134-CÜ ƏSAS
Möminlərin, xüsusilə qohum və tanışların məzarını ziyarət etmək böyük təsirlərə malik olan dini əməllərdən biri sayılır. Çünki sükuta dalmış qəbiristan vadisini ziyarət etmək insanı qəflətdən ayıldır, insana ibrət dərsi verir. Belə şəxslər öz-özünə deyirlər: “Ey sonu qara torpaqlar altında qalan insan! Nalayiq işlər görməyin heç bir xeyri yoxdur». Nəticədə öz ruh və həyatlarında əsaslı dəyişiklik yaradıb yeni həyata qədəm qoyurlar. Əziz Peyğəmbərimiz (s) də bu məsələyə toxunaraq belə buyurur:
º†GÔË—ÔË«†«‰tvÔ»ÔË—Ó†bÓ«ÊsÓÁÓ«† Ô–Ó„s—„ÔÂt†«‰t¬Œ—Ó:;
“Qəbirləri ziyarət edin, çünki bu iş axirət (aləmini) xatırladır.»362
Bundan əlavə, din rəhbərlərinin qəbirlərini ziyarət etmək, bir növ dinin və mənəvi məqamların yayılmasıdır. Xalqın diqqətini onların məzarlarına yönəltmək, onların zehnində belə bir fikir yaradır ki, məhz onların mənəviyyəti bu əqidələrə səbəb olur, halbuki, pul və qüdrətli olan lakin mənəviyyətsiz şəxslər isə torpaqlar altında çürüyəcək, heç kəs onların ziyarətinə gəlməyəcəkdir.
Həzrət Rəsuli Əkrəm (s) ömrünün son günlərində “Bəqi”» qəbiristanlığına gedib qəbir əhli üçün dua edərək belə buyururdu: Rəbbim “Bəqi”” qəbiristanlığına gəlib orada uyuşanlar üçün bağışlanmaq istəməyimi göstəriş vermişdir. Daha sonra buyurdu: Qəbir əhlinin ziyarətinə getdikdə belə deyin:
º†«Ó‰GsÓ‰«“ÂÔ†ŸÓ‰È”†«ÓÁt‰†«‰œsÈ«“—†ÂÊÓ†«‰tÂÔƒtÂÈÊÓ†ËÓ†«‰tÂÔGt‰ÂÈÊÓ†ÈÓ—tÕÓÂÔ†«‹Ô†«‰tÂÔGt ÓvtœÂÈÊÓ†ÂÊs«“†ËÓ†«‰tÂÔGt Ó√tŒ—ÈÊÓ†
ËÓ†«ÊsÓ«†«Êt†g«“¡Ó†«‹Ô†»„ÔÂt†‰«“†Õ ÔËÊÓ†;
“Salam olsun bu diyarın mömin və müsəlman sakinlərinə, Allahın rəhməti bizim ölənlərimiz və qalanlarımıza olsun. Biz də inşaalah, sizə birləşəcəyik.»363
İlahi övliyalar və din rəhbərlərinin məzarını ziyarət etməklə əlaqədar, hədis kitablarında çoxlu təkid olunmuşdur Əhli-beyt də (ə) həmişə Həzrət Peyğəmbərin (s) və özlərindən qabaqkı imamların məzarlarını ziyarət etməyə gedər və öz tabeçilərini də bu işi əncam verməyə dəvət edərdilər.
135-Cİ ƏSAS
Ərəb dilində “ğülüvv» kəlməsi həddən aşıb təcavüz etmək mənasını daşıyır. Qurani-kərim əhli-kitaba xitabən buyurur:
º†È«“†«ÓÁt‰Ó†«‰t„ «“»†‰«“† Ó⁄t‰ÔË«†bȆœÈÊ„ÔÂt†ËÓ ‰«“† ÓvÔˉÔË«†ŸÓ‰ÓȆ«‹†«˙”†«‰tÕÓvsÓ†;
“Ey Əhli-kitab! Öz dininizdə həddən aşıb təcavüz etməyin və Allah barəsində haqq sözdən başqa bir şey deməyin.»364
Məsihilər Həzrət İsa (ə) haqqında həddən keçib onu Allah və ya Allahın oğlu adlandırdıqları üçün Qurani-kərim onları bu nalayiq işdən çəkindirmişdir. İslam Peyğəmbəri (s) də vəfat etdikdən sonra bəziləri o Həzrətin, həmçinin Əhli-beyt (ə) haqqında həddi aşıb, onlar üçün Allaha aid olan məqamları nisbət vermişdilər. Buna görə də onlar ğali və ya ğaliyan (həddən təcavüz edənlər) adlanmışlar
Mərhum Şeyx Müfid (r. ə.) bu haqda buyurur:
“Ğalilər (həddən təcavüz edənlər), zahirdə imanlı olmalarını göstərib, lakin Əmirəl-möminini və ya o Həzrətin övladları olan sair məsum imamları Allah və ya peyğəmbər hesab edənlərdir. Onları həqiqətdən uzaq olan sifətlərlə vəsf edirlər.»365
Əllamə Məclisi (r. ə.) buyurur:
“Peyğəmbər və ya məsum imam haqqında qülüvv etmək onları Allah adlandırıb ibadətdə Allaha şərik qoşmaq, xilqətin və ruzinin onlar tərəfindən verilməsini güman etmək, Allahın onlarda hülul etməsini (cilvələnməsini) iddia etmək, onların Allahın izni olmadan qeyb aləmindən xəbərdar olmalarına inanmaq, onları (imamları) peyğəmbər hesab etmək, həmçinin onlar barədə mərifətin hasil olması ilə hər növ ilahi ibadət və təkliflərin götürülməsinə inanmaqdan ibarətdir.»366
Həzrət Əmirəl-möminin Əli (ə) və onun məsum övladları həmişə ğalilərdən uzaq olmuş və onlara lənət göndərmişlər. Biz burada təkcə bir hədisi nəql etməklə kifayətlənirik. İmam Sadiq (ə) öz tərəfdarlarına belə buyurur:
º†«Õt–Ó—ÔË«†ŸÓ‰È”†gÓ»«“»„ÔÂÔ†«‰t⁄Ô‰«“:Ó†‰«“†ÈÔbtGœÔËÁÔÂt†bÓ«ÊsÓ†«‰t⁄Ô‰«“:Ó†gÓ—sÔ†ŒÓ‰tv†«‹†ÈÔgÓ⁄s—ÔËÊÓ†ŸÓÿÓÂÓ:Ó†«‹†ËÓ†ÈÓœsÓŸÔËÊÓ
«‰—sÔ»ÔË»ÈsÓ:Ó†‰Ÿ»«“œ†«‹†;
“Gəncləriniz üçün ğalilərdən qorxun, qoymayın onların əqidəsini korlasınlar. Həqiqətən ğalilər (həddindən aşaraq təcavüz edənlər) Allahın ən şərr məxluqlarıdır. Onlar Allahın əzəmətini kiçiltməyə çalışır, Allah bəndələri üçün isə ilahilik məqamını iddia edirlər.»367
Məhz buna görə onların zahirdə özlərini müsəlman göstərməsinin heç bir faydası yoxdur. Onlar islam alimləri tərəfindən kafir adlandırılmışlar.
Bunu da xatırlatmaq lazımdır ki, ğuluvva yol vermədən, ilahi peyğəmbərlər və övliyalar haqqında hər növ fikir və əqidəni ğuluv adlandırmaq olmaz; hər yerdə ehtiyatlı olmalı, hər bir əqidə və məsələni düzgün şəkildə araşdırmaq lazımdır.
ONUNCU FƏSİL
Dostları ilə paylaş: |