İmmunologiya ixtisası üzrə test sualları Bölmə Ümumi immunologiya 1 İmmun sistemin mərkəzi orqanları hansıdır?


) Bunlardan hansı fiziki gücdən yaranan bronxial astma üçün xarakter deyil?



Yüklə 1,64 Mb.
səhifə8/16
tarix30.06.2018
ölçüsü1,64 Mb.
#55307
1   ...   4   5   6   7   8   9   10   11   ...   16

495) Bunlardan hansı fiziki gücdən yaranan bronxial astma üçün xarakter deyil?
A) Bronxial astmalı xəstələrdə yüksək rast gəlinməsi

B) Sağlam şəxslərdə rast gəlinməsi

C) Ətraf mühit faktorlarının təsiri(havanın temperaturu,rütubətli)

D) Təkrar yüklənmə zamanı bronxospazmın azalması

E) Sadalananların hamısı
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.486
496) Allergiya zamanı spesifik immunoterapiya bunlardan hansına effektiv təsir edir?
A) Tozcuğa

B) Ev tozuna

C) Kifə

D) Heyvan kəpəyinə



E) Gənəyə
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.545
497) Sadə spirometrin köməkliyi ilə hansını ölçmək olmaz?
A) Ağ ciyərlərin tənəffüs həcmini

B) Ağ ciyərlərin funksional qalıq həcmini

C) Ağ ciyərlərin həyat tutumunu

D) Ağ ciyərlərin qalıq həcmini

E) Sadalananların hamısını
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.476
498) Xroniki tənəffüs çatışmazlığının və ağ ciyər ürəyinin inkişafının daha çox başvermə səbəbi hansıdır?
A) Bronxoektatik xəstəlik

B) Xroniki pnevmoniya

C) Sadalananların heç biri

D) Xroniki obstruktiv bronxit

E) Ağ ciyər vərəmi
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.476
499) Hansı preparatları bronxial obstruksiyalı xəstələrə böyük ehtiyatla təyin edirlər?
A) Antasid preparatları

B) Sadalananların hamısı

C) ß-blokatorları

D) Hipotenziv preparatları

E) Sidikqovucu preparatları
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.486
500) Obstruksiyanın dərinləşməsi zamanı bilavasitə gecə vaxtı hansını təyin etmək məqsədəuyğundur?
A) Efedrin

B) Atrovent

C) Salbutamol

D) Fenoterol

E) Sadalananların hamısı
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.486
501) Yuxarı tənəffüs yollarının sekretində əsas immunoqlobulinlər hansıdır?
A) IgG, sekretor IgA, IgE

B) IgM


C) IgE

D) IgG


E) IgD
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987г. стр.48
502) Spiropentanın tərkibinə hansı daxildir?
A) Dinatrium-kromoqlikat

B) Flunizolid-hemihidrat

C) Sadalananların hamısı

D) Klenbuterol-hidrobromid

E) Sadalananların heç biri
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.486
503) Spiropent nədir?
A) Sadalananların heç biri

B) Uzun müddət təsirə malik peroral ß- aqonistdir

C) Kontakt zəiflədici vasitədir

D) M-xolinoreseptorların blokatorudur

E) İltihabəleyhinə inqalyasiya vasitəsidir
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.486
504) Berodual hansına aiddir?
A) Kombinə olan bronxolitik vasitədir

B) Sadalananların heç biri

C) Qeyri-selektiv ß-adrenostimulyatorudur

D) Sadalananların hamısı

E) İltihabəleyhinə inqalyasiya vasitəsidir
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.486
505) Berodual nə zaman tətbiq edilir?
A) Xroniki obstruktiv bronxitlə bronxial astmanın uyğunluğu zamanı

B) Yaşlı xəstələrin bronxial astması zamanı

C) Sadalananların hamısında

D) Xroniki astmatik bronxit zamanı

E) Gənc yaşlarında epizodik bronxial astma pristupları zamanı
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.486
506) Lazolvan-bromheksinin tərkibinə hansı daxildir?
A) Bromheksin-hidrobromid

