ИмамијЈӘ шиәЛӘринин әгидәЛӘРИ



Yüklə 5,11 Mb.
səhifə9/56
tarix04.01.2019
ölçüsü5,11 Mb.
#90323
1   ...   5   6   7   8   9   10   11   12   ...   56

32-Cİ ƏSAS


Təkvini və təşrii baxımdan tədbir dedikdə məqsəd, (istər dünyada, istərsə də axirətdə) dünyanı və insanı idarə etməkdir. Buna əsasən, bəşəriyyətin işlərində mühüm rol oynayan tədbir məsələsi, hər bir halda yalnız yeganə Allaha məxsusdur.

İndi isə tədbirdə tovhidin ikinci qismini təşkil edən təşrii tədbiri izah edirik:



TƏŞRİİ TƏDBİR

Təkvini işlərdə dünyanın yeganə idarə edicisi Allah olduğu kimi, şəriətə aid olan hər hansı bir iş (hökumət, qayda-qanun qoymaq, şəfaət, günahları bağışlamaq və s. işlər) də tamamilə Allahın ixtiyarındadır. Heç kəs Onun izni olmadan bu işləri görə bilməz. Buna görə də hakimiyyətdə, qanunçuluqda, itaətdə və s. kimi işlərdə yalnız Allahın təsir edən olmasına etiqad tədbirdə tovhidin qismlərindən sayılır.

Beləliklə, Peyğəmbər (s) müsəlmanlara hakim və rəhbər seçilibsə, deməli bu iş mütləq Allahın iznilə olmuşdur. Məhz buna görə də ona itaət etsək, şübhəsiz ki, Allaha itaət etmiş oluruq. Ona itaət etmək Allaha itaət etməklə eyni səviyyədədir. Qurani-kərim bu barədə buyurur:

º†bÓÂÓÊt†«Ó◊«“ŸÓ†«‰—sÓGÔˉԆbÓvÓœt†«Ó◊«“ŸÓ†«‹;

“Hər kəs Peyğəmbərə itaət etsə, şübhəsiz ki, Allaha itaət etmiş olur.”68

Həmçinin buyurur:

ºËӆ«“†«Ó—tGÓ‰tÊ«Ó†ÂÊt†—ÓGÔˉ†«˙”†‰ÈÔ◊«“ŸÓ†»«–tÊ†«‹;

“Biz hər bir peyğəmbəri, ancaq ona Allahın iznilə itaət olunsun deyə, göndərdik.”69

Bu ayələrdən məlum olur ki, əgər Allahın izni olmasaydı, Peyğəmbər(s) nə hakim olardı, nə də itaət olunan. Həqiqətdə, onun hakimiyyəti və ona itaət etmək Allahın hökumətinin və ona itaət etməyin zahir olduğu yerdir. İlahi mükəlləfiyyət və vəzifələrin təyin edilməsi tədbirin bir qismi olduğuna görə, kimsənin Allahın əmr etdiyi əsasda deyil, başqa cür hökm verməyə haqqı yoxdur. Quran buyurur:

º†ËÓ†ÂÓÊt†‰ÓÂt†ÈÓÕt„ÔÂt†»«“†√ÓÊtGÓ‰Ó†«‹Ô†bÓ√Ô‰ˆˆ∆„Ó†ÁÔÂÔ†«‰t„«“b—ÔËÊÓ†;

“Allahın nazil etdiyi hökm əsasında hökm etməyənlər, əlbəttə, kafirdirlər.”70

Həmçinin şəfaət etmək və günahları bağışlamaq Allaha məxsus olan hüquqlardandır. Onun izni olmadan heç kəs şəfaət edə bilməz. Qurani-kərim buyurur:

º†ÂÓÊt†–«†«‰sÓ–ȆÈÓgtbÓŸÔ†ŸÊtœÓÁÔ†«˙”†»«–tÊÁ†;

“Allahın izni olmadan, Onun hüzurunda kim şəfaət edə bilər?!”71

Başqa bir ayədə belə buyurulur:

º†‰«“†ÈÓgtbÓŸÔËÊÓ «˙”†‰ÂÓÊt†«—t Ó÷È”†;

“Onlar yalnız Allahın razı olduğu (izn verdiyi) kəslərdən ötrü şəfaət edə bilər.”72

Beləliklə, islam nöqteyi-nəzərindən günahların bağışlanmasına bərat kağızı verib, hər hansı bir şəxsin axirət əzabının götürülməsini, yaxud həmin bərat kağızı vasitəsi ilə behişti satanların və behiştin ona verilməsini söz verənlərin işi əsassızdır. (Əlbəttə, bu məsələ qədimdə məsihi dinində geniş yayılmışdı). Qurani-kərim buyurur:

º†bÓ«Gt Ó⁄tbÓ—ÔË«†‰–ÔÊÔË»ÁÂt†ËÓ†ÂÓÊt†ÈÓ⁄tb—Ô†«‰–sÔÊÔË»Ó «˙”†«‹†;

“Onlar (müttəqilər) tövbə edərək Allahdan günahlarının bağışlanmasını istəyirlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər?!”73

Qeyd olunanlara əsasən, Allahpərəst bir şəxs, şəriət və dinə aid olan bütün işlərdə, mütləq Allahı tədbirçi bilməlidir. Amma əgər Allah Özü bir şəxsi dini vəzifələri bəyan etmək üçün seçsə onda başqa məsələ.

33-CÜ ƏSAS


İbadətdə tovhid (yəni yalnız Allaha ibadət edib ibadətə yalnız Onu layiq bilmək) bütün ilahi dinlər arasında müştərək bir etiqad və əsasdır. İlahi peyğəmbərlərin göndərilməsinin əsas səbəblərindən biri də bu məsələyə təkid edib, onu yada salmaqdan ibarətdir. Qurani-kərim bu barədə buyurur:

º†ËÓ†‰ÓvÓœt†»ÓŸÓÀtÊ«“†bȆ„Ô‰s†√ÔÂsÓ:n†—ÓGÔˉ«Î†√ÓÊ†«Ÿt»ÔœÔË«†«‹Ó†ËÓ†«Ãt ÓÊ»ÔË«†«‰◊s«“⁄ÔË Ó†;

“Biz hər ümmətə “Allaha ibadət edin və tağutdan çəkinin” - deyə, peyğəmbər göndərdik.”74

Bütün müsəlmanlar ibadətin ən yüksək növü olan namazda buna şəhadət verərək “«Ès«“„Ó†ÊÓŸt»ÔœÔ” (biz yalnız Sənə ibadət edirik) - deyirlər.

Beləliklə, yalnız Allaha ibadət etmək və Ondan qeyrisinin ibadətə layiq olmamasını bilmək haqda heç bir şəkk-şübhəyə yer qalmır. Bu məsələ ilə hətta bir nəfər olsun belə, müxalifət etmir. İxtilaf bəzi cüz”i işlər barəsində ola bilər. Məsələn, görəsən o işlərin görülməsi Allahdan qeyrisinə ibadət olunması hesab olunur, ya yox? Bu zəminədə qəti nəticəyə çatmaq üçün mütləq ibadəti məntiqi baxımdan tərif etməli və ibadət sayılan əməlləri təzim və hörmət sayılan əməllərdən ayırmalıyıq.

Şübhəsiz ki, ata-anaya, peyğəmbərlərə, ilahi övliyalara ibadət etmək haram və şirkdir. Bununla yanaşı, onlara təzim edib və hörmət göstərmək vacib və lazımdır. Qurani-kərim bu barədə buyurur:

ºËÓ†vÓ÷È”†—Ó»sÔ„Ó†√ÓÊt†‰«“† ÓŸt»ÔœÔË«†√˙†«‹Ó†ËÓ†»«‰tË«“‰œÓÈtÊ†√ÕtG«“ÊΫ;

“Sənin Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi buyurmuşdur.”75

İndi görək, “ibadəti”, “təzim və hörmət”dən fərqləndirən meyar nədir? Və bəzi vaxtlar necə olur ki, bir əməl (məsələn: mələklərin Adəm (ə)-a və Yəqub (ə)-ın övladlarının Yusif (ə)-a səcdə etməsi) eynilə tovhid, lakin bəzi vaxtlarda isə həmin əməl (məsələn: bütlərə səcdə etmək) şirk və bütpərəstlik olur?

Bu sualın cavabını tədbirdə tovhid haqda olan bəhslərdən ələ gətirmək olar.

İbadət və sitayişin mənası insanın müəyyən bir varlığın müqabilində baş əyməsi deməkdir. Belə ki, dünyanın və insanın taleyinin hamısı, yaxud müəyyən bir hissəsi müstəqil şəkildə həmin varlığın ixtiyarında olsun. Başqa sözlə, həmin varlıq “Rəbb”, “dünyanın və insanın maliki”-dir.

Amma, fəzilət və hörmət sahibi olan bir şəxsin, bir sözlə, Allahın saleh bəndəsinin müqabilində baş əymək ibadət deyil, əksinə hörmət və təzim sayılır. Mələklərin Həzrət Adəmə və ya Həzrət Yəqubun oğlanlarının Həzrət Yusifə səcdə etməsi, şirk və ibadət sayılmır. Çünki onlar Həzrət Adəm və Yusifin Rəbb olmasına görə deyil, əksinə, kəramət sahibi olduqlarına görə eləcə də bəndəçiliklərini nəzərə almaqla baş əydilər.

Deyilənlərə əsasən müsəlmanların müqəddəs məqbərələrdə Allahın ən yaxın övliyalarına ehtiram göstərmlərinin caiz olması barədə asanlıqla hökm vermək olar. Aydındır ki, müqəddəs məqbərələri öpmək və ya Peyğəmbərin (s) təvəllüd və besət günündə şadlıq keçirmək, o Həzrətə qəlbən məhəbbət bəsləmək və təzim etməyi çatdırır. Bu iş heç vaxt onun Rəbb olmasına etiqad bəsləmək demək deyildir. Həmçinin ilahi övliyaların şəni haqda şer və ya mərsiyə oxumaq, nübüvvət əsərlərini qoruyub saxlamaq, din rəhbərlərinin qəbirləri üzərində məqbərə tikmək və s. kimi işlər nə şirkdir, nə də bid”ət. Ona görə şirk deyil ki, həmin əməllərin mənşəyi onların Rəbb olmasına etiqad bəsləmək deyil, Allah övliyalarına məhəbbət bəsləməkdir. Həmçinin ona görə bid”ət sayıla bilməz ki, qeyd olunan əməllər Quran ayələrinə və hədislərə əsaslanır. Quranda Peyğəmbərə və onun Əhli-beytinə məhəbbət göstərmək vacib sayılmışdır. Bizim onların təvəllüd və ya besət günlərində ehtiram əlaməti olaraq etdiyimiz əməllər məhz onlara qarşı olan məhəbbətimizi canlandırır. (Bu mətləbin daha artıq izahı bid”ət bəhsində gələcək.)

Bunun müqabilində müşriklərin bütə səcdə etməsi ona görə rədd edilir ki, onlar bütlərin Rəbb və tədbirçi olmasına, müqəddəratın bir qismini, misal olaraq, xoşbəxtlik, bədbəxtlik, günahları bağışlamaq və şəfaət etmək kimi işlərin bütlərin ixtiyarında olmasına inanırdılar.



ÜÇÜNCÜ FƏSİL



Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin