Elektron poçt (E-mail). İnternetdə ən çox istifadə olunan xidmət növüdür. Bu xidmətdən istifadə etmək istəyən şəxsin ilk növbədə elektron poçt ünvanı olmalıdır. Həmin ünvanı kompüteri İnternetə qoşan provayderlər təmin edir. Hər bir elektron poçt ünvanı bu formada olur: istifadəçi_identifikatoru@qovşaq_identifikatoru. Məsələn, info@bsu.edu.az elektron poçt ünvanında “info” — istifadəçi identifikatoru (adı), “bsu.edu.az” — qovşaq kompüterin identifikatoru (adı) hesab olunur. Göründüyü kimi, qovşaq identifikatoru bir-birindən nöqtə ilə ayrılmış domen adlardan ibarət olur. Elektron poçt ilə işləmək üçün Outlook Express, Netscape, The Bat proqramlarından istifadə olunur.
Elektron poçtla uzaq məsafəyə xəbərlərin ötürülməsini SMTP (Send Mail Transfer Protocol) protokolu təmin edir. POP3 (Post Office Protocol) protokolu poçt serverinin qutusunda saxlanılan elektron məlumatlar almağa xidmət edir. Elektron məktubun qəbul edilmiş formatı başlıq və məlumatdan ibarət olur:
From (haradan): məktubu göndərən tərəfin elektron ünvanı;