B) İpratropium-bromid

C) Ambroksol-hidroxlorid

D) Klonidin-hidroxlorid

E) Sadalananların hamısı
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.486
507) Ambroksol-hidroxlorid hansına aiddir?
A) Sadalananların hamısına

B) Selektiv ß-2 aqonistlərə

C) İltihabəleyhinə vasitəyə

D) Mukolitiklərə

E) Bronxolitik vasitələrə
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.486
508) İnqakortun tərkibinə hansı daxildir?
A) Flunizolid-hemihidrat

B) Budesonidbromid

C) Fenoterol-hidrobromid

D) Sadalananların hamısı

E) Beklometazon-sulfat
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.486
509) Flunizolid- hemihidrat hansına aiddir?
A) Selektiv ß-2aqonistlərə

B) İnqalyasiya kortikosteroidlərinə

C) Bronxosekretolitik preparatlara

D) Kombinə olan bronxolitik preparatlara

E) Sadalananların hamısına
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.486
510) İnqalyasiya qlükokortikosteroidləri nə zaman tətbiq olunur?
A) Sadalananların hamısında

B) Atopik bronxial astma zamanı

C) Sistem Qırmızı qurdeşənəyi zamanı

D) Kəskin pnevmoniya zamanı

E) Xroniki bronxit zamanı
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.486
511) Atopik bronxial astmada inqalyasiyalı qlükokortikosteroidlər hansı halda tətbiq olunmur?
A) 4 həftə ərzində natrium-kromoqlikatın qeyri-effektliyi zamanı

B) Xəstəliyin yüngül gedişatında

C) 2 həftə ərzində natrium-kromoqlikatın qeyri-effektliyi zamanı

D) Xəstəliyin ağır gedişatında

E) Xəstəliyin orta gedişatında
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.486
512) İnqalyasiya qlükokortikosteroidlərinin dozasını artırmaq nəyə xidmət edir?
A) Gündə 8 inqalyasiyadan artıq ß-aqonistə tələbatın artmasına

B) Sadalananların heç birinə

C) Gündə 3-4 inqalyasiyadan artıq ß-aqonistə tələbatın artmasına

D) Astmatik statusa

E) Xəstəliyin remissiyaya keçməsinə
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.486
513) Flunizolid, budezonidin sistem yan təsirləri hansıdır?
A) Steroid diabeti

B) Osteoporoz

C) Ulserogen təsir

D) İsenko-Kuşinq sindromu

E) Çox nadir halda
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.486
514) İnqalyasiya qlükokortikosteroidləri arasında daha az ümumu biosanballı hansıdır?
A) Beklometazon-dipropionat

B) Flunizolid

C) Flutikason

D) Budesonid

E) Sadalananların hamısı
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.486
515) Aşağıdakılardan hansı qlükokortikosteroidlərin iltihabəleyhinə aktivliyi mexanizminə aid deyil?
A) A2 fosfolipaza inhibitoru məhsulunun stimulyasiyası

B) Quanilatsiklazaktivliyin səviyyəsinin azalması

C) Katexolaminlərə toxuma cavabının bərpası

D) ATF-aza səviyyəsinin azalması

E) Antifosfodiesteraza aktivliyinin azalması
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.486
516) A2 fosfolipaza ingibitoru məhsulunun stimulyasiyası hansına səbəb deyil?
A) Leykotrienlərin əmələ gəlməsinin süstləşməsi

B) A2 tromboksanın ifrazının ingibisiyası

C) Prostaqlandinlərin əmələ gəlməsinin stimulyasiyasına

D) Sadalananların hamısına

E) Araxidon turşusunun metabolizm məhsullarının ifrazının ingibisiyasına
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.486
517) Atopik bronxial astma üçün hansı xarakterdir?
A) Pristuplararsı dövrdə öskürək

B) Ağır astmatik status

C) Boğulma pristupunun tədricən inkişafı

D) Burnun residivləşən polipozu

E) Boğulma pristupunun qəfil inkişafı; eliminasiya effekti
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.467
518) Teofillin preparatını qəbul edərkən yan effektlər hansı ola bilər?
A) Ürəkbulanma,qusma,baş ağrıları, bradikardiya,ritmin pozulması,epileptik özündəngetmələr

B) Qusma,taxikardiya, baş ağrıları, ritmin pozulması

C) Ağızda quruluq,ürəkbulanma,baş ağrıları,bradikardiya, ritmun pozulması

D) Tremor,ürəkbulanma, baş ağrıları,göz yaşının axması,ritmin pozulması

E) Ağızda quruluq, tremor, baş ağrıları, qusma,ritmin pozulması
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.486
519) Teofillin hansı təsirə malikdir?
A) Onurğa beyninin boz maddəsinin oyanıqlığını azaldır

B) Baş beyin qabığının oyanıqlığını azaldır

C) Baş beynin qabığına təsir etmir

D) Baş beyin qabığının oyanıqlığını artırır

E) Onurğa beyninin boz maddəsinin oyanıqlığını artırır
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.486
520) Xroniki bronxitin inkişafı daha çox nədən baş verir?
A) İmmundefisit

B) Sadalananların hamısı

C) Siqaret çəkmə

D) İnfeksiya

E) Allergiya
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.467
521) Xroniki bronxitin kəskinləşməsi zamanı bəlğəmdə hansı əkilir?
A) Hemofil çöpü

B) Klebsiella

C) Bağırsaq çöpü

D) Streptokokk

E) Stafilokokk
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.173
522) Xəstədə atroventə müsbət farmakoloji sınaq , salbutamol və efedrinə mənfi sınaq olmuşdur.Bronxların obstruksiyası mexanizmi bunlardan hansı ilə əlaqədardır?
A) Sadalananların heç biri

B) Xolinergik mexanizmlərlə

C) Ödem və selikli qişanın şişməsi ilə

D) ß-adrenergik reseptorların depressiyası ilə

E) Bronx mənfəzində sekretin olması ilə
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.173
523) Bronxial obstruksiyalı xəstələrə ehtiyatla hansı təyin olunmalıdır?
A) Antasidlər

B) Hipotenziv preparatlar

C) Sadalananların hamısı

D) Sidikqovucu

E) Antiaritmik preparatlar
Ədəbiyyat: Хаитов Р.М. «Иммунология» 2006 г., стр.173
524) Obstruksiyanın dərinləşməsi zamanı gecə vaxtı hansından istifadə etmək məqsədəuyğundur?
A) Salbutamol

B) Fenoterol

C) Atrovent

D) Efedrin

E) Sadalananların hamısı
Ədəbiyyat: Хаитов Р.М. «Иммунология» 2006 г., стр.173
525) Bunlardan hansı ilboyu allergik riniti xarakterizə etmir?
A) Natrium - komqlikatın tətbiqinin yaxşı effekti

B) Nadir halda polip əmələgəlmə

C) Profuz tər

D) Selikli qişanın göy rəng alması

E) Allergenspesifik IgE
Ədəbiyyat: Дранник Г.Н. «Клиническая иммунология и аллергология» 2003 г., стр533
526) Qeyri-atopik riniti olan şəxslər üçün aşağıdakılardan hansı xarakter deyil?
A) Əhəmiyyətli nazal obstruksiya

B) Uşaqlıqda və ya gənc ikən xəstəliyin başlaması

C) Poliplərin tez-tez əmələ gəlməsi

D) Mötədil rinoreya

E) Nadir halda asqırma
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.533
527) Vazomotor rinitə hansı aid deyil?
A) Terapiyanın qeyri-effektliyi

B) Selikli qişanın avazımış rəngi

C) Mötədil rinoreya

D) Selikli qişanın ödemi

E) Poliplərin olmaması
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.533
528) Hansı ilboyu allergik rinitə aid deyil?
A) Sadalananların heç biri

B) Qanın eozinofiliyası

C) Nazal yaxmada eozinofiliya

D) Ümumi IgE-nin qəfil nəzərə çarpacaq dərəcədə artması( 10-20 dəfə)

E) Ümumi IgE-nin 3-4 dəfə mötədil artması
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.533
529) Eozinofillər bunlardan hansını ifraz etmir?
A) Əsas qələvi zülalını

