†ÂÓ»tGÔË◊«“Ê†ÈÔÊtbvÔ†„ÓÈtbÓ†ÈÓg«“¡Ô†;

“Onların öz əlləri bağlansın və (nalayiq) sözləri üçün Allahın rəhmətindən uzaq olsunlar! Əksinə, Onun qüdrəti genişdir və istədiyi kimi infaq edir.»

İmam Sadiq (ə) sonra buyurur:

º†«Ó‰ÓÂt† ÓGtÂÓŸt†vÓËt‰Ó†«‹†ŸÓGsÓ†ËÓ†ÃÓ‰sÓ†ÈÓÂtÕÔˆ«‹Ô†Â«“†ÈÓg«“¡Ô†ËÓ†ÈÔÀt» Ô†ËÓ†ŸÊtœÓÁÔ†«ÔÂsÔ†«‰t„ «“»†;

“Allahın bu sözünü eşitməmisənmi ki, buyurur: “Allah istədiyini məhv edir, istədiyani də sabit saxlayır və Ümmül-kitab (lövhi-məhfuz) Onun yanındadır.»328

Sözün xülasəsi bundan ibarətdir ki, Allah-taalanın sonsuz qüdrətinə əsasən, yaradıcılığı davam edir və O, istədiyi hər bir zamanda insanın ömrünü, ruzisini və sair müqəddəratını dəyişə bilər. Bunların da hər ikisi əvvəlcədən Ümmül-kitabda yazılmışdır.

2-Allah-taalanın qüdrəti ilə bir şeyin müqəddəratının dəyişilib ayrı bir təqdir ilə əvəz olunması, hikmətsiz və məsləhətsiz deyil. Bunların bəzisi hər bir insanın öz əməllərinin nəticəsidir. Yəni insan öz ixtiyar və iradəsi ilə bəzi layiqli və ya nalayiq əməlləri əncam verməklə öz müqəddəratının dəyişilməsinə zəminə yaradır. Məsələn: Bəzi vaxtlar insan valideyninə hörmətsizlik etməklə öz müqəddəratının dəyişilməsinə səbəb olur və bu kimi nalayiq işlər insanın müqəddəratına tam təsir qoyur. Lakin belə bir şəxs ömrünün yarısında öz nalayiq işindən peşman olaraq öz vəzifəsini layiqincə yerinə yetirsə, onun müqəddəratında dəyişikliyin zəminəsi yaranacaq və bu ayə ona şamil olacaqdır:

º†ÈÓÂtÕÔˆ«‹Ô†Â«“†ÈÓg«“¡Ô†ËÓ†ÈÔÀt» Ô;;;†;

“Allah istədiyini məhv edir, istədiyini də sabit saxlayır...»329

Bu məsələ ilə əlaqədar bir çox ayə və rəvayət mövcuddur. Onların bəzisini diqqətinizə çatdırırıq:

1-”Rəd» surəsinin 11-ci ayəsində buyurulur:

º†«ÊsÓ†«‹Ó†‰«“†ÈÔ⁄ÓÈs—Ԇ«“†»vÓËtÂn†ÕÓ sÈ”†ÈÔ⁄ÓÈs—ÔË«†Â«“†»√ÓÊtbÔGÁÂt†;

“Allah-taala, heç bir millət öz müqəddəratlarını dəyişməyincə, onların müqəddəratını dəyişməz.»

2-”Əraf» surəsinin 96-cı ayəsində buyurulur:

º†ËÓ†‰ÓËt†«ÓÊsÓ†«ÓÁt‰Ó «‰tvÔ—È”†¬ÂÓÊÔË«†ËÓ†« sÓvÓËt«†‰ÓbÓ ÓÕtÊ«“†ŸÓ‰ÓÈtÁÂt†»Ó—Ó„«“ n†ÂÊÓ†«‰GsÓ«“¡†ËÓ†«˘Ó—t÷†ËÓ†‰ˆˆ„Êt†„Ó–sÓ»ÔË«†

bÓ√ӌӖtÊ«“ÁÔÂt†»«“†„«“ÊÔË«†ÈÓ„tG»ÔËÊÓ†;

“Abadlıqların (kəndlərin və şəhərlərin) sakinləri iman gətirib, pərhizkar olsaydı, Biz göylərin və yerin bərəkət (qapılarını) onların üzünə açardıq, lakin onlar Allahın dinini təkzib etdilər və Biz də onları öz (nalayiq) əməllərinin cəzasına çatdırdıq.»

3-Mərhum Süyuti öz təfsirində belə nəql edir:

“Bir gün İmam Əli (ə) Həzrət Peyğəmbərdən “Rəd» surəsinin 39-cu ayəsinin təfsiri barəsində soruşduqda, o Həzrət (s) cavabında belə buyurdu: Mən bu ayənin təfsiri ilə sənin və ümmətinin gözlərini işıqlandıracağam. Allah yolunda sədəqə vermək, ataya-anaya yaxşılıq etmək və yaxşı işlər əncam vermək (insanın) bədbəxtçiliyini xoşbəxtliyə çevirir və ömrünün uzanıb, pis ölümdən uzaq olmasına səbəb olur.»330

4-İmam Baqir (ə) buyurur:

“Qohum-əqrəba ilə get-gəl etmək insanın əməllərini təmiz, var-dövlətini isə bərəkətli edir. Həmçinin bəlanı uzaqlaşdırıb, qiyamət hesabını asanlaşdırır və (qeyri-qət”i) əcəli təxirə salır.»331

Sonuncu iki əsasa nəzər saldıqda “bəda»nın məşhur islami bir əqidə olduğu aydınlaşır. Onun adının xüsusi olmasına baxmayaraq, məfhumu bütün müsəlman məzhəbləri tərəfindən qəbul olunmuşdur.

Buraya bu əqidənin hansı səbəbə görə “bəda» adlandırılması haqda iki şeyi qeyd etmək istəyirik:

Birinci: Bu əqidəni İslam Peyğəmbəri (s) bəda adlandırıb. Buxari öz üçün “Səhih» kitabında nəql edir ki, o Həzrət xora, karlıq və korluğa tutulmuş üç nəfər haqqında belə buyurmuşdur:

º†»Óœ«“†‰‰sÁ†ŸÓGsÓ†ËÓ ÃÓ‰sÓ†«ÓÊt†ÈÓ»t Ó‰ÈÓÁÔÂt†;

Allah-taala üçün onları (bu xəstəliklərə) düçar etməsi bəda oldu...»

Daha sonra Həzrət onların sərgüzəştlərini əvvəldən axıradək bəyan edib, Allah tərəfindən onların ikisinin küfr etdiyinə görə sağlamlıqlarının əllərindən alınaraq pis xəstəliklərə mübtəla olmaları haqqında izah verdi.332

İkinci: Bu cür sözlər, camaatın öz dilində də işlədilir. Çünki camaat arasında fikrini dəyişən şəxs “fikrim dəyişildi” - deyə öz fikrindən daşındığını söyləyir. Dini rəhbərlər də camaatın başa düşdüyü dil ilə danışmaq və onları başa salmaq üçün, Allah-taala haqqındada bu sözü işlətmişlər. Buna əsasən Qurani-kərimdə dəfələrlə məkr, hiylə və yaddan çıxarmaq kimi sifətlərin Allah taalaya nisbət verilməsinin səbəbi aydın olur. Halbuki, bu kimi sifətlər (xalqın başa düşdüyü mənada) Allah üçün təsəvvür ediləsi deyil və O hiylə işlətmək və bu kimi rəzil sifətlərdən pak və münəzzəhdir. (Həqiqət isə bundan ibarətdir ki, Allah-taala bu kimi sözlər işlədərək bəndələrə bir sıra həqiqətləri başa salmaq istəmiş və onlar yaxşı başa düşsünlər deyə, bu kimi sözlərdən istifadə etmişdir.) Qurani-kərimdə zikr olunmuş bu kimi sifətləri aşağıdakı ayələrdə görmək olar:

1-”Tariq» surəsi, ayə 15-16.

º†ÈÓ„ÈœÔËÊÓ†„ÓÈtœ«Î;†ËÓ†«Ó„ȜԆ„ÓÈtœ«Î†;

“Onlar (məkr və) hiylə edir. Və Mən də (onların hiyləsi qarşısında) hiylə edir (və onların hiyləsini heç edirəm.)»

2-”Nəml» surəsi, ayə 50.

º†ËÓ†ÂÓ„Ó—ÔË«†ÂÓ„t—«Î†ËÓ†ÂÓ„Ó—tÊ«“†ÂÓ„t—«Î†;

“Onlar məkr (hiylə) etdilər və Biz də (onların məkri qarşısında hiylə) edərək (onların hiylə və məkrlərini puç etdik).»

3-”Nisa» surəsi, ayə 142.

º†«ÊsÓ†«‰tÂÔÊ«“bvÈÊÓ†ÈÔŒ«“œŸÔËÊÓ «‹Ó†ËÓ ÁÔËÓ†Œ«“œŸÔÁÔÂt†;

“Münafiqlər Allahı aldatmaq istəyir (və Allaha qarşı hiylə işlədirlər), bir halda ki, Allah onları aldadır (və onlara hiylə edir).»

4-”Tövbə» surəsi, ayə 67.

º†ÊÓGÔË«†«‹Ó†bÓÊÓGÈÓÁÔÂt†;

“Onlar Allahı yaddan çıxartdı, Allah da onları unutdu (yada salmayıb onlara nəzər etmədi).»

Şiə alimləri bəda” kəlməsi və Allah-taalanın elmində heç cür dəyişiklik olmaması haqqında dəyərli və mühüm tədqiqatlar aparmışlar. Onları bu kitabda qeyd etməyə macal olmadığından ətraflı məlumat almaq istəyənlərə qeyd olunmuş kitablara baxmağı tövsiyə edirik.333



Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin