İmmunologiya ixtisası üzrə test sualları Bölmə Ümumi immunologiya 1 İmmun sistemin mərkəzi orqanları hansıdır?


) Alternativ yolla komplement sisteminin aktivasiyası nədən başlayır?



Yüklə 1,64 Mb.
səhifə3/16
tarix30.06.2018
ölçüsü1,64 Mb.
#55307
1   2   3   4   5   6   7   8   9   ...   16

144) Alternativ yolla komplement sisteminin aktivasiyası nədən başlayır?
A) C1

B) C1C2


C) C4

D) C2


E) C3
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya”, 2007-ci il, səh.55
145) Aşağıdakılardan hansı anafilatoksinə aiddir?
A) C3a

B) C3C4


C) C1

D) C2


E) C4
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il, səh.54
146) İgG aşkar etmək üçün hansı laborator üsuldan istifadə olunur?
A) Histaminin spesifik azad olması üsulu

B) Sadalananların hamısı

C) Bərk mühitdə presipitasiya üsulu

D) Tosqun hüceyrələrin destruksiyası testi

E) NGT (nitro-göy-tetrazol)
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987 г. стр.38
147) B-asılı G-şərtlənən reaksiyalar necə formalaşır?
A) İrsi idiopatik angionevrotik ödem zamanı

B) Tozcuq etiologiyalı rinokonyuktival sindrom zamanı

C) Kəskin allergik övrə və Kvinke angionevrotik ödem zamanı

D) Zərdab xəstəlikləri zamanı

E) Anafilaktik şok zamanı
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.76
148) B-asılı G-şərtlənən reaksiyalar necə formalaşır?
A) Kəskin allergik övrə zamanı

B) Kvinke allergik angionevrotik ödem zamanı

C) İrsi idiopatik angionevrotik ödem zamanı

D) Artyusabənzər dərman infiltratı zamanı

E) Dərman anafilaktik şok zamanı
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.76
149) Zərdab xəstəliklərinin patogenezində hansı anticisim iştirak edir?
A) IgG 4

B) IgM


C) IgA

D) IgE


E) IgG
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il, səh.153
150) Zərdab xəstəliyi zamanı komplement sisteminin aktivasiyası üçün hansı faktor əsas dır?
A) C1 ingibitorunun ləngiməsi

B) İmmunkomplekslərin əmələ gəlməsi

C) Properdin

D) Ig molekulunun aqreqasiyası

E) Sadalananların hamısı
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il, səh.153
151) Aşağıdakilardan hansı anafilotoksindir?
A) C3C4

B) C2


C) C4

D) C3a,C5a

E) C1
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il, səh.54
152) İrsi patologiyanın molekulyar əsasının defekti harada olur?
A) Sadalananların heç birində

B) RNT molekulunda

C) Hüceyrənin mitoxondrilərində

D) Hüceyrənin ribosomlarında

E) DNT molekulunda
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987 г. стр.23
153) İrsi patologiyanın sitoloji əsası necə əlaqələndirilir?
A) Hüceyrənin xromosom sisteminin pozulması ilə

B) Hüceyrə nüvəsinin defekti ilə

C) Hüceyrə orqanellalarının defekti ilə

D) Hüceyrə membranının defekti ilə

E) Hüceyrənin bölünməsinin pozulması prosesi ilə
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987 г. стр.23
154) Xəstəliyə irsi meyillik necə əlaqələndirilir?
A) Hüceyrənin bölünməsində defektlər

B) Mühit faktorları

C) Mühit faktorlarının iştirakı olmadan tək-tək genetik defektlər

D) Çoxlu genetik və mühit faktorlarının uyğun gəlməsi

E) Mühit faktorlarının iştirakı olmadan çoxlu genetik defektlərlə
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987 г. стр.223
155) Hansı immun sistemin mərkəzi orqanlarına aid deyil?
A) Dalaq

B) Çəngələbənzər vəzi

C) Bağırsağın Peyer yastıcıqları

D) Timus


E) Sümük iliyi
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya”, 2007 –ci il, səh.32
156) İmmun sistemin mərkəzi orqanlarının əsas funksiyası hansıdır?
A) Genetik yadcinsli maddənin eliminasiyası

B) Anticisimin hasil olması

C) İmmunkompetent hüceyrələrin yetişməsi və çoxalması

D) İmmunitetin T- vəB- sisteminin antigendənasılı formalaşması

E) Limfositlərin antigenspesifik klonlarının toplanması
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya”, 2007-ci il, səh.26
157) Hansı limfoid sistemin periferik orqanlarına aid deyil?
A) Bağırsağın Peyer yastıcıqları

B) Limfa düyünləri

C) Qan

D) Timus


E) Dalaq
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya”, 2007-ci il, səh.30
158) Periferik limfoid orqanlarda bunlardan hansı baş verir?
A) B-aktivinin və ya mielopedin məhsulları

B) Timozinin məhsulları

C) Sadalananların hamısı

D) Sadalananların heç biri

E) Əkscisimlərin hasil olması və həssaslaşmış limfositlərin toplanması
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987г. cтр.88
159) T-limfositlər harada əmələ gəlir?
A) Sümük iliyindən, sonradan timusda yetişməklə

B) Sadalananların hamısından

C) Limfadan

D) Timusdan

E) Dalaqdan
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya”, 2007-ci il, səh.26
160) B-limfositlər necə əmələ gəlir?
A) Sümük iliyindən

B) Timusdan

C) Məməlilərdə sümük iliyindən və quşlarda Fabrisius kisəsindən

D) Sümük iliyindən, sonradan timusda yetişməklə

E) Limfa düyünlərindən
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya”, 2007-ci il, səh.29
161) Aşağıdakılardan hansı T-limfositlərin əsas markeri deyil?
A) CD4, CD8

B) İmmunoqlobulinlərin səthi reseptorları

C) CD3, CD2

D) CD1, CD2

E) IgG və ya IgM-in Fc fraqmentlərinə reseptorları
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya”, 2007-ci il, səh.79
162) Hansı T-limfositlərin əsas subpopulyasiyalarına aid deyil?
A) Təbii killerlər

B) LTH(ləng tipli hiperhəssaslıq) T-effektorları

C) T-killerlər

D) T-köməkçi, T-supressorlar

E) Sadalananların heç biri
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya”, 2007-ci il, səh.79
163) Hansı T-köməkçi markerlərinə aid deyil?
A) CD8

B) Antigenə və T-hüceyrə mitogeninə reseptorlar

C) CD3

D) Sadalananların heç biri



E) CD4
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya”, 2007-ci il, səh.79
164) Aşağıdakılardan hansı T- supressorların markeridir?
A) CD3; CD8

B) IgM


C) IgA

D) IgG


E) CD4
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” , 2007-ci il, səh.79
165) Hansı T-killerlərin markerinə aid deyildir?
A) CD8

B) CD57


C) CD22

D) CD16


E) Sadalananların heç biri
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya”, 2007-ci il, səh.79
166) Hansı reseptorlar B-limfositlərin markerinə aid deyil?
A) C3b(CR1) komplementin komponentlərinə reseptorlar

B) C3d(CR2) komplementin komponentlərinə reseptorlar

C) İmmunoqlobulinlərin səthi reseptorları

D) Qoyun eritrositlərinin reseptorları

E) Epşteyn-Barr virusuna reseptorlar
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya”, 2007-ci il, səh.85
167) İmmuna cavab zamanı hansı hüceyrələrin kooperasiyası baş verir?
A) Makrofaqlar, timositlər və B-limfositlər arasında

B) Makrofaqlar,T- və B- limfositlər arasında

C) T- və B- limfositlər arasında

D) Makrofaqlar və B-limfositlər arasında

E) İnterleykinlərin iştirakı zamanı makrofaqlar, T- və B-limfositlər arasında
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya”, 2007-ci il, səh.126
168) İnterleykin nədir?
A) Aktivləşmiş limfosit və makrofaqların ifraz etdiyi zülallar olub,anticisimlərə aid deyildir və immun cavab zamanı hüceyrəarası kooperasiyada iştirak edirlər

B) Sakit halda olan limfositlərin ifraz etdiyi zülallardır

C) Sadalananların hamısı

D) Aktivləşmiş limfositlərin ifraz etdiyi zülallar olub, anticisimlər cərgəsinə aiddir

E) Sadalananların heç biri
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya”, 2007-ci il, səh.65
169) Bunlardan hansı insan orqanizminin qeyri-spesifik immun rezistentlik humoral faktorlarına aid deyil ?
A) Properdin

B) Spesifik immunoqlobulinlər

C) Komplement sisteminin zülalları

D) Lizosim

E) İnterferon
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987 г. стр.44
170) Bunlardan hansı insan orqanizminin qeyri-spesifik immun rezistentlik hüceyrə faktorlarına aid deyil?
A) Təbii killerlər

B) Limfositlər

C) Monositlər,makrofaqlar

D) Neytrofillər

E) Plazmatik hüceyrələr
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987 г. стр.44
171) Bunlardan hansı qeyri-spesifik müdafiənin bəzi mexanizmlərinə aid deyil?
A) Komplementar lizis

B) Həssaslaşmış T-killerlərin sitotoksikliyi

C) Sadalananların heç biri

D) İnterferonun virusəleyhinə aktivliyi

E) Faqositoz
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987 г. стр.16
172) Hansı hüceyrələr faqositar sistemə aid deyil?
A) Makrofaqlar

B) Polimorfnüvəli leykositlər

C) Sadalananların hamısı

D) Təbii killerlər

E) Monositlər
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il, səh.35
173) Sadalanlardan hansı faqositozun göstəricilərinə aid deyil?
A) Faqositə edən neytrofillərin faizi

B) Mütləq faqositar göstərici(MFG) – 1 litr qanda faqositlərin uda bildiyi mikrobların miqdarı

C) Faqositozun başaçatma indeksi(FBÇİ)

D) Leykositlərin miqrasiyasının ləngimə göstəricisi

E) Udulan mikrobların orta sayı
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987 г. стр.184
174) İmmunoqlobulinlər hansı maddələrin məhsuludur?
A) Plazmatik hüceyrələrin

B) Limfositlərin

C) Neytrofillərin

D) Makrofaqların

E) Leykositlərin
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il, səh.100
175) Aşağıdaki immunoqlobulinlərdən hansı antigenə ilkin cavab verir?
A) IgG,IgD

B) IgA


C) IgE

D) IgM


E) IgD
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il, səh.107
176) İmmunoqlobulinlər harada olmur?
A) Orqanizmin sekretor mayesində

B) T-limfositlərin səthində

C) B-limfositlərin səthində

D) Qanın plazmasında

E) Plazmatik hüceyrələrdə
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il, səh.100
177) İmmunoqlobulin molekulaları necə qurulmuşdur?
A) Bir cüt H- və L-zəncirdən

B) Histouyğunlaşmanın antigenlərindən

C) L-yüngül zəncirindən

D) H-ağır zəncirindən

E) İki cüt identik H- və L-zəncirlərdən
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il, səh.100
178) Nə zaman xəstəni immunoqlobulinlərin ümumi miqdarının təyininə göndərirlər?
A) Sadalananların hər birində

B) İFA və RİA üsulu ilə spesifik immun cavabın daha sonra aparılmasına ehtiyac olduqda

C) Yalnız ilkin immundefisitə şübhə olduqda

D) Hər hansı infeksion xəstəliyin diaqnozunu təsdiqləmək üçün

E) İlkin və ikincili immundefisitə şübhə olduqda
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.166
179) İmmun statusu qiymətləndirmək üçün xəstələrin müayinəsi zamanı hansı vacibdir?
A) Humoral immunitetin tədqiqatı

B) Xəstəliyin, müalicənin dinamikasında tədqiqat

C) Qeyri-spesifik immunitetin tədqiqatı

D) Hüceyrə immunitetinin tədqiqatı

E) Sağlam şəxslərdən ibarət nəzarət qrupu ilə müqayisədə immun statusun qiymətləndirilməsi
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.147
180) Epidermal allergiyanın kəskinləşməsi nə zaman qeyd olunur?
A) KRVİ fonunda

B) Küləkli havada

C) Qızmar havada

D) Yağışlı havada

E) Heyvanlarla kontakt zamanı
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987г. стр.80

Bölmə 2.Kliniki immunologiya

181) Aşağıdakılardan hansı hissəvi immunoloji tolerantlığın əmələ gəlməsi ilə bağlıdır?
A) T-helperlər

B) T-supressorlar

C) T-killerlər

D) Makrofaqlar

E) B-supressorlar
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.72
182) Hansı müalicə üsulundan istifadə etdikdə immundefisit yaranmır?
A) İmmunkorreksiya terapiyasından

B) Sitostatiklərlə terapiyadan

C) Rentgenterapiyadan

D) Kortikosteroid terapiyadan

E) Antilimfositar zərdabın yeridilməsindən
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.166
183) AİDS infeksiyalarında immundefisitin səbəbi hansı hüceyrələrin zədələnməsi ilə əlaqədardır?
A) B-limfositlərin

B) NK-hüceyrələrin

C) T-supressorların

D) Makrofaqların

E) T-helperlərin
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il, səh.209
184) Hansı T-sistemi immunitetini stimullaşdıran preparatlara aid deyil?
A) Prodegiazan, pirogenal

B) Levomizol

C) Timalin

D) Taktivin

E) Timozin
Ədəbiyyat: Е.И.Соколов «Клиническая иммунология», 1998г., стр192
185) Hansı B-sistemi immunitetini stimullaşdıran preparatlara aiddir?
A) Levomizol

B) Pirogenal, prodiogiozon, dekstranlar

C) Taktivin

D) Timalin

E) Timalin
Ədəbiyyat: Е.И.Соколов «Клиническая иммунология», 1998г., стр192
186) Qlükokortikosteroidlərin iltihab əleyhinə və immunodepressant təsirini necə əlaqələndirmək olar?
A) Leykositlərin sirkulyasiyasına və hüceyrələrin spesifik funksiyasına təsiri ilə

B) Sadalananların hamısı doğrudur

C) Autoimmun hepatitdə heç bir təsiri yoxdur

D) Sadalananların heç biri doğru deyildir.

E) Orqanların transplantasiyasında immundepressant təsirə malik deyildir
Ədəbiyyat: Е.И.Соколов «Клиническая иммунология», 1998г., стр195
187) Qlükokortikosteroidlərin inqalyasion tətbiqinin arzuolunmaz effektləri hansıdır?
A) Sadalananların heç biri

B) Disfoniya, öskürək, ağız boşluğunda kandidoz

C) Sadalananların hamısı

D) Ürəkbulanma

E) Baş ağrıları
Ədəbiyyat: Е.И.Соколов «Клиническая иммунология», 1998г., стр195
188) Aşağıdakılardan hansı bronxial astmanın patoloji əlamətləri deyil(bronx divarlarının eozinofillər,limfositlərlə infiltrasiyası)?
A) Bazal membranın qalınlaşması

B) Sadalananların heç biri

C) Bazal membranın yastılaşması ; saya əzələlərinin hipotrofiyası

D) Selikaltı vəzilərin və qədəhşəkilli hüceyrələrin hiperplaziyası

E) Saya əzələlərinin hipertrofiyası
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.467
189) Allergen-spesifik immunterapiyanın aparılması zamanı sistem reaksiyalarının inkişafınının əsas səbəbi bunlardan hansı deyil?
A) Allergenə yüksək həssaslı xəstələrdə dozanın qeyri-düzgün korreksiyası

B) Allergenin səhvən böyük dozada daxil edilməsi

C) Sadalananların hamısı

D) Digər seriya allergenlərə keçid

E) Atopik dermatitli xəstələrdə allergen-spesifik immunterapiyanın aparılması
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il, səh.313
190) Sadalanlardan hansı insanın immun çatışmazlıq virusunun səthi strukturuna aiddir?
A) p 9, p 7

B) p 24


C) p 9 ,gp41

D) p 17


E) gp 120,gp 41
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il, səh.200
191) Artyus fenomeni allergik reaksiyanın hansı tipi üzrə inkişaf edir?
A) V tip üzrə

B) III tip üzrə

C) II tip üzrə

D) I tip üzrə

E) IV tip üzrə
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il, səh.156
192) Dərman-induksiyası zamanı Sistem Qırmızı Qurdeşənəyi sindromu törətməyən preparatlar hansıdır?
A) Probiotiklər

B) Qızıl duzları

C) Litium duzları

D) Antitireoidlər

E) Antikonvulsantlar
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il, səh.319
193) Aşağıdakılardan hansı pollinoz zamanı etioloji faktorlara aiddir?
A) Sadalananların hamısı

B) Kif göbələklərinin toksinləri

C) Bitkilərin tozcuğu

D) Bakteriyalar

E) Kif göbələklərinin sporları
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.524
194) LAD-2 ( leucocyte adhesion deficiency) sindromu bunlardan hansının defekti ilə səciyyələndirilir?
A) CD 80\86 molekulasının

B) CD 18 molekulasının

C) CD 54 molekulasının

D) CD 16 molekulasının

E) Heç bir cavab düzgün deyil
Ədəbiyyat: Р.М.Хаитов, Г.А.Игнатьева, И.Г.Сидорович. «Иммунология» 2000 г., стр.282
195) Dərman maddələrinə hansı sistem allergik reaksiyaları daxildir?
A) Anafilaktik şok, Layella sindromu

B) Sadalananların hamısı

C) Fiksəedən eritema

D) Rinit


E) Sadalananların heç biri
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.195
196) Allergik reaksiyaların 3-cü tipi hansı xəstəliklərin inkişafında aparıcı rol oynayır?
A) Rinit

B) Sadalananların heç biri

C) Hemorragik vaskulit, zərdab xəstəliyi

D) Sadalananların hamısı

E) Pollinoz
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il, səh.155
197) ß-2 adrenoreseptorların ağ ciyər toxumasında stimulyasiyası nəyə gətirib çıxarır?
A) Boğulmaya

B) Bronxların daralmasına

C) Sadalananların heç birinə

D) Sadalananların hamısına

E) Saya əzələlərinin boşalmasına; mukosiliar klirensin artmasına
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.490
198) Pollinozlu uşaqların vaksinasiyası zamanı hansı qaydaya əməl olunmalıdır?
A) Vaksinasiya kliniki simptomlar itdikdən 1,5 – 2 aydan gec olmayaraq aparılır

B) Xəstəlikdən dərhal sonra aparılır

C) Bitkilərin çiçəkaçmasına qədər 1,5-2 aydan gec olmayaraq vaksinasiya aparılır

D) Bitkilərin çiçəkaçma fəsli nəzərə alınmadan ,lakin xəstəliyin kəskinləşmə dərəcəsi nəzərə alınaraq aparılır

E) Xəstəlik kəskinləşdikdən sonra aparılır
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.524
199) Əgər pasientdə boğulma sirkdə baş verərsə, bunu nə ilə əlaqələndirmək olar?
A) Sadalananların heç biri ilə

B) Sadalananların hamısı ilə

C) Polisaxarid meninqokokk vaksinasiyası ilə

D) Tetanus(stolbnyak) əleyhinə zərdabla

E) Diri poliomielit vaksinasiyası ilə
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г.,стр.237
200) Hansı müddətə övrənin təzahür elementləri saxlanılır?
A) 36 saata qədər

B) 12 saata qədər

C) 72 saata qədər

D) 48 saata qədər

E) 24 saata qədər
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.552
201) Di-Corci sindromu üçün hansı xarakter deyil?
A) Timusun aplaziyası

B) Ekzema

C) Ürək qüsuru

D) Timusun hipoplaziyası

E) Üz skletenin anomaliyası
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il, səh.174
202) Qıza anasından hansı irsən keçir?
A) Toxuma uyuşanlığının əsas kompleksinin spesifikliyinin 1\6 hissəsi

B) Toxuma uyuşanlığının əsas kompleksinin spesifikliyinin 1\4 hissəsi

C) Toxuma uyuşanlığının əsas kompleksinin spesifikliyinin 1\8 hissəsi

D) Toxuma uyuşanlığının əsas kompleksinin spesifikliyinin yarısı

E) Toxuma uyuşanlığının əsas kompleksinin spesifikliyinin tam dəsti
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г. . стр.97
203) Bunlardan hansı dərman allergiyasını törətmir?
A) Tavegil, sulfanilamid

B) Tavegil

C) Sulfanilamid

D) Penisillin

E) Analgin
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.412
204) Bunlardan hansı qida allergiyasının təzahürü ola bilər?
A) Oral allerqoloji sindrom

B) Sadalananların hamısı

C) Trombositopeniya

D) Enterokolit

E) Anafilaktik şok
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.407
205) Hansı tozcuq rinokonyuktiviti üçün xarakterdir?
A) Sadalananların hamısı

B) Fəsil gedişatı

C) İl boyu gedişatı

D) Heyvanların epidermisi ilə kontakt zamanı epizodik kəskinləşmə

E) Sadalananların heç biri
Ədəbiyyat: Р Р.М.Хаитов «Иммунология» 2006 г., стр.164
206) Bunlardan hansı Revmatoid artriti zamanı rast gəlinən visseral zədələnmə deyil?
A) Böyrək amiloidozu

B) Miokardit

C) Vaskulit

D) Plevrit

E) Sadalananların hamısı
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il, səh.245
207) Allerqoloji test qoyulan zaman dərinin reaktivliyini yoxlamaq üçün histaminin hansı qatılığından istifadə olunur?
A) 0,001 %

B) 0,01 %

C) 0,1 %

D) 0,0001 %

E) 0,00001%
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.418
208) “ Bronxial astma “ diaqnozunu qoymaq üçün ağ ciyərlərin funksiyasının daha informativ qiymətləndirilməsinə hansı aid deyil?
A) Ağ ciyərlərin forsir həyat tutumu

B) Nəfəsvermənin pik sürəti

C) Sadalananların heç biri

D) Nəfəsvermənin rezerv həcmi

E) İlk saniyədə nəfəsvermənin forsir həcmi
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.467
209) Bronxial astma simptomlarınının aradan qaldırılması üçün xəstələr hansından istifadə edir?
A) İnqalyasiyalı qlükokortikosteroidlərdən

B) İnqalyasiyadan

C) Sadalananların heç birindən

D) Sadalananların hamısından

E) Kromonlardan
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г.,стр.173
210) Bronxial astmanın ikinci profilaktik tədbirlərinə hansı aiddir?
A) Sensibilizasiya və xəstəlik olmadıqda allergenlə kontaktı kəsmək

B) Sensibilizasiya baş verdikdə,xəstəliyin əlamətləri gücləndikdə allergenlə kontaktı kəsmək

C) Sensibilizasiya baş verdikdə,xəstəliyin mötədil əlamətləri olduqda allergenlə kontaktı kəsmək

D) Sensibilizasiya baş verdikdə, xəstəlik hələ yoxdursa, allergenlə kontaktı kəsmək

E) Xəstəlik baş verdikdən sonra allergenlə kontaktı kəsmək
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.485
211) X-ilişikli aqammaqlobulinemiyalarda xəstəyə hansını təyin etmək məqsədəuyğundur?
A) Sadalananların heç biri

B) Timiki hormonları

C) Antibiotikləri, immunoqlobulinləri

D) Sadalananların hamısı

E) Sümük iliyi preparatlarını
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г.,стр.136
212) Anafilaktik şok zamanı ürək-damar dəyişiklikləri necə səciyyələnir?
A) Damar keçiriciliyinin azalması

B) Ürək çatışmazlığı; damar keçiriciliyinin azalması

C) Arterial təzyiqin kəskin artması

D) Yalnız arterial təzyiq aşağı düşür

E) Arterial təzyiqin kəskin aşağı düşməsi; ürək çatışmazlığı
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il, səh.147
213) Hazırda bronxial astmanın müalicəsində hansı daha effektli preparatdır?
A) Sistem qlükosteroidləri

B) Sadalananların heç biri

C) Kromonlar

D) İnqalyasiyalı qlükokortikosteroidlər

E) İnqalyasiyalı ß-2 aqonistləri
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.486


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin