Kitabxananın kitablarından istifadə qaydaları və cərimələr:
Kitabxanadan istifadə etmək üçün aylıq və ya illik abunə haqqı ödənilməlidir.
Kitabxanadan istifadə etmək üçün aylıq və ya illik abunə haqqı ödənilməklə yanaşı üzvlük haqqında xüsusi sənədi doldurmaq imkanınız da var (ödənişsiz).
Kitabxanadan bir dəfə üçün 1 (bir) və ya 2 (iki) ədəd kitab götürmək mümkündür.
Bir kitab (və ya 2 kitab götürülmüşsə) maksimum 2 (müvafiq olaraq üç) həftə əldə saxlanıla bilər.
Əgər kitabın əldə saxlanılma müddətini uzatmaq istəyirsinizsə kitabxanaya kitabla(rla) birlikdə gəlmək və yenidən qeydiyyatdan keçmək lazımdır (ödənişsiz).
Əgər kitabın vaxtında çatdırılması hər hansısa obyektiv səbəblərdən alınmırsa onda kitabın (sizdə) əldə olma müddətinin bitdiyi gündən ən azı 24 saat əvvəl mütləq kitabxanaya məlumat verilməlidir.
Əldə olan kitab(lar) qaytarıldıqdan sonra növbəti kitabları götürmək mümkün olacaqdır.
Kitab(lar) qaytarılmamışsa cərimə ödəniləcəkdir.
Əgər 5-ci bənddə yazılan maddədə göstərildiyi hal (müddətin uzadılması) pozularaq kitab geri qaytarılmayıbsa və ya (4-cü və 6-cı bənddəki qaydalar pozularaq) kitab vaxtında çatdırılmamış və ya kitabın vaxtında çatdırılması barədə məlumat göstərilən müddətdə kitabxananın məsuliyyətli şəxslərinə çatdırılmayıbsa 8-ci bəndəki hal uyğulanacaqdır.
Kitabın vaxtının uzadılması, vaxtında çatdırılmaması və 6-cı bəndin yerinə yetirilməməsi baş veribsə onda kitabın qiyməti qədər cərimə ödəniləcəkdir.
Kitab itirilsə, oğurlansa və ya müxtəlif bəhanələrlə geri qaytarılmasa kitabın dəyəri + yolpulu ödənəcəkdir.
Kitab müxtəlif bəhanələrlə geri qaytarılmasa, onu götürən şəxslər telefon, e-poçt və s. ilə əlaqə və izahdan qaçsalar (lazım gələrsə hüquq və qanun çərçivəsində) kitab + yolpulu + təzminat (50 AZN) ödəməli olacaqlar.
Yuxarıdakı qaydalarla tanış oldum, anladım, anlamadığım yerləri mənə izah etdilər və imzamla qaydalara əməl edəcəyimə razılıq verirəm.