B) Sadalananların hamısını

C) Histamini

D) Eozinofil neyrotoksini

E) Eozinofil kation zülalını
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987г. стр.137-150
530) Bronxial divarın strukturunda sinir ucları daha çox harada yerləşir?
A) Bronxların bazal membranında

B) Arteriolların divarında

C) Arteriolların altında

D) Epitelial arakəsmələr arasında

E) Epitelial hüceyrələrin altında
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.173
531) Asmatik status yüksəkliyində ölüm zamanı makroskopik əlamətlərdən hansını çətin ayırd etmək olur?
A) Bronxların spazmını

B) Ağ ciyərlərin kəskin köpməsini

C) Sadalananların hamısını

D) Bronx mənfəzinin seliklə tıxanmasını

E) Ocaqlı distelektazanı
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.173
532) Bronxial astma pristupunun erkən fazasında hansı baş vermir?
A) Bronx divarının ödemi

B) Bronxospazm

C) Sadalananların hamısı

D) Emfizema

E) Seliyin hipersekresiyası
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.467
533) Bronxial astmanın inkişafı riskinin faktorları hansıdır?
A) Burun çəpərinin əyilməsi, IgA selektiv defisiti

B) Hiperxolesterinemiya

C) Dovşandodaq

D) Sadalananların heç biri

E) IgA selektiv defisiti
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.467
534) Valideynlərindən biri bronxial astma ilə xəstələnmiş uşaqda həmin xəstəliyin inkişaf riski neçə faiz ola bilər?
A) 20-30 %

B) 100 %


C) Uşaq sağlam olacaqdır

D) 50 %


E) 75 %
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.467
535) Atopik bronxial astmanın inkişaf riski nə zaman artır?
A) Daun sindromunda

B) Sadalananların hamısında

C) Fenilketonuriyada; IgA-nın selektiv defisiti zamanı

D) Sadalananların heç birində

E) Anadangəlmə sifilisdə
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.173
536) Qeyri-atopik (infeksion-asılı) bronxial astmanın inkişaf riski nə zaman artır?
A) Helmintoz zamanı

B) Ümumi variabel defisiti zamanı

C) Xora koliti; helmintoz zamanı

D) Sadalananların hamısında

E) T-hüceyrə immundefisiti zamanı; xora koliti zamanı
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987г. стр.82
537) “Allergiya” termini nəyi bildirir?
A) Orqanizmin ətraf mühit təsirlərinə həyat fəaliyyəti dəyişiklikləri ilə cavab vermək xüsusiyyətidir

B) Orqanizmin zərərli təsirlərinə davamlılıq mexanizmi

C) Orqanizmin bakteriyalara qarşı davamlılıq xüsusiyyətidir

D) Mühitin müxtəlif təsirlərinə yüksək həssaslığını

E) Təkrar kontaktda maddələrə cavab olaraq orqanizmin yüksək immunoloji həssaslıq halını
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987г. стр.73
538) Əsas patoloji prosesin mütləq komponenti kimi allergiyaya nə zaman rast gəlinmir?
A) Revmatizm zamanı

B) Vərəm zamanı

C) Hipertonik xəstəlik zamanı

D) Qızılyel (roja) zamanı

E) Qızılazar (skarlatina) zamanı
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.173
539) Bronxial obstruksiya nəticəsində nə yaranır?
A) Plevral şvart

B) Sadalananların hamısı

C) Normokapniya

D) Kifoskolioz

E) Bronxların saya əzələ spazmı
Ədəbiyyat: Р.М. Хаитов «Иммунология» 2006 г., стр.173
540) Xəstədə B vitamininə allergiya vardır.Aşağıdakılardan hansı əksgöstərişdir?
A) Tetrasiklin

B) Sadalananların hamısı

C) Kokarboksilaza

D) Asetilsalisil turşusu

E) Biseptol
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.351
541) Anamnezə görə xəstədə kefazola allergiya olur.Aşağıdakılardan hansı əksgöstərişdir?
A) Sadalananların heç biri

B) Sadalananların hamısı

C) Gentamisin

D) Ampioks

E) Klaforan
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.433
542) Xəstədə yoda allergiya olur. Aşağıdakılardan hansı əksgöstərişdir?
A) Sadalananların heç biri

B) Enteroseptol

C) Butadion

D) Brufen

E) Sadalananların hamısı
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр456
543) Xəstədə burnun residivlənən polipozu vardır. Dərmana dözülməzliyin profilaktikası məqsədi ilə hansının qəbulunu dayandırmaq lazımdır?
A) Sulfopreparatların

B) Göbələkəleyhinə antibiotiklərin

C) Sadalananların hamısını

D) Tetrasiklin sırası preparatlarının

E) Asetilsalisil turşusunun
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.459
544) Ekstrakorporal immunosorbsiya hansına göstərişdir?
A) Sadalananların hamısına

B) Xroniki bronxitə

C) Ağ ciyərlərin emfizemasına

D) Atopik bronxial astmaya

E) Xroniki övrəyə
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.467
545) Hemosorbsiya hansına əksgöstərişdir?
A) Xroniki bronxitə

B) Bronxial astmaya

C) Sadalananların heç birinə

D) Sadalananların hamısına

E) Ağ ciyərlərin emfizemasına
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.467
546) Pollinoz zamanı immunosorbsiya aparılarkən hansının səviyyəsi aşağı düşür?
A) IgM

B) Sadalananların hamısının

C) IgA

D) Sadalananların heç birinin



E) IgE
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.524
547) ß-2 aqonisti hansıdır?
A) Salbutamol

B) Tayled

C) Ventolin

D) Brikanil

E) Bekotid
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.173
548) Berodualın tərkibinə hansı daxildir?
A) Fenoterol-hidrobromid

B) Sadalananların hamısı

C) İpratropium bromid və fenoterol

D) Natrium-nedokromil

E) Natrium-kromoqlikat
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.173
549) Poliplərin əmələ gəlməsinin patogenezində hansının rolu vardır?
A) Lokal ödemlə əlaqədar mexaniki faktorların

B) Sadalananların hamısının

C) Xroniki iltihab prosesinin

D) Vazomotorların hiperreaktivliyinin

E) Reagin mexanizmin
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр .164
550) Bronxial astmanın erkən fazasında hansının miqdarı artır?
A) Qədəhşəkilli epitel hüceyrələrinin

B) Sadalananların heç birinin

C) Kirpikli epitel hüceyrələrinin

D) Bazal epitel hüceyrələrinin

E) Sadalananların hamısının
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.173
551) Bronxial astma zamanı bronx divarlarının infiltratında hansı hüceyrələr üstünlük təşkil edir?
A) Eozinofillər

B) Seqmentnüvəli leykositlər

C) Alveolyar makrofaqlar

D) Limfositlər

E) Neytrofillər
Ədəbiyyat: Р.М. Хаитов «Иммунология» 2006 г., стр.173
552) ß-2 aqonistlərin farmakoloji effekti hansıdır?
A) Bronxokonstriksiya, uşaqlığın tonusunun azalması, mənfi xronotrop effekt, antiallergik təsir

B) Bronxokonstriksiya, uşaqlığın tonusunun artması, müsbət xronotrop effekt

C) Bronxodilatasiya,uşaqlığın tonusunun artması, mənfi xronotrop effekt,

D) Uşaqlığın tonusunun azalması, antiallergik təsir, səyirici epitelinin funksiyasının süstləşməsi, bronxodilatasiya, mənfi xronotrop effekt

E) Bronxodilatasiya, antiallergik təsir, səyirici epitelinin funksiyasının aktivləşməsi, müsbət xronotrop effekt, uşaqlığın tonusunun azalması
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр 490
553) Bronxodilatorlar təsir mexanizminə görə hansına aiddir?
A) Sadalananların hamısına

B) Sadalananların heç birinə

C) Xolinolitiklərə

D) Fosfodiesteraza blokatoruna

E) Simpatomimetiklərə
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.490
554) Ağciyər eozinofiliyasını hansı törədə bilər?
A) Antibiotiklər

B) Nitratlar

C) Sadalananların hamısı

D) Antihistamin preparatları

E) Qlükokortikosteroidlər
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г.
555) Ağciyər eozinofiliyasını hansı törədə bilər?
A) Böyrək xəstəliyi

B) Ürək xəstəliyi

C) Sadalananların hamısı

D) Qaraciyər xəstəliyi

E) Şiş xəstəlikləri
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il.,səh.156
556) Ağciyər eozinofiliyasının patogenezində əsas rolu hansı mexanizm oynayır?
A) Sitotoksiki(II tip)

B) Reagin(I tip) + immunokompleks(III tip)

C) Sadalananların hamısı

D) Sadalananların heç biri

E) Ləngimə tipli reaksiya (IV tip)
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il., səh.145
557) Ağciyər eozinofiliyasının patogenezində hansı əsas rol oynayır?
A) Sadalananların hamısı

B) Plazmatik hüceyrələr

C) Tosqun hüceyrələr

D) Alveolyar makrofaqlar

E) Eozinofillər
Ədəbiyyat: A.A.Əyyubova, G.M. Nəsrullayeva.“Klinik immunologiya” 2007-ci il., səh.145
558) Ağciyər eozinofiliyasının patogenezində hansı immunoqlobulin sinfinin iştirakı üstünlük təşkil edir?
A) IgM

B) IgE


C) IgD

D) IgA


E) IgG
Ədəbiyyat: A.A.Əyyubova, G.M. Nəsrullayeva .“Klinik immunologiya” 2007-ci il., səh.145
559) Ağciyər eozinofiliyasının sistem təzahürlərinə hansı aiddir?
A) Hipereozinofil mieloproliferativ sindromu (sindrom Leffler II)

B) Sistem Qırmızı Qurdeşənəyi

C) Sadalananların heç biri

D) Sklerodermiya

E) Sadalananların hamısı
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.467
560) Sadə ağ ciyər eozinofiliyası üçün qanın kliniki analizində hansının dəyişməsi xarakterdir?
A) EÇS-nin kəskin qalxması

B) Eozinofiliyanın

C) Limfositozun

D) Sadalananların hamısının

E) Leykopeniyanın
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.467
561) Sadə ağciyər eozinofiliyası üçün hansı rentgenoloji dəyişikliklər xarakterdir?
A) Bir neçə seqmenti tutan infiltrativ dəyişikliklər

B) Plevra boşluğunda maye

C) İnterstisial infiltratlar

D) Ağ ciyər fibrozu əlamətləri

E) Sadalananların hamısı
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр164
562) Tropiki ağciyər Vaynqarten eozinofiliyasını (Vaynqarten sindromu) hansı parazit törədir?
A) Şistosomlar

B) Mikrofilyariya

C) Sadalananların hamısı

D) Askaridlər

E) Toksokarlar
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.164
563) Tropik ağciyər eozinofiliyasının müalicəsi üçün hansı tətbiq edilir?
A) Sadalananların hamısı

B) Antibiotiklər

C) Sadalananların heç biri

D) İltihabəleyhinə preparatlar

E) Dietilkabamazin (ditrazin)
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.164
564) Ağciyər eozinofiliyasını hansından ayırmaq lazımdır?
A) Ağciyər absesindən

B) Sadalananların hamısından

C) Pnevmoniyadan

D) Plevritdən

E) Ürək xəstəliyindən
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.164
565) Lokal ağciyər eozinofiliyasının müalicəsi zamanı hansı tətbiq edilir?
A) Qeyri-steroid iltihabəleyhinə preparatlar

B) Antibiotiklər

C) Sidikqovucu

D) Sadalananların hamısı

E) Qlükokortikosteroidlər
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.164
566) Ağciyər eozinofiliyasının sistem təzahürünün müalicəsi zamanı hansı tətbiq edilir?
A) Qeyri-steroid iltihabəleyhinə preparatlar

B) Sadalananların hamısı

C) Sidikqovucu

D) Sitostatiklər + qlükokortikosteroidlər

E) Antibiotiklər
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.164


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin