İnstrumental proqramlar və ya proqramlaşdırma alətləri yeni proqram vasitələri (sistem və tətbiqi) yaratmaq üçün istifadə edilir. İnstrumental proqram təminatına proqramlaşdırma dilləri və sistemləri, proqram məhsullarının işlənməsinin inteqrallaşdırılmış mühiti, proqram kompleksləri olan CASE (Computer Aided Software Engineering) daxildir.
Proqramlaşdırma sistemləri maşın dilində deyil, istifadəçi üçün daha asan olan proqramlaşdırma dillərində işləməyi təmin edir. Buraya proqramlaşdırma dilləri, həmin dillərdə proqramları kompüter dilinə (maşın dilinə) çevirən transiİyatorlar və s. daxildir.
Təbii dilə yaxın olan daha sadə dillər proqramlaşdırma dilləridir. Proqramlaşdırma dilində yazılan proqramlar translyator vasitəsilə maşın dillərinə çevrilərək yerinə yetirilir.
Transİyatorların iki növü var: interpretatorlar (proqram əmrlərini söz-söz oxuyur maşın dilinə tərcumə edir), kompilyatorlar(proqram əmrlərini bütövlükdə oxuyur və maşın dilina çevirir) Proqramlaşdırma dilində yazılmış proqram ilkin proqram adlanır və transiİyatorlar vasitəsilə maşın dilinə çevrilir — işçi və ya mütləq proqram adlanır.