Daimi yaddaş (ROM - Read Only Memary) qurğusuna informasiya əsasən kompüter İstehsal olunan zaman yazılır və adi hallarda dəyişdirilə bilməz. Enerjidən asılı olmayıb, yazılan informasiyanı daimı saxlayan yaddaş qurğusudur. BİOS ( Base İnput Output System/ Bazanın Giriş-Çıxış Sistemi) proqramı burada saxlanılır, BİOS-un funksiyası kompüterin qurğularını testləşdirmək, əməliyyat sisteminin yüklənməsini təmin etməkdir. Əməliyyat sistemini xarici yaddaşdan əməli yaddaşa yükləyən proqramlar, test proqramları daimi yaddaşda saxlanılır.