İnformasiya anlayışı və xassələri


Lokal kompüter şəbəkələrinin aparat təminatı



Yüklə 145,37 Kb.
səhifə44/66
tarix09.01.2022
ölçüsü145,37 Kb.
#113741
1   ...   40   41   42   43   44   45   46   47   ...   66
INFORMASIYA TEXNOLOGİYALARI

28. Lokal kompüter şəbəkələrinin aparat təminatı

Lokal şəbəkələrdə (LANLocal Area Netvvork) kompüterlər arasındakı məsafə adətən 1-2 km-dən çox olmur (bəzi hallarda daha çox olur). Lokal şəbəkələrə bir bina daxilində bir-birilə əlaqələndirilmiş kompüter şəbəkəsini, hər hansı bir təşkilatın filiallarını birləşdirən kompüter şəbəkəsini misal göstərmək olar. Lokal şəbəkələrdə verilənlərin ötürülmə sürəti daha yüksək və verilənlərin ötürülmə səhvləri aşağı olur. Lokal şəbəkələr printer, skaner və s. bu kimi qurğuların xidmətindən şəbəkədə birgə istifadəyə imkan verir, Lokal şəbəkələr müəyyən məsələ üzərində kompüterlərin paralel işləməsini təmin edir. Hal-hazırda lokal kompüter şəbəkələrində verilənlərin ötürülmə sürəti 100 Mbit/san və daha yuxarıdır.

Lokal kompüter şəbəkələrinin əsas aparat tərkibi aşağıdakılardan ibarətdir:



  • işçi stansiyalar;

  • serverlər;

  • interfeys plataları (adapterlər);

  • kabellər.

İşçi stansiyalar (İST) dedikdə şəbəkə istifadəçisinin iş yeri olan kompüter nəzərdə tutulur.

Serverlər şəbəkə resurslarını paylamaq funksiyasını yerinə yetirirlər və hər bir server ona qoşulmuş işçi stansiyalara xidmət edir.

Kabellər işçi stansiyalar və serverləri birləşdirir, onlar arasında verilənlərin ötürülməsini təmin edir.

Kompüter şəbəkələrində 3 növ kabeldən istifadə edilir:

- burulmuş mis naqillər əsasında kabellər (UTP — dörd burulmuş cüt kabeldən istifadə olunur);

- mis özəkli koaksial kabellər ;

- lifli optik kabellər (daha sürətlidir, verilənlər elektrik siqnalları ilə deyil, işıq siqnalları ilə ötürülür).

Burulmuş naqillər cütü burulmuş cüt (Twisted Pair cable və ya ТР) adlanır. Naqillərin burulması kabel ilə ötürülən faydalı siqnallara olan xarici və qarşılıqlı maneələrin təsirini azaldır.

Koaksial kabel mərkəzi naqil və metal hörgüdən ibarət, bir-birindən dielektrik qatı ilə ayrılmış və ümumi xarici örtükdə yerləşdirilmiş elektrik kabeldir. Koaksial kabelin üstünlüyü - təkrarlayıcılardan istifadə etmədən uzaq məsafədə yüksək keçirtmə qabiliyyətinin dəstəklənməsi imkanıdır.

Hal-hazırda koaksial kabel burulmuş cütə nisbətən daha az istifadə olunur, belə ki, koaksial kabel nisbətən zərif bir konstruksiyadır. Müxtəlif təsirlər kabelin strukturunu zədələyə bilər və siqnalların ötürülməsinə əngəl yarada bilər. Bundan başqa, koaksial kabelin istifadəsinin mənfi cəhəti onun qiyməti və ölçüsüdür. Daha mürəkkəb quruluşuna görə koaksial kabel burulmuş cütə nisbətən bahalıdır.Koaksial kabel əsasən şin topologiyalı şəbəkələrdə istifadə olunur. Optik-lifli (Fiber-optik) kabellər kabel prinsipcə elektrik və mis kabellərdən fərqlənir. Bu kabeldə informasiya elektrik siqnalları ilə deyil, işıq siqnalı vasitəsilə ötürülür. Onun əsas elementi – şəffaf şüşə lifidir ki, onunla keçən işıq böyük məsafələrdən keçərək gücünü az itirir. Optik kabellər səs və verilənlərin ötürülməsi üçün ideal kabellərdir.




Yüklə 145,37 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin