İnformasiya anlayışı və xassələri



Yüklə 145,37 Kb.
səhifə24/66
tarix09.01.2022
ölçüsü145,37 Kb.
#113741
1   ...   20   21   22   23   24   25   26   27   ...   66
INFORMASIYA TEXNOLOGİYALARI

Qeyd. Fləş yaddaş (Flash memory) enerjidən asılı olmayıb, yenidən proqramlaşdırılan daxili daimi yaddaşdır (Fləş kartla qarışdırmayın). Videoyaddaş (VRAM -Video Random Access Memory) enerjidən asılı olub, monitorun ekranına çıxarılan kodlaşdırılmış təsvirləri saxlımaq üçündür.

15. Periferiya qurğuları

Xarici (periferiya) qurğular



  • Monitor (displey) xaricetmə qurğusu olub, informasiyanı analoq formasında istifadəçiyə çatdırmaq üçün istifadə olunur. Daxil edilən və oradan oxunan informasiyanı əks etdirmək üçündür. Monitorların elektron şüa borulu (CRT — Cathode Ray Tube), maye kristallı (LCD — Liquid Crystal Display) və plazma növləri var. Monitorun əsas göstəriciləri ekranın ölçüsü (diaqonal boyu ölçü), monitorun ekran pikselinin qiyməti (bu ölçü, yəni nöqtənin ölçüsü nə qədər böyük olarsa, təsvir bir o qədər kobud alınır), monitorun seyrəklik qabiliyyəti (ekranda təsvir olunan nöqtələrin sayı), təsvirin əks olunmasının maksimal tezliyi, ekranın müdafiə dərəcəsi, müşahidə bucağı, təzadlıq dərəcəsi və matrisin tipidir. Monitorun ölçüsü düymlərlə ölçülür (1 dyüm = 2,54 sm).




  • Klaviatura (keyboard) fərdi kompüterlə istifadəçi arasında əlaqə yaradan daxiletmə (həm də idarəetmə) qurğusudur.




  • Maus (siçan) kompüterlə istifadəçi arasında əlaqə yaratmaqla proqramların idarə olunmasında mətnlər, şəkillər üzərində çoxsaylı əmrlərin yerinə yetirilməsində böyük rol oynayır. Mausun ekranda göstəricisi kursor və ya sadəcə mausun göstəricisi adlanır (adətən kiçikölçülü standart ox formasında görünür). Mausun sağ düyməsi ilə obyekt üzərində kontekst menyu açılır.



1   ...   20   21   22   23   24   25   26   27   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin