149-CU ƏSAS
Zəngin İslam mədəniyyəti müsəlmanların yorulmaz səylərinin, çəkdikləri zəhmətlərin bəhrəsidir. Onlar müxtəlif millət və irqdən olduqlarına baxmayaraq, iman və əqidə sayəsində din yolunda xitdmət etmiş, bütün qüvvələrini İslamın ali hədəfləri uğrunda sərf etmişlər. Nəticədə hal-hazırda bəşəriyyətin kəskin ehtiyac duyduğu parlaq İslam mədəniyyətini vücuda gətirmişlər.
Bu zəminədə şiələrin özünə məxsus payı vardır. Yüksək İslam mədəniyyətinin inkişafında şiənin mühüm təsir edici rolunu başa düşmək üçün İslam elmləri və mədəniyyətinə aid yazılan kitablara baxmaq kifayətdir.
Ədəbiyyat elminin bünövrəsi Həzrət Əmirəl-möminin imam Əli (ə) tərəfindən qoyulmuşdur. Sonralar o Həzrətin Əbül Əsvəd Duəli kimi şagirdləri, daha sonra isə əksərən İraqda yaşayan Mazəni (vəfat tarixi: 248 h.q.), İbni Səkkit (vəfat tarixi: 244 h.q), Əbu İshaq Nəhvi (imam Kazimin (ə) səhabələrindəndir), Xəlil ibni Əhməd Fərahi (“Əl-eyn» kitabının müəllifidir, vəfat tarixi: 170 h.q.), İbni Dərid (“Əl-cumhu hərə» kitabının müəllifidir, vəfat tarixi: 321 h.q.) və Sahib ibni Ubbad (“Əl-muhit» kitabının müəllifidir, vəfat tarixi: 386 h.q.) və sair kimi yüzlərcə ədib bu yolun davamçısı olmuş və hər biri öz zamanının məşhur lüğət, nəhv, sərf, şer və əruz alimi olmuşlar. Təfsir elmində Həzrət Peyğəmbərdən (s) sonra birinci müfəssir Həzrət Əli (ə) və sair Əhli-beyt imamları (ə), daha sonra Əbdüllah ibni Abbas (vəfat tarixi: 68 h.q.) və onların sair şagirdləri qabaqcıl olmuşdur. Mərhum Şeyx Tusinin (r. ə.) “Tibyan» təfsirinə yazdığım müqəddimədə qeyd etdiyim kimi, on dörd əsr ərzində Qurani-kərimə şiələr tərəfindən yüzlərcətəfsirlər yazılmışdır.
Hədis elmində həmişə şiələr sair məzhəblərdən irəlidə olmuşdur. Onlar, xəlifələrin vaxtında, hədis yazmaq qadağan olunan bir zamanda Həzrət Peyğəmbərin (s) sünnəsini yazmaq və müzakirə etməklə qoruyub saxlamışlar. Onlardan imam Əlinin (ə) səhabələrindən sayılan Əbdüllah ibni Rafi, Rəbiət ibni Səmii və Əli ibni Əbi Rafeni, həmçinin imam Səccad (ə), İmam Baqir (ə) və imam Sadiqin (ə) şagirdlərinin adını qeyd etmək olar. İmam Cəfər Sadiqin (ə) dövründə hədis elmi çox inkişaf etmişdi. Həsən ibni Əli Əl-vəşşan özünün dediyinə görə, Kufə məscidində o Həzrətdən hədis nəql edən doqquz yüz mühəddis görmüşdür.406
Fiqh elmində Əhli-beyt (ə) məktəbindən böyük müctehidlər çıxmışdır. Onlardan bəzilərinin adını aşağıda qeyd edirik:
1-Əban ibni Təğlib (vəfat tarixi: 141 h.q. ).
2-Zurarət ibni Əyən (vəfat tarixi: 150 h.q).
3-Səfvan ibni Yəhya (vəfat tarixi: 210 h.q otuz kitabın müəllifidir).
4-Şeyx Müfid (r.ə).
5-Seyyid Mürtəza (r.ə).
6-Şeyx Tusi (r.ə).
7-İbni İdris (r.ə).
8-Mühəqqiq Hilli (r ə).
9-Əllamə Hilli (r.ə) və yüzlərlə başqa müctehid və fəqih özlərindən sonra çox dəyərli və qiymətli əsərlər qoyub getmişlər.
Şiələr təkcə qeyd olunan zəminələrdə deyil, həm də adları bu müxtəsər kitaba yerləşməyən tarix, rical, dirayə, şer və sair elm sahələrində də İslam mədəniyyətinə misilsiz xidmətlər göstərmişlər.
Bura qədər qeyd olunanlar nəqli elmlərə aiddir. Amma şiələr kəlam və fəlsəfə kimi əqli elmlərdə də sair məzhəblərdən irəli olmuşlar. Bunun da səbəbi şiə məzhəbinin sair məzhəblərlə müqayisədə əqlə geniş yer verməsidir. Şiələr məsum imamların (ə) kəlamlarından ilham alaraq İslami əqidələrin bəyan edilməsi yolunda həddən artıq əmək sərf etmiş və İslam dünyasına böyük mütəkəllim (teoloq) və filosoflar təqdim etmişdir. Şiə kəlamı (əqidələri) İslam dinindəki məzhəblər arasında ən möhkəm və məntiqi kəlam sayılır. Çünki onlar Quran və sünnətdən əlavə, əqli qanunlardan da geniş surətdə istifadə etmişlər. Yüksək mədəniyyətin əsaslarından biri də təbiət aləmi və onun qanunlarının tanınmasıdır. Həzrət imam Sadiqin (ə) adlı-sanlı şagirdlərindən biri də Cabir ibni Həyyan idi. O, təbii elmlərdə böyük məqama çatdığı üçün “kimya elminin atası” adlanmışdır. Coğrafiya sahəsində Əhməd ibni Əbi Yəqub (Yəqub adı ilə məşhur olmuşdur, vəfat tarixi 290 h.q) adlı ilk coğrafiyaşünas bütün İslam ölkələrini gəzmiş və “Əl-buldan» adlı kitab yazmışdır.
Bu hərtərəfli səylər hicri tarixinin 1-ci ilindən bu günədək şiə alimləri vasitəsi ilə davam etmiş və bu yolda bəşəriyyətə xidmət edən çoxlu mədrəsələr və elmi hövzələr yaradılmışdır. Qeyd etmək lazımdır ki, yuxarıda göstərilən faktlar, şiənin İslam elmi və mədəniyyəti sahəsində göstərdiyi xidmətlərin yalnız bir qismidir. Əziz oxucular bu haqda ətraflı məlumat almaq üçün İbni Nədimin “Fehrest», Nəcaşinin “Rical», Şeyx Tusinin “Fehrest», həmçinin “Təsisuş-şi”ə», “Əz-zəriətu ila təsanifiş-şi”ə», “Əyanuş-şi”ə», “Əl-miləlu vən-nihəl» (6-cı cild) və sair kitablara baxa bilərlər.
150-Cİ ƏSAS
İmamiyyə şiələri bəzi fiqhi məsələlərdəki cüzi ixtilafları, islam ümmətinin istismarçılar və xarici düşmənlər qarşısında vəhdət və birliyinə maneə hesab etmir. Həmçinin şiələrin əqidəsinə görə, təfriqəyə səbəb olan bu kimi etiqadi və fiqhi ixtilafları aram bir mühitdə elmi müzakirələr və konqreslər vasitəsilə aradan qaldırmaq, İslami vəhdət yaratmaq tamamilə mümkün bir işdir. Ümumiyyətlə, şəxsi zövq və fikir ayrılığı, insanların təbii bir xüsusiyyəti sayılır. Elmi müzakirə və mübahisə yolunu mütəfəkkirlərə bağlamaq, elm və biliyin sönüklüyü ilə nəticələnəcəkdir. Buna görə də tarix boyu böyük mütəfəkkirlərimiz elmi müzakirələr vasitəsi ilə həqiqət yolunun aydınlaşdırılması naminə səy etmiş və əməli şəkildə İslamın qatı və qəddar düşmənlərinin ziddinə olan hər növ qardaşlıq və vəhdət ideyasını ciddi şəkildə alqışlamışdır. Bütün şiə mütəfəkkirləri və islahatçılarının şüarı belədir:
º†»ÔÊÈÓ†«˘Gt‰«“ÂÔ†ŸÓ‰È”†œŸ«ÂÓ Èʆ„Ó‰ÂÓ:Ô†«‰ sÓËtÕÈœ†ËÓ† ÓËtÕȜԆ«‰t„Ó‰ÂÓ:†;
“İslam dini iki əsas üzərində qurulmuşdur:
1-Yeganə Allaha inanıb, yalnız Ona pərəstiş etmək;
2-Vəhdət və birlik.»
Pərvərdigara! İslam bayrağını dünyanın hər yerində dalğalandır və müsəlmanlar arasına istismarçıların xeyrinə olaraq təfriqə salanları məhv et!
Pərvərdigara! Müsəlmanların müşriklər, münafiqlər və xainlər qarşısında iqtidar və qüdrətini artırıb, bizi doğru yola hidayət et!
Amin, ya Rəbbəl-aləmin!
Dostları ilə paylaş: |