İnformasiya anlayışı və xassələri


Elektron hesablama maşınları (EHM), onların yaranması və tarixi inkişaf mərhələləri



Yüklə 145,37 Kb.
səhifə13/66
tarix09.01.2022
ölçüsü145,37 Kb.
#113741
1   ...   9   10   11   12   13   14   15   16   ...   66
INFORMASIYA TEXNOLOGİYALARI

10. Elektron hesablama maşınları (EHM), onların yaranması və tarixi inkişaf mərhələləri

Günü-gündən artan informasiya ehtiyatlarının operativ şəkildə emalı kompüterlərin və bu tipli hesablama maşınlarının yaranmasına gətirib çıxardı. İlk olaraq insanlar hesablama məqsədilə barmaqlarından istifadə etmişdir. Abak (şotka) isə ilk mexaniki hesablama aləti hesab olunur. 1642-ci fra alimi Blez Paskal cəmləyici qurğu, 1673-cü ildə alman alimi Vilhelm Leybnis mexaniki arifmometr (dörd hesab əməlini yerinə yetirə bilirdi), 1830-cu ilə ingilis alimi Çarlz Bebbic analitik maşın (fərqlər maşını) yaratdılar. Bütün bu maşınlar mexaniki tipli hesablama maşınları idi və bu dövrdə proqram anlayışı yox idi. Proqram ideyasını isə ilk dəfə Bebbic vermiş və ilk proqramı isə onun tələbəsi Ada Lavleys yazdı. Lavleys ilk proqramçı hesab olunur. Lakin o dövrdə olan texniki imkanlar məhdud olduğundan proqramla işləyən hesablama qurğusunun yaradılması mümkün olmadı. Bu ideyanı təkmilləşdirən alimlərin iş nəticəsi olaraq 1946-ci ildə ABŞ-da ilk universal kompüter hesab olunan ENİAC (Electronik Numerical İntegrator and Computer) yaradıldı. Rəqəm hesablama maşınlarının yaradılmasının əsas prinsipləri Amerika alimləri Con Fon Neyman, Q.Qoldşteyn və A.Beris tərəfindən verilmişdir. Kompüterləri element bazasına görə dörd nəslə bölürlər. Bu nəsill bir-birindən texniki göstəriciləri, proqram təminatı, məhsuldarlığına görə fərqlənir.



Birinci nəsil kompüterlər 1940-1950-ci illəri əhatə edir. Bu nəsil kompüterlər böyük ölçüsü, aşağı məhsuldarlığı, element bazasının elektron lampalardan ibarət olması ilə xarakterizə olunur. Bu nəsil kompüterlər üçün proqram maşın dilində tərtib olunurdu.

İkinci nəsil kompüterlərin element bazası yarımkeçirici diodlardan (tranzistorlardan) ibarət olmuşdur. İlk dəfə bu nəsil kompüterlərdə monitorlardan istifadə olunmuşdur. Minlərlə elektron lampanı əvəz edən tranzistorlardan istifadə kompüterlərin ölçüsünü xeyli kiçiltmiş, iş məhsuldarlığı və etibarlıl xeyli artmışdır. Alqoritmik dillərdən istifadə edilməyə başlanıldı. Bu nəsil kompüterlər təxminən 1950-1960-cı illəri əhatə edir.

Üçüncü nəsil kompüterlərin element bazası kiçik inteqral sxemlərdən ibarət olmuş, ilk dəfə bu nəsil kompüterlərdə əməliyyat sistemlərindən istifadə olunmuşdur. Bu nəsil kompüterlər təxminən 1960-1970-ci illəri əhatə edir.

Dördüncü nəsil kompüterlər 1980-ci illərdən bu günə qədər olan dövrü əhatə edir. Bu dövrü xarakterizə edən əsas əlamət böyük və çox böyük inteqral sxemlərin (BİS və ÇBİS) kəşfi sayəsində fərdi kompüterlərin (PC-Personal Computer) kütləvi istehsalıdır. Fərdi kompüterlərin kütləvi istehsalına 1981-ci ildə IBM firmasında başlanılmışdır. Bu günə qədər istifadə olunan kompüterlər dördüncü nəsli əhatə edir və Neyman arxitekturası ilə işləyir.

Bu günün və gələcəyin kompüteri isə beşinci nəsil kompüterlərdir. Bu nəsil kompüterlər nitqin, obrazların tanınması, süni inlellektin inkişaf etdirilməsinə görə digər nəsil kompüterlərdən köklü surətdə fərqlənir.

Kompüterlər qabarit ölçülərinə və məhsuldarlığına görə aşağıdakı siniflərə bölünürlər:


  • super (çox böyük) kompüterlər;

  • böyük kompüterlər (MAIN FRAME);

  • orta kompüterlər;

  • mini (kiçik) kompüterlər;

  • mikro-kompüterlər.

Yuxarıda qeyd etdiyimiz kimi fərdi kompüterlər Neyman arxitekturası ilə işləyir. Neyman arxitekturası ilə işləyən fərdi kompüterlər mərkəzi periferiya hissəsindən ibarətdir. Mərkəzi hissəyə kompüterin beyni hesab olunan prosessor (CPU), daimi yaddaş (ROM), əməli yaddaş (RAM) daxildir. Periferiya (xarici) hissəsinə xarici yaddaş qurğuları (HDD, CD, DVD, Flash, Strimmer), daxiletmə-xaricetmə qurğuları (DXQ) və idarə pultu (İP) daxildir. Sistem interfeysi bu iki hissəni əlaqələndirən aparat-proqram vasitələri toplusudur. Sistem interfeysi nə mərkəzi, nə də periferiya hissəsinə daxildir.


Yüklə 145,37 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin