Bazar mexanizminin əsas elementlərindən ən mühümü qiymətdir. Qiymət əmtəə dəyərinin pul ifadəsi olmaqla bazarda tələb və təklifdən asılı olaraq alıcı və satıcı arasında razılaşdırılır
Bazar mexanizminin əsas elementlərindən ən mühümü qiymətdir. Qiymət əmtəə dəyərinin pul ifadəsi olmaqla bazarda tələb və təklifdən asılı olaraq alıcı və satıcı arasında razılaşdırılır.
Planlı təsərrüfat sistemində qiymətlər istehsal sferasında yaranırdı və dövlət orqanları tərəfindən təsdiq olunandı,yəni hər bir məhsulun qiyməti ölkə üzrə eyni idi və bu qiymətlərin səviyyəsini heç kim dəyişə bilməzdi.
Bazar iqtisadiyyatı şəraitində qiymətlər tələb və təklifdən asılı olaraq bazarda formalaşır,alıcı və satıcı arasında razılaşma (müqavilə) ilə müəyyən olunur.