Əməliyyat örtükləri istifadəçilərin əməliyyat sistemləri ilə işini asanlaşdıran proqramlardır.( məsələn, MS DOS-un örtüyü NORTON COMMANDER).
Şəbəkə əməliyyat sistemləri verilənlərin şəbəkədə emalını, saxlanılmasını və ötürülməsini təmin edən sistem proqramları adlanır.
Servis proqramları istifadəçiyə kompüterlə işləyərkən əlavə xidmətlər göstərir və əməlyyat sisteminin imkanlarını genişləndirirlər.
Kompüterin iş qabiliyyətinin diaqnostikası proqrqmları kompüterin düzgün işləməsinə nəzarət edir və nasazlıqları aşkar edir. Buna texniki xidmət proqramları daxildir (PC TOOLS DELİXE, NORTON UTİLİTES və s.)