İnformasiya anlayışı və xassələri



Yüklə 145,37 Kb.
səhifə53/66
tarix09.01.2022
ölçüsü145,37 Kb.
#113741
1   ...   49   50   51   52   53   54   55   56   ...   66
INFORMASIYA TEXNOLOGİYALARI

Şəbəkə səviyyəsi şəbəkə bloklarının (paketlərinin) şəbəkənin qovşaqları arasında ötürülməsini təmin edir. Paket şəbəkə qurğuları arasında bütöv şəkildə ötürülən informasiya vahididir. Bu səviyyə verilənlər axınının idarə olunmasını və səhvlərin düzəldilməsini dəstəkləyir, Burada mümkün olan marşrutlardan birinin seçilməsi (şəbəkənin yükü, konfiqurasiyası dəyişdiyi hallarda), giriş verilənlərinin idarə olunması, paketlərin buferlərdə yerləşdirilməsi və s. məsələlər həll edilir. Şəbəkə protokolunun əsas funksiyası - hər bir fiziki kanalda 4096-ya qədər məntiqi kanalın qurulmasıdır ki, bu da fiziki kanalın resurslarından səmərəli istifadəni təmin edir. Körpü və ya marşurutlayıcı qurğular şəbəkə trafikini seqmentləşdirir. Bütün göndərilən paketlərin qəbul olunmasını və onlarda səhvin olmamasını təmin etmək üçün qəbzlərin göndərilmə üsulu - kvitləşdirmə tətbiq edilir. Qəbulu təsdiq edən qəbzlər qəbuledici tərəfindən bir və ya bir neçə paket (adətən, 8-ə qədər) qəbul edildikdən sonra verilə bilər. Buna "pəncərə" mexanizmi deyilir. Rabitə zamanı bu mexanizmin tətbiq edilməsi xidməti informasiya göndərildikdə kommunikasiya şəbəkəsinə düşən yükü azaltmağa imkan verir. Hal-hazırda nəqliyyat protokolu tərəfindən dəstəklənən 5 (0,2....,4) servis sinfi mövcuddur. Bu siniflər məlumatların üstünlük səviyyəsinə görə göndərilməsinə, səhvlərdən mühafizə, həmçinin şifrləmək, verilənləri məxfi saxlamaq xüsusiyyətlərinə görə bir-birindən fərqlənir.


Yüklə 145,37 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin