İnformasiya anlayışı və xassələri


İnterfeys plataları (adapterlər)



Yüklə 145,37 Kb.
səhifə45/66
tarix09.01.2022
ölçüsü145,37 Kb.
#113741
1   ...   41   42   43   44   45   46   47   48   ...   66
INFORMASIYA TEXNOLOGİYALARI

İnterfeys plataları (adapterlər) kompüterləri şəbəkə kabelinə birləşdirmək üçündür.

29. Kompüter şəbəkələrinin əlavə avadanlıqları

Kompüter şəbəkələrinin əlavə avadanlıqlarına aşağıdakılar daxildir:



  • Transiver işçi stansiyanı yoğun koaksial kabelə qoşur.

  • Konnektorlar (birləşdiricilər) kompüterlərin şəbəkə adapterlərini nazik kabellə birləşdirmək üçündür.

  • Repiter şəbəkə seqmentlərini birləşdirir.

  • Terminatorlar açıq kabellərə şəbəkənin qoşulması üçündür. Həmçinin torpaqlama məqsədilə istifadə olunur.

  • Modem telefon xətti vasitəsilə lokal kompüter şəbəkəsi və ya ayrıca kompüteri qlobal şəbəkəyə qoşan qurğudur.

  • Gateway (Şlüz) iki müxtəlif protokollu kompüter şəbəkələri arasında əlaqə yaradan qurğudur. Şlüz lokal şəbəkəni qlobal şəbəkəyə qoşur.

  • Repeater (Təkrarlayıcı) şəbəkənin iki seqmentini və ya kabelinin birləşdirilməsi üçündür.

  • Switch (Çevirici) kompüter şəbəkələrində əlaqələrin yaradılması üçün istifadə olunan komutator və ya keçirmə qurğusudur.

  • Bridge (Körpü) eyni protokola malik iki və daha çox lokal şəbəkəni birləşdirir.

  • Router (Marşrutlaşdırıcı) OSI -nin şəbəkə səviyyəsində işləyən müxtəlif topologiyalı və protokollu şəbəkələri birləşdirən aparat-proqram təminatlı qurğudur.


  • Yüklə 145,37 Kb.

    Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin