İnformasiya anlayışı və xassələri



Yüklə 145,37 Kb.
səhifə46/66
tarix09.01.2022
ölçüsü145,37 Kb.
#113741
1   ...   42   43   44   45   46   47   48   49   ...   66
INFORMASIYA TEXNOLOGİYALARI

Fasiləsiz qida mənbəyi (UPSUnit Power System) elektrik şəbəkəsinin dayanıqlı işləməsini artırır və elektrik şəbəkəsi açıldıqda serverdə olan verilənlərin itməməsini təmin edir.

Şəbəkədə hər bir kompüterə quraşdırılmış proqram təminatını iki qrupa bölmək olar: kompüterin öz resurslarını idarə edəndigər kompüterlə mübadiləni idarə edən. Adətən kompüterin öz resurslarını əməliyyat sistemi idarə edir. Şəbəkə resurlarını isə ayrıca paket şəklində quraşdırılmış şəbəkə proqram təminatı, ya da şəbəkə əməliyyat sistemi idarə edir.

30. Lokal şəbəkə topologiyaları

Kompüterlərin lokal şəbəkədə birləşmə sxemi şəbəkənin topologiyası adlanır. Lokal kompüter şəbəkələrinin üç əsas topologiyası mövcuddur:



  • Şin topologiyası;

  • Halqavari topologiya;

  • Ulduzvari topologiya.

Şin topologiyasında kompüterlər bir kabel boyunca ardıcıl qoşulurlar. Hər hansı bir kompüterin sıradan çıxması şəbəkənin işinə təsir etmir. Ancaq kabelin sıradan çıxması və ya zədələnməsi şəbəkənin işini dayandırır. İnformasiyanın bir kompüterdən digərinə ötürülməsi zamanı informasiya digər kompüterlər tərəfindən də qəbul oluna bildiyi üçün, informasiya zəif mühafizə olunur. İnformasiya göndərmək istəyən kompüter şinin boş olub-olmamasını yoxlayır və əgər şin boşdursa, informasiyanı göndərir. İnformasiya kabel (şin) boyunca hər iki istiqamətdə ötürülə bilər.

Şin topologiyalı lokal şəbəkəyə Ethernet şəbəkəsini misal göstərmək olar. Ethernet şəbəkəsi IEEE 802.3. standartı ilə işləyir, hər bir şəbəkə seqmentinin maksimal uzunluğu 500 m, şinin maksimal uzunluğu isə 5 km-dən çox olmamalıdır.



Halqavari topologiyada birinci kompüter ikinci, ikinci kompüter üçüncü, üçüncü kompüter dördüncü və nəhayət sonuncu kompüter birinci kompüterlə əlaqələndirilir. Bu topologiyada informasiya “estafet” qaydası ilə ötürülür. İnformasiyanın ötürülməsində hər bir kompüter iştirak etdiyindən informasiya zəif mühafizə olunur. Hər hansı bir kompüterin və ya kabelin sıradan çıxması şəbəkənin işini dayandırır. Token Ring şəbəkəsi halqavari topologiyaya misal ola bilər. Token Ring şəbəkəsi IEEE 802.5. standartı ilə işləyir.

Ulduzvari topologiyada hər bir kompüter xüsusi şəbəkə adapteri vasitəsilə ayrıca kabellə mərkəzi qovşaqla birləşir. Mərkəzi qovşağın sıradan çıxması şəbəkənin işini dayandırır. ARCNet şəbəkəsi ulduzvari topologiyalı lokal şəbəkəyə misal ola bilər. Bu topologiyanın aktiv və passiv ulduz növləri olur. Aktiv ulduz topologiyalı lokal şəbəkələrdə mərkəzi qovşaq olaraq kompüter, passiv ulduz topologiyalı lokal şəbəkələrdə isə mərkəzi qovşaq olaraq konsentrator və ya hab (hub) yerləşir.


Yüklə 145,37 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin