CMOS (Complementary Metal Oxide Semiconductor) yaddaş mikcosxemi kompüterin konfiqurasiyalarını, tarix-zaman funksiyalarını yadda saxlayır, daimi yaddaşı enerji ilə təmin edir.
Video kart (Video plata) video tipli informasiyanı analoq formasından rəqəmsal, rəqəmsal formadan analoq formaya çevirir və monitor bu qurğunun idarəsi altında işləyir.
Səs kartı (Audio plata) audio (səs) tipli informasiyanı analoq formasından rəqəmsal, rəqəmsal formadan analoq formaya çevirir.
Portlar xarici qurğularla mərkəzi hissə arasında infornusiya mübadiləsini təmin edir. COM (ardıcıl - communications port), LPT (paralel — Line Print Terminal), USB (universal — Universal Serial Bus), PS/2 (əvvəllər maus və klaviatura qoşmaq üçün istifadə olunurdu) və FireWare növlər var.