İnformasiya anlayışı və xassələri



Yüklə 145,37 Kb.
səhifə2/66
tarix09.01.2022
ölçüsü145,37 Kb.
#113741
1   2   3   4   5   6   7   8   9   ...   66
INFORMASIYA TEXNOLOGİYALARI

İnformasiyanın formaları

Informasiya maddi aləmdə ən müxtəlif formalarda mövcud ola bilər:

- mətn, rəsm, cizgi (çertyo)), fotoşəkil (fotoqrafiya) formasında;

- Işıq və ya səs siqnalları;

- radiodalğalar;

- elektrik və sinir impulsları;

- jestlər (əl-qol hərəkətləri) və mimikalar;

- iy (qoxu) və dad (təm) hissləri formasında;

- xromosomlar - xromosomlar vasitəsilə orqanizmin əlamətləri və xüsusiyyətləri irsi olaraq ötürülür. İnformasiya məlumatlar şəklində hər hansı informasiya mənbəyindən onu qəbuledənə (qəbulediciyə) onlar arasındakı rabitə kanalı vasitəsilə ötürülür. Mənbə ötürülən siqnala kodlaşdırılan məlumatı göndərir. Bu siqnal rabitə kanalı vasitəsilə göndərilir. Nəticədə qəbuledicidə qəbul olunan siqnal yaranır ki, bu da dekodlaşdırılaraq qəbul edilən məlumata çevrilir. Məsələn, hava proqnozu haqqında informasiyadan ibarət məlumat qəbulediciyə (televiziya tamaşaçısına) mənbədən (meteoroloq-mütəxəsisdən) rabitə kanalı (televiziya ötürücü qurğusu və televizor) vasitəsi ilə ötürülür.Rabitə kanalı vasitəsilə informasiyanın ötürülməsi bir çox hallarda informasiyanın təhrif olunmasına və itirilməsinə səbəb olan maneələrin təsiri ilə müşayiət edilir. İnformasiyalar növünə görə 2 qrupa — analoq və rəqəmsal formalara bölünür.

Bizi əhatə edən aləmdən gördüyümüz təsvirlər, obyektlər, zaman ərzində eşitdiyimiz dəyişən sıqnalları analoq tipli informasiyaya, xüsusi kodlarla qurğulara verilən, diskret olaraq dəyişən ədədi qiymətlər çoxluğundan ibarət informasiyalar isə rəqəmsal informasiyalara aid edilir. Məsələn, kağız üzərində əks olunan mətn və ya şəkillər, mikrofondan daxil olan siqnallar analoq tipli informasiyaya, kompyuterlərdə əks olunan mətn və şəkillər, eşidilən səslər və ya müşahidə edilən hərəkətlər isə rəqəmsal informasiyaya aiddir.




  1. Yüklə 145,37 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin