287) Tozcuq allergiyasının kliniki təzahürü nə zaman güclənir?
A) Yağışlı havada güclənir
B) Mülayim, isti havada güclənir
C) İlin soyuq vaxtında güclənir
D) Hava şəraitindən asılı olmur
E) Quru,qızmar, küləkli havada güclənir
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.406
288) Ağac tozcuğuna allergiya zamanı bunlardan hansına qarşı xəstələrdə daha tez-tez çarpaz tozcuq allergiyası olur?
A) Üzüm
B) Qoz
C) Sadalananların hamısı
D) Armud
E) Alma
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.524
289) Tozcuq allergiyası zamanı bunlardan hansına qarşı tez-tez allergik reaksiya olur?
A) Sulfanilamidlərə
B) B qrupu vitaminlərinə
C) A qrupu vitaminlərinə
D) Pirazolon cərgəsi preparatlarına
E) Çobanyastığı dəmləməsinə
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.406
290) Bunlardan hansı allergik xüsusiyyətlərə malik deyil?
A) Eufillin
B) Fizioloji məhlul
C) Gentamisin
D) Trimekain
E) Sadalananların hamısı
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.406
291) Dərman allergiyası olan xəstələrdə allergik reaksiya nə zaman baş verə bilər?
A) 5-6 sutkada
B) Preparatı birinci vurduqda
C) Müalicənin ikinci sutkasında
D) Müalicənin üçüncü sutkasında
E) Müalicənin birinci sutkasında
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.412
292) Dərman allergiyası tez-tez hansı hallarda ola bilər?
A) Preparatı kiçik dozada tətbiq edərkən
B) Preparatı normal dozada qəbul edərkən
C) Tez-tez tətbiq olunan preparata
D) Az-az tətbiq olunan preparata
E) Preparatı böyük dozada tətbiq edərkən
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.412
293) Göbələk allergiyası olan xəstəyə çox vaxt bunlardan hansı məsləhət görülmür?
A) Sadalananların hamısına
B) Pendir
C) Yumurta
D) Balıq
E) Süd
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.406
294) Göbələk allergiyası olan xəstələrə çox vaxt hansı məsləhət görülmür?
A) Pivə
B) Meyvə suyu
C) Konyak
D) Araq
E) Süd
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.406
295) Göbələk allergiyasının kəskinləşməsi nə zaman müşahidə olunur?
A) Quru,isti şəraitdə
B) Quru,soyuq şəraitdə
C) Nəm,rütubətli şəraitdə
D) Quru,taxta evdə
E) Yaşayış yerindən asılı olmayaraq
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.406
296) Hansı xəstələrə qeyri-infeksion allergenli dəri testləri göstərişdir?
A) Xroniki bronxiti olan
B) Ekzeması olan
C) Sadalananların hamısı
D) Pollinozlu
E) Xroniki haymoriti olan
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il, səh.300
297) Hansı halda dəri sınağı ehtimalı doğrudur?
A) Test-kontrol, histamin və allergenlər müsbət reaksiya vermişsə
B) Əgər test-kontrol mənfi, histamin isə müsbət reaksiya vermişsə
C) Test-kontrol və allergenlər mənfi reaksiya vermişsə
D) Test-kontrol və histamin mənfi reaksiya vermişsə
E) Test-kontrol,histamin və allergenlər mənfi reaksiya vermişsə
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.416
298) Qeyri-infeksion allergenlərlə dəri testi nə zaman aparılır?
A) Antihistamin preparatları dayandırıldıqdan 3 gün sonra
B) Antihistamin preparatları dayandırıldıqdan beş gün sonra
C) Antihistamin preparatları dayandırıldıqdan iki gün sonra
D) Antihistamin preparatları dayandırıldıqdan bir gün sonra
E) Antihistamin preparatlarının qəbulu fonunda
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г.406
299) Dəri testi nə zaman aparılır?
A) Astemizolu dayandırdıqdan 11 gün sonra
B) Astemizolu dayandırdıqdan 6 həftə sonra
C) Astemizolun qəbulu fonunda
D) Astemizolu dayandırdıqdan 3 gün sonra
E) Astemizolu dayandırdıqdan 7 gün sonra
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.416
300) Qeyri-bakterial allergiyalı ilkin allerqoloji müayinə üçün birinci növbədə bunlardan hansı tətbiq edilir?
A) Skarifikasiya testi
B) Dəridaxili testlər
C) Provakasion test
D) Sadalananların hamısı
E) Applikasiya testi
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.416
301) Damcılı dəri sınağı hansı xəstələrə tətbiq olunur?
A) Bütün xəstələrə
B) İnfeksion allergiyalı xəstələrə
C) Bakterial allergiyası olan xəstələrə
D) Sadalananların heç birinə
E) Yüksək dərəcədə sensibilizasiyası olan xəstələrə
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.413
302) İynə testi hansı diaqnostika üçün tətbiq olunur?
A) Məişət allergiyası
B) Göbələk allergiyası
C) Sadalananların hamısı
D) Bakterial allergiya
E) Övrə
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.410
303) İynə testi hansı diaqnostika üçün tətbiq olunmur?
A) Məişət allergiyası
B) Sadalananların heç biri
C) Epidermal allergiya
D) Bakterial allergiya
E) Tozcuq allergiyası
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.412
304) Xəstədə eyni vaxtda dəri skarifikasiya testini optimal neçə allergenlə qoymaq olar?
A) 10-12 allergenlə
B) 18-20 allergenlə
C) 3-4 allergenlə
D) Allergenlərin sayının əhəmiyyəti yoxdur
E) 20-25 allergenlə
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.416
305) Qeyri-bakterial allergenlərlə dəridaxili testlər zamanı allergen hansı miqdarda vurulur?
A) 0,001 ml
B) 0,01 ml
C) 0,002 ml
D) 0,1 ml
E) 0,02 ml
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.420
306) Qeyri-bakterial allergenlərlə dəridaxili testlərin nəticələrini nə vaxt bilmək olar?
A) 5 dəqiqədən sonra
B) 10 dəqiqədən sonra
C) 60 dəqiqədən sonra
D) 20 dəqiqədən sonra
E) 30 dəqiqədən sonra
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.420
307) Dəri allergik sınaqları hansı xəstələrdə qoyulur?
A) Xroniki riniti olan
B) Hər hansı xəstəliyə
C) Kollagenozlu
D) Xroniki böyrək çatışmazlığı olan
E) Xroniki tonzilliti olan
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.418
308) Dəri sınağının qoyulmasına əks göstəriş nə vaxt hesab olunur?
A) Allergik xəstəliyin kəskinləşməsində
B) Allergik xəstəliyin remissiyasında
C) Atopik dermatitin remissiyasında
D) Xroniki rinitin mötədil kliniki təzahüründə
E) Sadalananların hamısında
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.417
309) Bunlardan hansı üçün dəri testi əks göstəriş deyil?
A) Aktiv vərəmdə
B) Sadalananların hamısında
C) Burnun polipozunda
D) Qaraciyərin dekompensə olan xəstəliyində
E) Ürəyin dekompensə olan xəstəliyində
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.417
310) Hansı halda qeyri-bakterial allergenlə reaksiya(skarifikasiya) müsbət(++) hesab olunur?
A) Hiperemiyanın diametri 2 mm olduqda
B) Hiperemiya zonalı,suluğun diametri 5 mm olduqda
C) Suluğun diametri 1 mm olduqda
D) Suluğun diametri 10 mm olduqda
E) Hiperemiyanın diametri 10 mm olduqda
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.416
311) Qeyri-bakterial allergenlə dəridaxili test zamanı reaksiya nə zaman şiddətli müsbət(+++) sayılır?
A) Limfanqaitli suluğun diametri < 20 mm olduqda
B) Hiperemiya zonalı,suluğun diametri 15-20 mm olduqda
C) Suluğun diametri 4 mm olduqda
D) Suluğun diametri 10 mm olduqda
E) Limfanqaitli suluğun diametri > 20 mm olduqda
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.416
312) Dəri sınağı nə zaman yalançı mənfi sayılır?
A) T-kontrol mənfi, histamin müsbət,allergenlə müsbət
B) T-kontrol mənfi, histamin mənfi,allergenlə mənfi
C) T-kontrol müsbət, histamin müsbət,allergenlə müsbət
D) T-kontrol müsbət,histamin müsbət, allergenlə mənfi
E) T-kontrol müsbət, histamin mənfi, allergenlə mənfi
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.416
313) Dəri sınağı nə zaman yalançı müsbət sayılır?
A) T-kontrol mənfi, histamin mənfi, allergenlə mənfi
B) T-kontrol mənfi, histamin müsbət, allergenlə müsbət
C) T-kontrol müsbət, histamin mənfi, allergenlə mənfi
D) T-kontrol mənfi, histamin mənfi, allergenlə müsbət
E) T-kontrol müsbət, histamin müsbət, allergenlə müsbət
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.416
314) Hansı halda provakasion allergik testlər tətbiq olunur?
A) Allergiyaya anamnezdə nəticələr olmadıqda
B) Mənfi anamnez və mənfi dəri sınağı
C) Hər hansı xəstəlikdə
D) Müsbət anamnez nəticələri olduqda
E) Mənfi anamnez zamanı müsbət dəri sınağı aldıqda
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.416
315) Bunlardan hansının diaqnostikası üçün provakasion nazal test aparılır?
A) Göbələk allergiyası
B) Tozcuq allergiyası
C) Bakterial allergiya
D) Dərman allergiyası
E) Qida allergiyası
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il, səh.141
316) Konyunktival testlərin aparılması üçün tozcuq allergeni hansı qatılıqda tətbiq edilir?
A) 10 dəfə durulaşdırılmış
B) 4 dəfə durulaşdırılmış
C) Tam allergen
D) 2 dəfə durulaşdırılmış
E) 5 dəfə durulaşdırılmış
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.406
317) Bunlardan hansının diaqnostikasında provokasion nazal test tətbiq edilir?
A) Qida allergiyasının
B) Göbələk allergiyasının
C) Bakterial allergiyanın
D) Dərman allergiyasının
E) Məişət allergiyasının
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.410
318) Provakasion nazal testlər nə zaman aparılır?
A) Bronxial astmanın kəskinləşməsi zamanı
B) Kliniki remissiya dövründə
C) Allergik rinitin kəskinləşməsi zamanı
D) Vazomotor rinitin kəskinləşməsi zamanı
E) İstənilən vaxtda
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.416
319) Provakasion inqalyasiya testi bunlardan hansının spesifik diaqnostikası üçün tətbiq edilir?
A) Tozcuq bronxial astması
B) Tozcuq allergik riniti
C) Sadalananların hamısı
D) Atopik dermatit
E) Tozcuq allergik konyuktiviti
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.421
320) Məişət allergenləri ilə provakasion inqalyasiya testini nə zaman aparmaq olar?
A) Tozcuq bronxial astmasının kəskinləşmə dövründə
B) Bronxial astmanın mötədil kliniki təzahürü zamanı
C) Xəstəliyin remissiya fazasında
D) İstənilən vaxtda
E) Bronxial astmanın kəskinləşmə dövründə
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.421
321) Bronxospazmın koeffisientinin hansı qiymətində provakasion inqalyasiya testi müsbət hesab edilir?
A) >20 %
B) > 15 %
C) > 10 %
D) > 25 %
E) > 5 %
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.421
322) Leykositlərin təbii emiqrasiyasının ləngimə testi (LTELT) nə üçün aparılır?
A) Bakterial allergiyanı aşkar etmək üçün
B) Sadalananların hamısı
C) Dərman allergiyası zamanı səbəbkar medikamenti dəqiqləşdirmək üçün
D) Epidermal allergiyanı aşkar etmək üçün
E) Göbələk allergiyasını aşkar etmək üçün
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.179
323) Leykositlərin təbii emiqrasiyasının ləngimə testinin (LTELT) aparıldığı gün hansından imtina edilməlidir?
A) Yalnız qlükokortikosteroidlərdən
B) Yalnız simpatomimetiki
C) Yalnız antihistamin preparatlarından
D) Bütün dərmanlardan
E) Yalnız inqalyasiyadan
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.179
324) Leykositlərin təbii emiqrasiyasının ləngimə testi (LTELT) penisillinlə hansı dozada aparılır?
A) 1000 mkq 1 ml-də
B) 1 mkq 1 ml-də
C) Əhəmiyyəti yoxdur
D) 100 mkq 1 ml-də
E) 10 mkq 1 ml-də
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.179
325) Leykositlərin təbii emiqrasiyasının ləngimə testinin (LTELT) aparılması üçün analgini hansı dozada götürmək lazımdır?
A) 1000 mkq\ml
B) 100 mkq\ml
C) 1 mkq\ml
D) 10 000 mkq\ml
E) 10 mkq\ml
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.179
326) Emiqrasiya indeksinin hansı qiymətində leykositlərin təbii emiqrasiyasının ləngimə testi (LTELT) müsbət sayılır?
A) > 30 %
B) > 5 %
C) > 10 %
D) > 25 %
E) >20 %
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.179
327) Tartrazin testi nə zaman göstərişdir?
A) Tozcuğa allergiya zamanı
B) Aspirinə dözülməzlik zamanı
C) Sulfopreparatlara dözülməzlik zamanı
D) Kökə allergiya zamanı
E) Balığa allergiya zamanı
Ədəbiyyat: Е.И.Соколов «Клиническая иммунология», 1998г., стр.114
328) Tartrazin testi nə zaman əks göstərişdir?
A) Qırmızı tomata dözülməzlik zamanı
B) Kəskin övrə olan xəstədə
C) “Fanta” içkisinə dözülməzlik zamanı
D) Kofeyə dözülməzlik zamanı
E) Şokalada dözülməzlik zamanı
Ədəbiyyat: Е.И.Соколов «Клиническая иммунология», 1998г., стр.114
329) Tartrazin testi nə zaman aparılmır?
A) Aspirin qəbul etdikdə
B) Linkomisin qəbul etdikdə
C) Tetrasiklin qəbul etdikdə
D) Sadalananların hamısı
E) Biseptol qəbul etdikdə
Ədəbiyyat: Е.И.Соколов «Клиническая иммунология», 1998г., стр.114
330) Aspirin bronxial astmasının kəskinləşməsinin profilaktikasında bunlardan hansı tamamilə dayandırılmalıdır?
A) Papaverin
B) Aspirin və tərkibində aspirin olan preparatlar
C) Sulfopreparatlar
D) Sadalananların hamısı
E) Dibazol
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.485
331) Pollinozu hansı bitkilərin tozcuğu daha çox törədir?
A) Çarpaz tozlanan bitkilərin
B) Küləklə tozlanan bitkilərin
C) Süni tozlanan bitkilərin
D) Həşaratla tozlanan bitkilərin
E) Sadalananların hamısının
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.524
332) Tozcuq sensibilizasiyası allergik reaksiyanın hansı tipinin formalaşmasına gətirib çıxarır?
A) Sadalananların heç biri
B) T-asılı tipi
C) B-asılı E-qlobulin tipi
D) Sadalananların hamısı
E) B-asılı G-qlobulin tipi
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.528
333) Pollinoz zamanı allergik anticisim bilavasitə hansına aiddir?
A) IgG
B) IgG,IgA
C) IgM
D) IgE, qismən IgG
E) IgA
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.524
334) Pollinoz zamanı allergik anticisim harada yerləşən hüceyrə-hədəfə fiksə olur?
A) Sadalananların hamısı
B) Konyuktivanın və respirator aparatın selikli qişasında
C) Xırda qan damarlarının yaxınlığında
D) Mədə-bağırsaq traktında
E) Dəridə
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.524
335) Pollinoz zamanı burun-udlağın selikli qişasında formalaşan allergik iltihabın əsas mediatoru hansıdır?
A) Serotonin
B) Polipeptid B
C) Asetilxolin
D) Sadalananların heç biri
E) Histamin
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.524
336) Tozcuq allergik konyuktiviti nə zaman kəskinləşir?
A) Yalnız rütubətli havada
B) İlin soyuq vaxtında
C) Yaz-yay fəslində
D) Qızmar istidə
E) İlboyu
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.173
337) Tozcuq allergik konyuktiviti nə zaman kəskinləşir?
A) Rütubətli-isti havada
B) Metereoloji vəziyyətdən asılı olmayaraq
C) Yağışlı-soyuq havada
D) İlboyu
E) Günəşli- küləkli havada
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.173
338) Tozcuq allergik konyuktiviti üçün nə səciyyəvidir?
A) Konyuktivanın allergik iltihabı
B) Konyuktivanın irinli iltihabı
C) Konyuktivanın proliferativ iltihabı
D) Konyuktivanın qarışıq iltihabı
E) Sadalananların heç biri
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.173
339) Pollinoz zamanı burnun sinus artımı hansı xarakteri daşıyır?
A) Toksiki xarakter
B) İrinli xarakter
C) Sadalananların heç biri
D) Neyrosirkulyar xarakter
E) Allergik xarakter
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.524
340) Tozcuq bronxial astması nə zaman kəskinləşir?
A) İlin soyuq vaxtında
B) Yaz-yay fəslində
C) İlboyu
D) İlin istənilən vaxtında, yalnız ifrat soyuma olduqda
E) Küləkli havada
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г.,467
341) Pollinoz üçün hansı dərman allergiyasına uyğunluq xarakterdir?
A) Aspirinə və pirazolon törəmələrinə
B) Fenotiazin sırası preparatlarına
C) Sulfanilamid preparatlarına
D) Bitki mənşəli dərmanlara
E) Sadalananların hamısına
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.524
342) Tozcuq bronxial astması zamanı allergenin tamamilə eliminasiyası zamanı nə baş verir?
A) Yarımil ərzində bronxospazmın qabarıqlığı saxlanılır
B) Obstruktiv və restriktiv tip üzrə ventilyasiyanın pozulması saxlanılır
C) Bütün funksional göstəricilərin dəyişiklikləri tamamilə normal olur
D) Sadalananların heç biri
E) İl ərzində gizli bronxospazm bir qədər saxlanılır
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.469
343) Tozcuq bronxial astması bunlardan hansına çox vaxt uyğun gəlir?
