91) Kontakt hiperhəssaslıq reaksiyaları zamanı hansından istifadə olunur?
A) Applikasiyalı dəri sınaqlarından
B) Dəridaxili sınaqlardan
C) Skarifikasiyalı dəri sınaqlarından
D) Sadalananların hamısından
E) Prik-testlərdən
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.416
92) Allergik xəstəliklərə hansı aiddir?
A) Pollinoz
B) İnfeksion-allergik miokardit
C) İdiopatik fibroz alveoliti
D) İdiopatik Kvinke şişi
E) Miasteniya
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva “ Klinik immunologiya “ 2007 –ci il, səh.141
93) Hansının formalaşması psevdoallergik mexanizmlə izah olunmur?
A) Artyus fenomeni
B) Uanye sindromu
C) Selye fenomeni
D) Borde fenomeni
E) Şvarsman fenomeni
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г. стр.164
94) Psevdoallergik reaksiyaların baş verməsi üçün hansı xarakter deyil?
A) Sensibilizasiya dövrünün olması
B) Histamin-diaminminoksidaza sistemində dəyişikliklər
C) Enzimopatiya
D) Reaksiyanı törədən maddənin əhəmiyyətli miqdarda olması
E) Sensibilizasiya dövrünün olması ; enzimopatiya
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г. стр.164
Dostları ilə paylaş: |