İmmunologiya ixtisası üzrə test sualları Bölmə Ümumi immunologiya 1 İmmun sistemin mərkəzi orqanları hansıdır?



Yüklə 1.64 Mb.
səhifə2/16
tarix30.06.2018
ölçüsü1.64 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   16

72) Allergik reaksiyaların inkişafında immunoqlobulin İgE rolu nədədir?
A) Tez tipli allergik reaksiyaları formalaşdırır

B) Ləngimə tipli hiperhəssaslıq reaksiyalarının formalaşmasında iştirak edir

C) Allergik reaksiyaların formalaşmasında heç bir rol oynamır

D) İmmunkompleksli allergik reaksiyaların formalaşmasında iştirak edir

E) Sitotoksik immun reaksiyalarda iştirak edir
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.90
73) Hiperqlobulinemiya E hansında müşahidə olunmur?
A) Helmintozlarda

B) Atopiyada

C) Allergik xəstəliklərdə ; uşaqlarda xroniki qranulematozlarda

D) Bəzi virus xəstəliklərində

E) Timusun hipoplaziyasında
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva “ Klinik immunologiya “ 2007 –ci il, səh.104
74) Zərdabda immunoqlobulin İgE normada qatılığı (nq\l) hansıdır?
A) 10-20 nq\l

B) 30-50 nq\l

C) 2-10 nq\l

D) 5-10 nq\l

E) 50-70 nq\l
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva “ Klinik immunologiya “ 2007 –ci il, səh.112
75) Zərdabda immunoqlobulin IgG normal qatılığı (q\l) hansıdır?
A) 21-24 q\l

B) 20-22 q\l

C) 8-16 q\l

D) 3-6 q\l

E) 2-4 q\l
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva “ Klinik immunologiya “ 2007 –ci il, səh.105
76) Zərdabda immunoqlobulin IgM normal qatılığı (q\l) hansıdır?
A) 3,5-7 q\l

B) 0-5 q\l

C) 2-8 q\l

D) 5-10 q\l

E) 0,5-1,9 q\l
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva “ Klinik immunologiya “ 2007 –ci il, səh.107
77) İmmunoqlobulinlərin əsas siniflərinin təyini nəyin əsasında aparılır?
A) Aqqlütinasiyanın

B) Presipitasiyanın

C) Sitotoksikliyin

D) Opsonizasiyanın

E) Lizisin
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987 г. стр.38
78) Komplement sisteminin zülalları harada sintez olunmur?
A) Bazofillərdə

B) Toxuma makrofaqlarında

C) Hepatositlərdə

D) Limfositlərdə

E) Qanın monositlərində
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva “ Klinik immunologiya “ 2007 –ci il, səh.52
79) Bunlardan hansı komplement sisteminin tənzim olunması yollarına aid deyil?
A) Klassik yolun ingibitorları

B) Alternativ yolun ingibitorları

C) Müxtəlif komponentlərin parçalanmasının müəyyən sürəti

D) Müxtəlif komponentlərin sintezinin müəyyən sürəti

E) Mərkəzi sinir sistemi
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva “ Klinik immunologiya “ 2007 –ci il, səh.52
80) Hansı komplement sisteminin bioloji effekti deyil?
A) Əkscisimgenez

B) Xemotaksis

C) Sitoliz

D) Öz zülallarının katabolizmi

E) Tosqun hüceyrələr və bazofillərin deqranulyasiyası
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva “ Klinik immunologiya “ 2007 –ci il, səh.52
81) Komplement sisteminin rolu nədən ibarətdir?
A) Ləngimə tipli allergik reaksiyalarda iştirak edir

B) İmmunkompleksli allergik reaksiyalarda iştirak edir

C) Sitotoksiki immun reaksiyalarda iştirak edir

D) Allergik reaksiyalarda iştirak etmir

E) Tez allergik reaksiyalarda iştirak edir
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il. səh.52
82) “İmmundefisit” anlayışının tam və dəqiq təyini hansıdır?
A) İmmunoloji cavabda iştirak edən hüceyrələrin funksional aktivliyinin pozulması nəticəsində immunitet sistemində olan dəyişikliklər

B) Hüceyrələrin yetişmə mərhələsində, differensasiya, funksional aktivliyi və miqdarının pozulması nəticəsində immunitet sistemində olan dəyişikliklər

C) İmmunkompetent hüceyrələrin miqdarca defisiti ilə şərtlənən immunitet sistemində olan dəyişikliklər

D) T-limfositlərin və subpopulyasiyalarının miqdarının azalması

E) B-limfositlərin miqdarının azalması
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987 г. стр.298
83) T-asılı reaksiyalara hansı aid deyil?
A) Kontakt hiperhəssaslıq

B) Transplantatın qopma reaksiyası

C) Tuberkulin reaksiyası

D) Sadalananların hamısı

E) Reagin tipli reaksiyalar
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.77
84) Hansı antigenlərdən T asılı reaksiyalar baş vermir?
A) Korpuskulyar antigenlərdən

B) Hüceyrədaxili yerləşmiş antigenlərdən

C) Kompleks antigenlərdən

D) Həll olan antigenlərdən

E) Sadalananların hamısından
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.77
85) T-asılı reaksiyaların immunoloji mexanizmi hansıdır?
A) İmmunkomplekslərinin əmələ gəlməsi

B) T-limfositlərin sensibilizasiyası

C) Reagin anticisimlərin əmələ gəlməsi

D) Sitotoksiki anticisimlərin əmələ gəlməsi

E) Sadalananların hamısı
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.77
86) T-asılı reaksiyaların immunoloji mərhələsində hansı iştirak etmir?
A) T-supressorlar

B) Plazmatik hüceyrələr

C) T-effektorlar

D) T-köməkçi

E) Makrofaqlar
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.77
87) Nə üçün T-asılı reaksiyalar zamanı allergenlərin eliminasiyası baş vermir?
A) Antigenə qarşı həssaslaşmış T-limfositlərin birbaşa sitotoksiki təsirindən

B) Makrofaqların lizosomal fermentlərinin sitotoksiki təsirindən

C) Sadalananların hamısı doğrudur

D) Bilavasitə komplementin antigenə sitotoksiki təsirindən

E) Bilavasitə limfotoksinin antigenə sitotoksiki təsirindən
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.77
88) Aşağıdakılardan hansı T-asılı reaksiyaların mediatorlarına aid deyil?
A) Limfotoksin

B) İnterleykin

C) Makrofaqların miqrasiyasının ləngimə faktoru

D) Histamin

E) Xemotaksik faktorlar
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987 г. стр.189
89) Bunlardan hansı birincili komplement sisteminin immundefisitinə aiddir?
A) Lui-Bar sindromu

B) X-xromosomla ilişikli aqammaqlobulinemiya

C) Anadangəlmə angionevrotik ödem

D) Sindrom Di Corci

E) Cob sindromu
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г.,cтр.148
90) Bunlarda hansı ikincili immundefisitin əlamətləri deyil?
A) Helmintlər, bakterial və virus infeksiyaları, dərman, kimyəvi maddələrin, şüalanmanın təsirindən daha çox baş verən immunitet sistemində dəyişikliklər

B) Sadalananların hamısı

C) Hər hansı yaş dövründə büruzə verən immunitet sistemində dəyişikliklər

D) Müxtəlif növ patologiyaların və ya xarici təsirlərin nəticəsində baş verən immunitet sistemində dəyişikliklər

E) Genetik determinasiya olmuş immunitet sistemində dəyişikliklər
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. Стр.169
91) Kontakt hiperhəssaslıq reaksiyaları zamanı hansından istifadə olunur?
A) Skarifikasiyalı dəri sınaqlarından

B) Applikasiyalı dəri sınaqlarından

C) Prik-testlərdən

D) Dəridaxili sınaqlardan

E) Sadalananların hamısından
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.416
92) Allergik xəstəliklərə hansı aiddir?
A) İdiopatik fibroz alveoliti

B) Miasteniya

C) İnfeksion-allergik miokardit

D) Pollinoz

E) İdiopatik Kvinke şişi
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva “ Klinik immunologiya “ 2007 –ci il, səh.141
93) Hansının formalaşması psevdoallergik mexanizmlə izah olunmur?
A) Selye fenomeni

B) Artyus fenomeni

C) Borde fenomeni

D) Şvarsman fenomeni

E) Uanye sindromu
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г. стр.164
94) Psevdoallergik reaksiyaların baş verməsi üçün hansı xarakter deyil?
A) Sensibilizasiya dövrünün olması

B) Histamin-diaminminoksidaza sistemində dəyişikliklər

C) Sensibilizasiya dövrünün olması ; enzimopatiya

D) Enzimopatiya

E) Reaksiyanı törədən maddənin əhəmiyyətli miqdarda olması
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г. стр.164
95) Bunlardan hansı T-asılı allergik reaksiyaları xarakterizə etmir?
A) Həssaslaşmış limfositlərin köməkliyi ilə allergiyanın passiv keçməsi

B) Limfomonositar infiltrasiya

C) Dəri reaksiyasının 24-48 saatdan sonra inkişaf etməsi

D) Qan serumunda allergik anticisimlərin olması

E) Sadalananların hamısı
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.392
96) Kontakt allergiyanın baş verməsi zamanı hansı mümkün deyil?
A) Zədələnmiş dəridən keçməklə allergenin applikasiyası vacibdir

B) Sağlam və zədələnmiş dəriyə allergenin applikasiyası

C) Sistem reaksiyasının tez baş verməsi mümkündür

D) Sağlam dəriyə allergenin applikasiyası vacibdir

E) Stimulyatorlarla allergenin yeridilməsi göstərişdir
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.392
97) Sitotoksiki reaksiyalar üçün hansı xarakter deyil?
A) Antigenin hüceyrənin tərkib hissəsinin olması

B) Komplementin iştirakı

C) Hüceyrənin səthində antigenin olması

D) Hüceyrənin səthində anticismin olması

E) Antigen və anticismin hüceyrənin səthində olması
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.416
98) Psevdoallergik reaksiyalar üçün hansı xarakter deyil?
A) Maddənin ilk qəbulundan sonra reaksiyanın baş verməsi

B) Sensibilizasiya dövrünün olması

C) Sadalananların hamısı

D) Kimyəvi strukturuna görə müxtəlif maddələrin qəbulundan sonra dözülməzlik reaksiyasının üzə çıxması

E) Spesifik immunoqlobulin IgE sinfinin olmaması
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.392
99) Artyus fenomeninin aparıcı əlamətləri hansıdır?
A) Damar divarının zədələnməsi

B) Sadalananların hamısı

C) Nekroz ocağı ilə yerli qan dövranının pozulması

D) Trombun əmələ gəlməsi

E) Endotelin dağılması
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il. səh.156
100) Bunlardan hansı allergen ola bilər?
A) Tozcuq

B) Rentgen şüaları

C) Ultrabənövşəyi şüalar

D) Sadalananların hamısı

E) Soyuq
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.406
101) Ləngimə tipli allergik reaksiyalarda hansı ola bilməz?
A) Mononuklear infiltrasiya

B) Zərdabın köməkliyi ilə allergiyanın passiv keçməsi

C) Hüceyrələrin vasitəsi ilə allergiyanın passiv keçməsi

D) Limfositlərlə infiltrasiya

E) Həssaslaşmış orqanizmin toxuma kulturasına allergenin toksiki effekti
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987 г. стр.82
102) Həssaslaşma fazası necə səciyyələləndirilir?
A) Qeyri-antigen qıcıqlandırıcılara qarşı reseptorların hissiyyatının artması

B) Anticisim əmələgəlmə prosesləri

C) Həssaslaşmış orqanizmin orqan və toxumalarının spesifik allergeni birləşdirmək qabiliyyətinin artması

D) Sadalananların heç biri

E) Sadalananların hamısı
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987 г. стр.74
103) İnsanda İgE sinfi anticisimlərinin məhsulları nədən asılıdır?
A) Genetik faktorlardan

B) Allergenin dozasından

C) Allergenin xassələrindən

D) Sadalananların hamısından

E) Adyuvantın effektindən
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva “ Klinik immunologiya “ 2007 –ci il, səh.112
104) İnsanda aktiv həssaslaşmanın minimal davametmə müddəti nə qədərdir?
A) 7-8 gün

B) 24 saat

C) 30-50 gün

D) 4 gün


E) 2-3 saat
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.48
105) Passiv həssaslaşmanın minimal davametmə müddəti nə qədərdir?
A) 24 saat

B) 7-8 gün

C) 30-50 gün

D) 4 gün


E) 2-3 saat
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.48
106) İnsanda aktiv həssaslaşmanın optimal müddəti nə qədərdir?
A) 4 gün

B) 24 saat

C) 3 il

D) 30-50 gün



E) 7-8 gün
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.48
107) Həssaslaşmış orqanizmə allergenin daxil olmasının yolları hansıdır?
A) Yaraya allergenin düşməsi

B) Sadalananların hamısı

C) Dəridaxili allergenin daxil olması

D) Enteral yol

E) Allergen aerozolu ilə inqalyasiya
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva “ Klinik immunologiya “ 2007 –ci il, səh.249
108) Reagin anticisimlərinin əmələgəlməsini törədə bilən allergenlər hansıdır?
A) Bitki tozcuğu, epidermal substansiya

B) Kif göbələklərinin sporları

C) Zərdab

D) Difteriya anatoksini

E) Sadalananların hamısı
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987 г. стр.80
109) Reagin mexanizmi hansı xəstəliklərin əsasında durur?
A) Sadalananların heç birinin

B) Zərdab xəstəliyinin

C) Ekzogen allergik alveolitin

D) Atopik bronxial astmanın

E) Kontakt dermatitin
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.467
110) Böyüklərdə atopik xəstəliklər zamanı daha çox rast gəlinən həssaslaşma yolları hansıdır?
A) Sadalananların hamısı

B) Enteral

C) Venadaxili

D) Dərialtı

E) İnqalyasiya
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva “ Klinik immunologiya “ 2007 –ci il, səh.249
111) Bunlardan hansı “şok” orqan və toxuması ola bilməz?
A) Qan hüceyrələri

B) Sümük və sinir toxuması

C) Dəri

D) Sümük toxuması



E) Sinir toxuması
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.502
112) Aşağıdaklardan immunoloji reagin hansıdır?
A) İgG

B) İgG1


C) İgA

D) İgE


E) İgG2
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il. səh.112
113) Aşağıdakılardan hansı “reagin” termininin sinonimidir?
A) Sadalananların hamısı

B) Sadalananların heç biri

C) Homositotrop anticisim

D) Həssaslaşmış-dəri anticismi

E) Anafilaktik anticisim(əkscisim)
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987 г. стр.79
114) Hansının membranında İgE reseptorları olur?
A) Bazofillərin, tosqun hüceyrələrin, limfositlərin

B) Monositlərin

C) Sadalananların hamısının

D) Eritrositlərin

E) Sadalananların heç birinin
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva “ Klinik immunologiya “ 2007 –ci il, səh.112
115) İgE maksimal miqdarı hansı yaşda olmur?
A) 12-14 yaş

B) 4 yaşına qədər

C) 5-6 yaşda

D) Sadalananların hamısında

E) 20-40 yaş
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.90
116) Periferik qanda T-limfositlərin normada miqdarı(%) nə qədərdir?
A) 20-40 %

B) 30-60 %

C) 55-75 %

D) 80-90 %

E) 10-20 %
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.61
117) Periferik qanda B-limfositlərin normada miqdarı (%) nə qədərdir?
A) 40-60 %

B) 60-80 %

C) 10-20 %

D) 30 %


E) 80-90 %
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.75
118) Tosqun hüceyrələr hansı reseptora malikdir?
A) Fc-fraqmentinə İgM

B) Fab-fraqmentinə İgM

C) Fc-fraqmentinə İgE

D) Fab-fraqmentinə İgE

E) Fab-fraqmentinə İgG
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г. стр.70
119) Tosqun hüceyrələr qeyri-immunoloji yolla hansı agentin təsiri nəticəsində deqranulyasiya edə bilməz?
A) Rentgenkontrast maddələrin

B) Allergen-İgE kompleksinin

C) Sadalananların hamısı

D) Polikaleon aminlərin

E) Opiatların
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г. стр.70
120) Anafilaktik reaksiyanın əsasında nə durur?
A) Qanda allergen-anticisim kompleksi əmələ gələrək,onların şok toxumalarında fiksasiyası

B) Sadalananların hamısı

C) Orqanizmin orqan,toxuma və hüceyrələrində fiksə edən anticisimlərlə allergenin reaksiyası

D) Sadalananların heç biri

E) Zədələnmiş hüceyrə öz-özlüyündə antigen komponenti daşıyır,yəni allergendir və bunun sayəsində anticisimlə reaksiya verir.
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.502
121) İmmunoqlobulin İgE hansı yaşda maksimal miqdarda olur?
A) 12-14 yaşda

B) Sadalananların hamısında

C) Sadalananların heç birində

D) 4 yaşına qədər

E) 5-6 yaşda
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.90
122) Reaginlər hansı fiziki-kimyəvi xüsusiyyətlərə malikdir?
A) Xarici mühit faktorlarına davamlılıq

B) Termostabildir

C) Dondurulduqda immunoloji xüsusiyyətlərini saxlayır

D) Təkrar dondurulduqda immunoloji xüsusiyyətlərini saxlayır

E) 24 saatdan yuxarı otaq temperaturunda immunoloji xüsusiyyətlərin saxlanması
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il. səh.320
123) İgE sintez edən hüceyrələr harada ola bilməz?
A) Tənəffüs yollarının selikli qişasında

B) Badamcıqlarda

C) Dərialtı limfa düyünlərində

D) Adenoid toxumasında

E) Beyin toxumasında
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il. səh.112
124) Məişət allergenləri kimyəvi tərkibinə görə necə bölünür?
A) Zülallar

B) Sadalananların heç biri

C) Yağlar

D) Karbohidratlar

E) Zülal-karbohidrat kompleksi
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.410
125) Epidermal allergenlərə hansı aiddir?
A) Sadalananların hamısı

B) Yumurta

C) At kəpəyi

D) Dermatofaqoides

E) Kitabxana tozu
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.410
126) Epidermal allergenlərə hansı aiddir?
A) Pişik tükü

B) Sadalananların heç biri

C) Ocaq tozcuğu

D) Sadalananların hamısı

E) Dermatofaqoides
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.410
127) At kəpəyindən allergen hansı çarpaz allergen xüsusiyyətlərinə malikdir?
A) Çinar tozcuğu allergeni ilə

B) Yastıq tükü allergeni ilə

C) Tetanus əleyhinə serumla

D) Ev tozu allergeni ilə

E) Sadalananların hamısı
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.410
128) Bunlarda hansı daha çox heyvan mənşəli qida allergenidir?
A) Balıq

B) Sadalananların heç biri

C) Toyuq əti

D) Mal əti

E) Sadalananların hamısı
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.407
129) Bunlardan hansı daha çox bitki mənşəli qida allergenidir?
A) Alma

B) Heyva


C) Armud

D) Kartof

E) Kök
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.407
130) Taxıl bitkilərindən hansına daha çox allergiya ola bilər?
A) Mərci

B) Buğdaya

C) Vələmir

D) Qarabaşaq

E) Qarğıdalı
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.407
131) Hansı aşağı molekulalı allergenə aiddir?
A) Kobalt

B) Xrom


C) Nikel

D) Sadalananların hamısı

E) Sadalananların heç biri
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.406
132) İnfeksion ekzoallergenlərə hansı aiddir?
A) Qida

B) Epidermal

C) Helmintlər

D) Sadalananların heç biri

E) Dərman
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il , səh.249
133) Aspergil cinsindən olan göbələyə həssaslaşma zamanı bronxial astmanın kəskinləşməsi nə vaxt olur?
A) Apreldən maya qədər

B) Mayda


C) Dekabrdan marta qədər

D) Sentyabrdan oktyabra qədər

E) Maydan avqusta qədər
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.413
134) İgE üçün yüksəkaffinli reseptorlar harada yerləşir?
A) Tosqun hüceyrələr və bazofillərdə

B) Eozinofil və monositlərdə

C) Neytrofillərdə

D) Limfosit və trombositlərdə

E) Makrofaqlarda
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il. səh.112
135) IgE üçün aşağı affinli reseptorlar harada yerləşir?
A) Sadalananların hamısında

B) Limfositlərdə,monositlərdə,trombositlərdə,eozinofillərdə

C) Tosqun hüceyrə və bazofillərdə

D) Makrofaqlarda

E) Sadalananların heç birində
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il. səh.112
136) Allergiyanın mediatorlarının təsnifatına hansı qrup daxildir?
A) Nukleokinetik mediatorlar

B) Toksiki mediatorlar

C) Mövcud mediatorlar

D) Sadalananların heç biri

E) Humoral mediatorlar
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.320
137) Bazofil və tosqun hüceyrələrdə hansı mediatorlar mövcuddur?
A) Leykotrien C4, D4, E4

B) Trombositləri aktivləşdirən faktor(TAF)

C) Histamin

D) Eozinofil hemotaksis faktor(EXF)

E) Sadalananların hamısı
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il ,səh.113
138) Allergik reaksiyalarda tosqun hüceyrələr və bazofillərdə allergiyanın hansı mediatorları əmələ gəlir?
A) Histamin

B) Sadalananların hamısı

C) Leykotrien C4, D4, E4

D) Serotonin

E) Asetilxolin
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il , səh.65
139) Allergik reaksiyalarda histaminin rolu nədən ibarətdir?
A) Sadalananların hamısı

B) Sadalananların heç biri

C) Damar keçiriciliyini artırmaq və saya əzələni yığmaq qabiliyyəti

D) Allergik reaksiya zonasında II sıra hüceyrə-hədəfi cəlb etmək qabiliyyəti

E) Damar keçiriciliyini aşağı salmaq və saya əzələnin boşalma qabiliyyəti
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.302
140) Histamin reseptorlarının neçə tipi vardır?
A) 4 tipi

B) 5 tipi

C) 1 tipi

D) 3 tipi

E) 2 tipi
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.302
141) Qeyri-spesifik bronxial hiperreaktivliyi aşağıdakılardan hansı törədir?
A) Serotonin

B) Asetilxolin

C) İnterleykin -2

D) İnterleykin -1

E) Trombositləri aktivləşdirən faktor(TAF)
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.302
142) Orqanizmdə prostoqlandinin sintezi aşağıdakılardan hansını tormozlandırır?
A) H1 antihistamin dərmanları

B) Kalsiumlu kanalların blokatorları

C) H2 antihistamin dərmanları

D) Asetilsalisil turşusu, pirazolon,indometasin və digər qeyri-steroid iltihabəleyhinə dərmanlar

E) Sadalananların hamısı
Ədəbiyyat: Е.И.Соколов «Клиническая иммунология», 1998г,стр.197
143) Klassik yolla komplement sisteminin aktivasiyası nədən başlayır?
A) C1

B) C2


C) C3

D) C3C4


E) C4
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya”, 2007-ci il,54

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə