İmmunologiya ixtisası üzrə test sualları Bölmə Ümumi immunologiya 1 İmmun sistemin mərkəzi orqanları hansıdır?


) Tozcuq rinitinin fəsli kəskinləşməsi zamanı hansını qəbul etmək məqsədəuyğun deyil?



Yüklə 1,64 Mb.
səhifə12/16
tarix30.06.2018
ölçüsü1,64 Mb.
#55307
1   ...   8   9   10   11   12   13   14   15   16

771) Tozcuq rinitinin fəsli kəskinləşməsi zamanı hansını qəbul etmək məqsədəuyğun deyil?
A) Tavegil

B) Dimedrol

C) Suprastin

D) Rauvolfi preparatlarını

E) Efedrin
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.533
772) Tozağacı, qızılağac, qoz ağacının tozcuğuna allergiya zamanı pollinozun kəskinləşməsi daha çox nə vaxt baş verir?
A) Aprel-mayda

B) İyun-iyulda

C) Oktyabr-noyabrda

D) Avqust-sentyabrda

E) Fevral-martda
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.524
773) Pollinoz zamanı allergenin tam eliminasiyası hansına təsir edir?
A) Sadalananların hamısına

B) Patogenezin immunoloji mərhələsinə

C) Sadalananların heç birinə

D) Patogenezin patofizioloji mərhələsinə

E) Patogenezin patokimyəvi mərhələsinə
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.524
774) Pollinozun klassik metodla spesifik immunterapiyası zamanı allergenin ekstraktı hansı yolla yeridilir?
A) Applikasiya metodu ilə

B) Oral yolla

C) Venadaxili

D) İnqalyasiya ilə

E) Dərialtı
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.524
775) Pollinozun klassik metodla spesifik immunterapiyası zamanı allergenin ekstraktı nə zaman yeridilir?
A) Xəstəliyin fəslindən asılı olmayaraq

B) Fəsildən sonra

C) İlboyu

D) Fəsildən öncə

E) Fəsil daxilində
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.524
776) Pollinozun spesifik müalicəsi zamanı allergik reaksiya sindromuna hansı aiddir?
A) Rinit,konyuktivit

B) Səpgi


C) Allergen yeridilən yerdə suluq və eritema

D) Arterial təzyiqin düşməsi

E) Qızdırma
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.524
777) Tozcuq allergen ekstraktına allergik reaksiya sistemi üçün hansı xarakterdir?
A) Tənəffüsün sürətlənməsi

B) Arterial təzyiqin qalxması

C) Heç bir reaksiya olmur

D) Normal arterial təzyiq

E) Arterial təzyiqin aşağı düşməsi
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.524
778) Pollinozun qeyri-spesifik terapiya metodu hansıdır?
A) Antihistamin preparatlarının təyini

B) Allergenin tam eliminasiyası

C) Sadalananların hamısı

D) Fəsil öncə immunterapiya

E) Sadalananların heç biri
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.524
779) Bunlardan hansı qida allergeninə aid deyil?
A) Kartof

B) Toyuq yumurtası

C) Portağal

D) Balıq


E) İnək südü
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.407
780) Hansı şəxslər qida allergiyasının inkişafında risk qrupunu təşkil edir?
A) Mədə-bağırsaq traktının xroniki iltihab xəstəliyi olan şəxslər

B) Ürək-damar xəstəlikləri olan şəxslər

C) Sadalananların heç biri

D) Sadalananların hamısı

E) Tənəffüs orqanlarının xəstəlikləri olan şəxslər
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.413
781) Qida məhsuluna tez allergik reaksiyanın kliniki təzahürü hansı ola bilər?
A) Allergik reaksiya

B) Anafilaktoid reaksiyası

C) Anafilaktik reaksiya

D) Sadalananların heç biri

E) Sadalananların hamısı
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.502
782) Hansı qida allergiyasının spesifik diaqnostikasına aid deyil?
A) Spesifik IgE anticisminin təyini

B) Leykopenik və trombositopenik testlər

C) Qida gündəliyinin qeydiyyatı

D) Allerqoloji anamnez

E) Dəri, eliminasiya sınağı və provakasion test
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.416
783) Qida allergiyasını hansı imitasiya edə bilməz?
A) Qida məhsullarının psixogen dözülməzliyi

B) Sadalananların hamısı

C) Mədə-bağırsaq traktının ferment sisteminin defektinin nəticəsi olaraq idiosinkraziya

D) Yalançı qida allergiyası

E) Qida toksikoinfeksiyası
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.188
784) Yalançı qida allergiyası həqiqidən necə fərqləndirilir?
A) Kliniki təzahürü ilə

B) Sadalananların heç biri

C) Kliniki təzahürü törədən mediatorlarla

D) İnkişaf mexanizmi ilə

E) Sadalananların hamısı
Ədəbiyyat: Р.М. Хаитов «Иммунология» 2006 г., стр.188
785) Bunlardan hansı histamini azad edən qida məhsulu deyil?
A) Ət

B) Çiyələk

C) Ananas

D) Şokolad

E) Yumurta zülalı
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.188
786) Tərkibində çoxlu histamin olmayan qida məhsulu hansıdır?
A) Tomat

B) Şokolad

C) Konservləşdirilmiş məhsullar

D) Çiyələk

E) Alma
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.188
787) Qida allergiyası zamanı spesifik terapiyanın daha effektiv növü hansıdır?
A) Sadalananların hamısı

B) Tam eliminasiyalı pəhriz

C) Sadalananların heç biri

D) Parenteral tətbiq üçün allergenlərlə spesifik immunterapiya

E) Peroral allergenlə spesifik immunterapiya
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.188
788) Qida allergiyası zamanı qeyri-spesifik terapiyanın daha effektli növü hansının təyinatıdır?
A) Qlükokortikosteroidlər

B) Ketotifen

C) Sadalananların hamısının

D) Natrium-kromoqlikat per os

E) Antihistamin preparatları
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.486
789) Kəskinləşmə dövründə qida allergiyasının terapiyasına hansı daxildir?
A) Qida allergiyasının kliniki təzahürü olmayan xəstədə simptomatik terapiya

B) Spesifik immunterapiyanın aparılması

C) Sadalananların hamısı

D) Allergenin mədə və bağırsağın yuyulması ilə kənarlaşdırılması

E) Qeyri-spesifik immunterapiyanın aparılması
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.188
790) Qida allergiyasının profilaktikasına hansı daxil deyil?
A) Mədə-bağırsaq traktı xəstəliklərinin korreksiyası

B) Uşaqların uzun müddət döşlə qidalanması

C) İmmunoloji pozulmaların korreksiyası

D) İmmunoloji pozulmaların korreksiyası

E) Hipoallergen pəhrizdən istifadə
Ədəbiyyat: Р.М. Хаитов «Иммунология» 2006 г., стр.188
791) Düyünlü eritemanın elementləri necə müşahidə olunur?
A) Güclü tərləmə ilə müşahidə olunur

B) Sürtünmə hissiyyatı ilə müşahidə olunur

C) Heç bir subyektiv hissiyyat yoxdur

D) Göynəmə ilə müşahidə olunur

E) Bərk gicişmə ilə müşahidə olunur
Ədəbiyyat: Е.И.Соколов «Клиническая иммунология», 1998г., стр.132
792) Zərdab qızdırması üçün hansı daha tipikdir?
A) Sadalananların heç biri

B) Polilimfadenopatiya

C) Limfa düyünlərinin böyüməməsi

D) Sadalananların hamısı

E) Yalnız regionar limfa düyünlərinin böyüməsi
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.506
793) Zərdab xəstəliyinin yüngül kliniki variantında qlükokortikosteroidlər tətbiq olunurmu?
A) Venadaxili tətbiq edilir

B) Parenteral tətbiq olunur

C) Orta dozada həblər tətbiq olunur

D) İstifadə olunmur

E) Kiçik dozada həblər tətbiq olunur
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.506
794) Dərman preparatları ilə dəri testləri necə aparılır?
A) Allergik xəstəliyi olan bütün xəstələrdə

B) Yalnız qida allergiyası olan xəstələrdə aparılır

C) Dərman allergiyası olan bütün xəstələrdə

D) Hər hansı ixtisaslı həkimlərlə

E) Yalnız allerqoloqun ciddi göstərişi olduqda
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.418
795) Medikamentlərlə provakasion testi hansı xəstələrdə aparırlar?
A) Yalnız qida allergiyası olan xəstələrdə aparılır

B) Dərman allergiyası olan xəstələrə ciddi göstəriş olduqda

C) Bronxial astmalı xəstələrdə

D) Yalnız allerqoloqun tövsiyə etdiyi xəstələrdə

E) Allergik xəstəlikləri olan bütün xəstələrdə
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.421
796) Assosasiya olmuş vaksin hansıdır?
A) AKDS

B) Tetanus anatoksini

C) Poliomielit əleyhinə

D) BSJ


E) Çiçək əleyhinə
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il., səh.320
797) Adi vaksinal proses üçün hansı xarakterdir?
A) Sadalananların hamısı

B) Övrənin təzahür etməsi

C) Eynitipli,qısamüddətli reaksiyanın baş verməsi; diri vaksin üçün –spesifik

D) İnterkurrent infeksiyanın birləşməsi

E) Xroniki infeksiyanın kəskinləşməsi
Ədəbiyyat: Е.И.Соколов «Клиническая иммунология», 1998г., стр.181
798) Allergik rinit zamanı yerli tətbiq olunan QKS(qlükokortikosteroid) nəyə səbəb ola bilər?
A) Sadalananların hamısı

B) İltihabın gecikmiş fazasını və xroniki allergik rinitin simptomlarını ləngidə bilər

C) Sadalananların heç biri

D) Allergik iltihabı ( erkən və gecikmiş formasını) reduksiya edə bilər və allergik rinitin bütün simptomlarını aradan qaldıra bilər

E) Tosqun hüceyrələrdən mediatorların azad olmasını ləngidə bilər və kəskin allergik rinitin simptomlarını aradan qaldıra bilər
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.533
799) Fəsli allergik rinitin yüngül və epizodik simptomlarının müalicəsi zamanı hansı tətbiq olunmur?
A) Yerli (intranazal antihistamin preparatları)

B) İntranazal qlükokortikosteroidlər

C) Natrium-kromqlikat

D) Sadalananların hamısı

E) H1-histamin reseptorlarının sistemli tez təsir edən blokatorları
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.533
800) Bunlardan hansı orta-ağır və ağır fəsli allergik rinitin müalicəsi üçün göstəriş deyil?
A) Yerli α-adrenomimetiklər(7-10 gündən az olmayaraq)

B) Sistem antihistamin preparatları

C) İntranazal QKS(qlükokortikosteroid)

D) İpratropium bromid

E) Sadalananların hamısı
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.533
801) İlboyu uzunmüddətli,aramsız orta-ağır gedişatlı allergik rinit zamanı hansı preparat seçilir?
A) Natrium-kromqlikat

B) Kombinə olmuş preparatlar (sistemli antihistamin + α-adrenomimetiklər)

C) İntranazal QKS (qlükokortikosteroid)

D) Yerli α-adrenomimetiklər

E) Ssistem antihistamin preparatları
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.533
802) Bunlardan hansı astmogen qeyri-infeksion inqalyasiyalı allergen deyil?
A) Sadalananların heç biri

B) Sadalananların hamısı

C) Həşəratların və digər buğumayaqlıların bədəninin hissələri

D) Qeyri-patogen göbələklərin sporları

E) Heyvan və insanın epidermisinin hissəcikləri
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.467
803) Atopik bronxial astmanın reagin mexanizmini hansı təsdiq etmir?
A) İnqalyasiyalı provakasion testə reaksiyanın tez xarakteri

B) Prausnits-Kyüstner üzrə passiv keçiriciliyin müsbət reaksiyası

C) Sadalananların hamısı

D) Spesifik allergenə dəri reaksiyasının suluqlu tipi

E) Makrofaqların miqrasiyasının ləngiməsi faktorunun ayrılması
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.467
804) Bunlardan hansı α -adrenoreseptorların qıcıqlanmasını törədir?
A) Damarların spazmı

B) Bronxların daralması

C) Bronxların genişlənməsi

D) Damarların genişlənməsi

E) Sadalananların heç biri
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.540
805) B-asılı tipli allergiya zamanı bronxospazm hansının təsirindən baş vermir?
A) Asetilxolinin

B) C4, D4 leykotrienlərin

C) Proteolitik fermentlərin

D) Sadalananların hamısının

E) Histaminin
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.540
806) Fiziki gücdən baş verən bronxial astma üçün hansı simptom xarakter deyil?
A) Sağlam şəxslər arasında rast gəlinməsi

B) Bronxial astmanın xəstələr arasında daha çox rast gəlinməsi

C) Ətraf mühit faktorlarının təsiri (havanın temperaturu, rütubət və s.)

D) Sadalananların hamısı

E) Təkrarlanan yüklər zamanı bronxospazmın azalması
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.467
807) Atopik bronxial astmanın spesifik diaqnostikasının daha ehtimal dürüst metodu hansıdır?
A) Provakasion nazal test

B) Provakasion inqalyasiya test

C) Sadalananların hamısı

D) Dəri-allergik sınağı

E) Sadalananların heç biri
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.467
808) Digər bronxolitiklərlə müqayisədə M-xolinolitiklərin çatışmazlığı nədədir?
A) Sadalananların heç biri

B) Çoxlu yan effektlərə malik olması

C) Sistem effektləri

D) Sadalananların hamısı

E) ß2-aqonostlərlə müqayisədə daha gec təsir etməsidir
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр540
809) Tərkibində ß2- və dinatrium-kromoqlikat olan aerozollarda kombinə olmuş preparatlar hansı təsirə malikdir?
A) İltihab əleyhinə və bronxolitik təsirə

B) Sadalananların heç birinə

C) Fibrinolitik və iltihab əleyhinə təsirə

D) Sekretolitik və bronxolitik təsirə

E) Sadalananların hamısına
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г,стр486
810) Simpatomimetiklərin təsir mexanizmi hansına gətirib çıxarır?
A) Xolinreseptorların süstləşməsi

B) Sadalananların heç birinə

C) Fosfodiesterazanın ingibisiyasına

D) sAMF toplanmasını stimullaşdırması

E) Sadalananların hamısına
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.433
811) ß2-aqonistlərin farmakoloji effektinə hansı aiddir?
A) Bronxokonstriksiya, uşaqlığın tonusunun azalması, mənfi xronotrop effekt, antiallergik təsir

B) Bronxodilatasiya, müsbət xronotrop effekt,uşaqlığın tonusunun güclənməsi

C) Bronxokonstriksiya, müsbət xronotrop effekt, uşaqlığım tonusunun güclənməsi

D) Bronxodilatasiya,antiallergik təsir, səyirici epitelinin funksiyasının aktivləşməsi, müsbət xronotrop effekt, uşaqlığın tonusunun azalması

E) Uşaqlığın tonusunun azalması,antiallergik təsir, səyirici epitelinin funksiyasının süstləşməsi, bronxodilatasiya, mənfi xronotrop effekt
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.486
812) Teofillin preparatını qəbul edərkən hansı yan effektlər ola bilər?
A) Ürəkbulanma, taxikardiya, ağızda quruluq

B) Ürəkbulanma, qusma, baş ağrısı, bradikardiya, ritmin pozulması

C) Baş ağrısı, qusma, taxikardiya

D) Ağızda quruluq, ürəkbulanma, baş ağrısı, ritmin pozulması, bradikardiya

E) Tremor, ürəkbulanma, baş ağrısı, ritmin pozulması
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.433
813) Teofillin hansı təsirə malikdir?
A) Baş beyin qabığına hallutinogen təsir edir

B) Baş beyin qabığının oyanmasını azaldır

C) Baş beyin qabığına təsir etmir

D) Baş beyin qabığının oyanmasını artırır

E) Baş beyin qabığına tormozlayıcı təsir göstərir
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.433
814) Teofillin tənəffüs mərkəzinə hansı təsiri göstərir?
A) Sadalananların heç birini

B) Tormozlanma

C) Süstləşmə

D) Sadalananların hamısını

E) Oyanma
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.433
815) Teofillinin təsiri altında koronar qan cərəyanı hansı halda olur?
A) Azalır

B) Sadalananların heç biri doğru deyildir

C) Artır

D) Dəyişmir

E) Mötədil təsir edir
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.433
816) Askorbin turşusunu vena daxilinə eufillin məhlulu ilə eyni vaxtda vurduqda nə baş verir?
A) Eufillinin təsirini artırır

B) Eufillini parçalayır

C) Folium turşusu askorbin turşusuna çevrilir

D) Eufillinə təsir etmir

E) Askorbin turşusu folium turşusuna çevrilir
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.354
817) Tənəffüs çatışmazlığı qabarıq şəkildə təzahür edən xəstələrdə orqanizmdən eufillin necə çıxır?
A) Yavaş-yavaş

B) Dəyişmədən

C) Digər maddələrə çevrilərək

D) Sürətlə

E) Kombinə olmuş şəkildə
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.354
818) Bronxial astmanın əsas kliniki təzahürü hansıdır?
A) Həm ekspirator, həm də inspirator boğulma

B) Qanda eozinofillərin miqdarının azalması

C) İnspirator boğulma

D) Qanda tosqun hüceyrələrın miqdarının azalması

E) Ekspirator boğulma
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.467
819) 30 yaşına kimi ilk dəfə bronxial astma ilə xəstələnmə neçə faizi təşkil edir?
A) Xəstələrin 100 %-i

B) Xəstələrin 20 %-i

C) Xəstələrin 70 %-i

D) Xəstələrin 90 %-i

E) Xəstələrin 40 %-i
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.467
820) ß2-aqonistlərin yan effektləri hansıdır?
A) Praktiki olaraq yan effektlər olmur

B) Barmaqların tremoru, taxikardiya, narahatlıq hissi

C) “Rikoşet” sindromu

D) Ağızda quruluq, bradikardiya

E) Sadalananların hamısı
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.490
821) Digər bronxolitiklərdən berodualın üstünlüyü nədədir?
A) Həm astmada, həm də bronxitdə qeyri-effektivdir

B) Berodual bronxlara xolinolitik təsir göstərmir

C) Berodualın effektinin tez başlaması, uzun müddətli təsirə malik olması

D) Yüksək effektliyə malikdir

E) Yan effektlər az miqdarda olur
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.486
822) İnqalyasiya qlükokortikosteroidlərinə hansı aiddir?
A) Sadalananların hamısı

B) Bekotid , beklomet, pulmikort, inqakort

C) Sadalananların heç biri

D) Brikanil

E) Kenaloq
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.487
823) Bronxial astmanın yüngül gedişatı üçün ( 1-ci pillə) hansı xarakterdir?
A) Xəstəliyin kəskinləşməsindən kənarda simptomların olmaması

B) Gecə astmatik pristupları həftədə 3 dəfə

C) Xəstəliyin həftədə 1-2 dəfədən az olmayaraq qısa müddətli simptomlara keçməsi

D) FEV 1((1 san.forsir nəfəsvermənin həcmi) -60 %

E) Gecə astmatik pristupları həftədə 4 dəfə
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.467
824) Bronxial astmanın orta ağırlıqda gedişatı üçün ( 2 və 3-cü pillə) hansı xarakter deyil?
A) Gündəlik qəbul tələb edən xəstəliyin daimi simptomları

B) Həftədə 3 dəfə kəskinləşmə

C) Aktivliyə və yuxuya təsir etməyən kəskinləşmə

D) PEF 1(1 san.nəfəsvermənin pik sürəti), FEV 1((1 san.forsir nəfəsvermənin həcmi) -80 %-dən çox

E) Həftədə 4 dəfə kəskinləşmə
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г, стр467
825) Bronxial astmanın ağır gedişatı üçün (4-cü pillə) hansına rast gəlinmir?
A) PEF 1(1 san.nəfəsvermənin pik sürəti), FEV 1(1 san.forsir nəfəsvermənin həcmi) – 60 %-dən az

B) Qəfil məhdudlaşdırılmış fiziki aktivlik

C) Həftədə 2 dəfədən tez olmayaraq kəskinləşmə

D) Tez-tez gecə boğulma pristupları

E) Həftədə 2 dəfədən çox kəskinləşmə
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г,стр467
826) Funksional tərəddüdlərlə birgə 80 % FEV1( 1 san.forsir nəfəsvermənin həcmi) bronxial astmanın 20 %-ə qədər hansı gedişatı üçün xarakterdir?
A) Yüngül gedişatı üçün

B) Sadalananların hamısı üçün

C) Sadalananların heç biri üçün

D) Ağır gedişatı üçün

E) Orta-ağır gedişatı üçün
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.467
827) Funksional tərəddüdlərlə birgə 60 %-dən az FEV1(1 san.forsir nəfəsvermənin həcmi) bronxial astmanın 30 %-dən az hansı gedişatı üçün xarakterdir?
A) Sadalananların heç biri üçün

B) Ağır gedişatı üçün

C) Sadalananların hamısı üçün

D) Orta-ağır gedişatı üçün

E) Yüngül gedişatı üçün
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.467
828) ß2-aqonistə hansı aiddir?
A) Salbutamol

B) Fenoterol

C) Dinatrium kromqlikat

D) Flunizolid

E) Natrium-nedokromil
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.490
829) Qısa təsirli ß2-aqonistə hansı aiddir?
A) Salbutamol

B) Formoterol

C) Sadalananların heç biri

D) Terbutalin

E) Sadalananların hamısı
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.490
830) Adrenergik sistemin universal stimulyatoru hansıdır?
A) Atropin

B) Adrenalin

C) Efedrin

D) Teofillin

E) Sadalananların hamısı
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.490
831) ß2-aqonistin uzunmüddətli təsirinə hansı aiddir?
A) Brikanil

B) Salmeterol

C) Orsiprenalin

D) Formoterol

E) Ventolin
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.490
832) Kəskin boğulma pristupunu aradan qaldırmaq üçün hansını tətbiq etmək lazımdır?
A) Astmatik halın müalicəsi

B) Sadalananların heç biri

C) Uzunmüddətli təsirə malik ß2-aqonistini

D) Sadalananların hamısı

E) Qısa təsirli ß2-aqonistini
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.490
833) Teofillin damar hərəkətetdirici mərkəzə necə təsir edir?
A) Süstləşdirici

B) Tormozlayıcı

C) Sadalananların heç biri

D) Oyadıcı

E) Sadalananların hamısı
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.443
834) Teofillin böyrək arteriyasına necə təsir edir?
A) Bəzən genişləndirir, bəzən də daraldır

B) Heç bir təsir göstərmir

C) Süstləşdirici

D) Genişləndirir

E) Daraldır
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.443
835) Teofillin miokarda necə təsir edir?
A) Oyanmasını süstləşdirir

B) Oyanmasını ləngidir

C) Heç bir təsir göstərmir

D) Mötədil təsir edir

E) Oyanmasını artırır
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.443
836) Teofillin öd kisəsi əzələsinin tonusuna necə təsir edir?
A) Heç bir təsir göstərmir

B) Ləngidir

C) Artırır

D) Mötədil təsir edir

E) Aşağı salır
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.443


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin