Sayğac daxil olan siqnalları saymaq üçün nəzərdə tutulmuş rəqəmli qurğudur. Impulsların sayı ikilik kodla yazılır. Sayğacların əsas parametri Ms–say moduludur. Say modulu sayğacın saya bildiyi maksimal ədəd kimi təyin edilir. BuMs sayda siqnalı saydıqdan sonra sayğac yenidən başlanğıc vəziyyətə qayıdır. Sayğac öz aralarında bir–biri ilə bağlı olan n sayda eyni növ mərtəbə sxemindən ibarətdir. Bu sxemlərdən hər biri triggerdən və triggeri idarə edən siqnalları formalaşdıran kombinasiyalı sxemdən ibarətdir. Sayğaclar CT (ing. Counter sözündən) kimi işarə olunur.
Sayğaclar müxtəlif əlamətlərinə görə təsnifatlaşdırılır.
Say moduluna görə onlar ikilik–onluq, onluq, ixtiyari sabit say modulu olan, dəyişən say modulu olan;
Saymaq istiqamətinə görə cəmləyici, çıxıcı və reversiv;
Daxili rabitələrin formalaşmasına görə ardıcıl köçürülmə, paralel köçürülmə, kombinə olumuş köçürülmə, halqalı sayğaclara bölünür.
N sayda trigger ardıcıl qoşulduqda Ms=2n-1 olan sayğac alınır. Şəkil 5–də T–triggerlər əsasında qurulmuş, Ms=16 (24) olan dördmərtəbəli cəmləyici sayğacın quruluş sxemi verilmişdir. Iş başlayana qədər bütün triggerlər başlanğıc vəziyyətdə olurlar (Q1=Q2=Q3= =Q4=0).
Şəkil 5. T triggerlər əsasında dördmərtəbəli cəmləyici sayğacın quruluş sxemi
Birinci müsbət giriş impulsunun sonunda birinci triggerin çıxışında məntiqi vahid siqnalı alınır (Q1=1), qalan çıxışlarda isə məntiqi sıfır qalır. Hər bir növbəti giriş impulsu daxil olduqca bəzi triggerlərin vəziyyəti dəyişir. başqa sözlə ikilik kodla müəyyən ədəd yazılır. Məsələn, 13–cü impulsdan sonra Q1=1, Q2=0, Q3=1, Q4=1 alınır. Burada nəzərə almaq lazımdır ki, rəqəmlər sağdan sola doğru oxunur, yəni sonuncu kod böyük, birinci kod isə kiçik mərtəbədir. Deməli, göstərilən halda ikilik kodla 1101 alınır ki, bu da onluq kodla 13 ədədinə uyğundur. Verilmiş sayğacda yazıla bilən maksimal ədəd 15–ə bərabərdir (ikilik kodla 1111). Sonuncu, 16–cı giriş impulsu sayğacı avtomatik olaraq başlanğıc, sıfır vəziyyətinə gətirir.
Cəmləyici sayğaca analoji olaraq çıxıcı sayğaclar da qurulur. Fərq ondan ibarətdir ki, çıxıcı sayğacda hər bir növbəti triggerin girişinə siqnal əvvəlki triggerin inversləşdirici çıxışından verilir. Bu da o deməkdir ki, trigger artıq mənfi impulsun ön cəbhəsində aşırılacaq. Belə sayğacda işin başlanğıcında Q1=Q2=Q3=Q4=1 olur. Sayğacın başlanğıc vəziyyəti yazıla bilən maksimal ədədə uyğundur. Sonra isə hər bir növbəti giriş impulsu verildikcə bu ədəd sıfra qədər azalır.
Bəzən girişə daxil olan impulsları həm cəmləyən, həm də çıxan qurğulara tələbat yaranır. belə qurğular revrsiv sayğac adlanır. Onların iki hesab girişi olur. Şəkil 6–da İS şəklində dördmərtəbəli impuls sayğacının sxemlərdə işarəsi göstərilmişdir. “+1” girişinə impuls daxil olanda sayğac cəmləyici kimi, “–1” girişinə siqnal daxil olanda şıxıcı kimi işləyir. Reversiv sayğacın həmçinin R və S verici girişləri olur.
Şəkil 6. Dördmərtəbəli impuls sayğacının quruluş sxemi
Sayğaclar əsasında impuls paylayıcıları hazırlanır ki, onlar müxtəlif qurğuların çıxışlarında ardıcıl olaraq impulslar formalaşdırırlar.