bmp və pcx formatları fərdi kompyuterlər üçün yazılsa da, Macintosh sistemində də istifadə edilir
GIF formatı CompuServe firması tərəfindən yaradılmışdır. Bu format pcx-dən daha effektiv sıxma alqoritmindən istifadə edir. Bu format hal-hazırda İnternet sənədlərində qrafik informasiyanın yerləşdirilməsi üçün istifadə edilir. GIF formatının əsas çatışmayan cəhəti yalnız 256 rəng rejimində yazılmasının mümkünlüyüdür. Poliqrafiyada bu rejim kifayət etmir.
TIF (Tiff - Tag Image File Format). Bu formatın ən çox tətbiq edildiyi sahə nəşriyyat sistemləri və bunlarla bağlı proqramlardır. TIFF formatının ən böyük üstünlüyü sıxılmış rastr təsvirlərini keyfiyyətini itirmədən saxlanmasıdır. Bu formatı istifadə edən proqram – Photo-Styler hal-hazırda işlənməsə də, Letraset firması onun RIFF (Raster Image File Format) versiyasını yaradmışdır. TIFF formatdan ən çox skanerləşdirilmiş təsvirlərin saxlanması üçün istifadə edilir.
JPG – təsviri lazım olan ölçü və keyfiyyətə qədər sıxlaşdıran xüsusi alqoritmdən istifadə edən formatdır. Bu halda şəklin keyfiyyəti itmir. Bu format da veb-sənədlərdə qrafik informasiyanın yerləşdirilməsi üçün istifadə edilir.
PDF (Portable Document Format) –Adobe firması tərəfindən təşkil edilmişdir. Bu formatda həm rastr və vektor illüstrasiyalar, həm də mətn (şriftlərlə və hiperistinadlarla) saxlana bilər. PDF-faylın sıxılması üçün hər obyekt üçün xüsusi üsuldan istifadə olunur. Məsələn, rastr təsvirlər JPEG formatında yazılır. Bu formatla iş üçün Adobe firması Acrobat paketini istehsal etmişdir. Acrobat Reader proqramı sənədləri oxumağa və çap etməyə imkan verir, lakin bu tipli sənədləri yaratmaq və ya dəyişdirmək mümkün olmur. Bir çox proqramlar (Adobe PageMaker, CorelDraw, FreeHand) öz sənədlərini PDF-ə çevirməyə imkan verir. Adətən bu formatda yalnız oxumaq üçün nəzərdə tutulan sənədləri saxlamaq üçün istifadə edilir.
CDR formatı CorelDraw proqramı tərəfindən istifadə olunur. Bu format vektor, rastr təsvirlərlə mətnlə işləməyə imkan verir. CDR formatlı fayl bir neçə səhifədən ibarət olmalıdır.