İO.SYS
MS DOS.SYS
Onlar yükləyici vasitəsilə yaddaşa yüklənir və daim orada qalır. İO.SYS, BİOS-a əlavə olub, daxiletmə - xaricetmə qurğuları ilə işləmək üçün əsas vasitələri təmin edir. MS DOS.SYS – DOS-un əsas proqramı olaraq hər şeyi idarə edir. O, yüksək səviyyəli əsas əməliyyatları təşkil edir.
4. DOS-un əmr prosessoru.
COMMAND.COM disk faylında yerləşir.O, istifadəçinin daxil etdiyi əmrləri emal edir. Əmrlərin bir hissəsini əmr prosessoru özü yerinə yetirir. Belə əmrlər daxili əmrlər adlanır. Bunlar Type, Dir, Copy, Time, Date kimi əmrlərdir. İstifadəçinin xarici əmrlərini yerinə yetirmək üçün əmr prosessoru müvafiq adlı proqramı disklərdə axtarır və əgər tapırsa, onda onu yaddaşa yükləyir və idarəetməni ona verir.
5. DOS-un xarici əmrləri.
Bu proqramlar ayrı-ayrı fayllar şəklində əməliyyat sistemi ilə birlikdə tədarük edilir.
6. Qurğu drayverləri.
Bu xüsusi proqramlardır, DOS-un daxiletmə-xaricetmə sistemini tamamlayır və yeni qurğulara xidməti, həm də mövcud qurğulardan qeyri standart istifadə olunmasını təmin edir. Drayverlər əməliyyat sistemi yüklənərkən kompyuterin yaddaşına yüklənir, onların adları CONFİG.SYS faylında yerləşir.
Dostları ilə paylaş: |