A) Rinit, konyuktivit
B) Allergik qastrit
C) Miqren
D) Allergik kontakt dermatit
E) Sadalananların hamısı
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.467
344) Tozcuq bronxial astması hansı qida allergiyasına çox vaxt uyğun gəlir?
A) Südə
B) Balığa
C) Yumurtaya
D) Sadalananların hamısına
E) Bitki mənşəli məhsullara
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.407
345) Pollinoz zamanı hansı qida allergiyası daha çox xarakterdir?
A) Pendir
B) Süd
C) Qoz
D) Yumurta
E) Şokolad
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.524
346) Pollinoz zamanı hansı dərman allergiyası ehtimal olunur?
A) Ampisillin
B) Penisillin
C) Sulfanilamid preparatları
D) Aptek çobanyastığına
E) Streptomisin
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.524
347) Pollinoz zamanı allergik reaksiya hansının yerli tətbiqi zamanı ehtimal olunur?
A) Vazelin
B) Sadalananların hamısı
C) Uşaq kremi
D) Tərkibində kalendula olan krem
E) Lanolin kremi
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.524
348) Pollinoz zamanı allergik reaksiya hansının istifadəsi zamanı ehtimal olunur?
A) Yumurtalı şampun
B) Uşaq sabunu
C) Hamam sabunu
D) Çobanyastığı şampunu
E) Sadalananların hamısı
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.524
349) Pollinozlu xəstəyə soyuqdəymə zamanı hansı tövsiyə olunmur?
A) Analgin
B) Bal
C) Aspirin
D) Parasetamol
E) Dimedrol
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.524
350) Tozcuq bronxial astmasının fəsli kəskinləşməsi zamanı hansını tətbiq etmək olmaz?
A) Etilendiamin törəmələri
B) Adrenergik reseptorların ß-blokatorları
C) Fenotiazin cərgəsi preparatları
D) Adrenergik reseptorların ß-stimulyatorları
E) Sadalananların hamısı
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.486
351) Dərinin qabarıq dermoqrafizmi zamanı dəri sınaqları etmək nə dərəcədə məqsədəuyğundur?
A) Əldə qoymaq olar
B) Qarında etmək olar
C) Bazuda
D) Ümumiyyətlə etmək olmaz
E) Kürəkdə etmək olar
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.418
352) Pollinozlu xəstənin dəri testini nədən başlamaq lazımdır?
A) Dəridaxili sınaqdan
B) Skarifikasiyalı dəri sınağından
C) Damcılı dəri sınağından
D) Prik –testdən
E) Sadalananların heç biri
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г, стр.419
353) Pollinozlu xəstələrə nə zaman dəridaxili sınaq qoyulur?
A) Müsbət anamnez və skarifikasiya sınağının şübhəli nəticələri olduqda
B) Mənfi anamnez və skarifikasiya sınağının mənfi nəticələri olduqda
C) Müsbət anamnez və skarifikasiya sınağının mənfi nəticələri olduqda
D) Müsbət anamnez və skarifikasiya sınağının inandırıcı nəticələri olduqda
E) Müsbət anamnez və skarifikasiya sınağının yalançı-müsbət nəticələri olduqda
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.420
354) Pollinoz zamanı provakasion allergik sınaqlar nə zaman tövsiyə olunur?
A) Anamnez və kliniki nəticələr dəri sınağı ilə üst-üstə düşdükdə
B) Anamnez və dəri sınağı nəticələri üst-üstə düşmədikdə
C) Mənfi skarifikasiya və müsbət dəridaxili sınaqlar zamanı
D) Dəri sınağı nəticələrindən asılı olmadan
E) Müsbət skarifikasiya və mənfi dəridaxili sınaqlar zamanı
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.421
355) Provakasion konyuktival testi aparmaq nə zaman məqsədəuyğundur?
A) Rinokonyuktival sindrom zamanı
B) Qabarıq şəkildə tozcuq riniti olduqda
C) Tozcuq astması təcrid olunduğu zaman
D) Tozcuq riniti olduğu zaman
E) Tozcuq konyuktiviti təcrid olunduğu zaman
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.421
356) Tozcuq allergenləri ilə provakasion konyuktival test hansı qatılıqda aparılır?
A) Quru tozcuqla
B) Allergeni 4 dəfə durulaşdırdıqda
C) Allergeni 10 dəfə durulaşdırdıqda
D) Allergeni 2-qat durulaşdırdıqda
E) Allergeni 8 dəfə durulaşdırdıqda
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.421
Dostları ilə paylaş: |