4. İnformasiyanın kodlaşdırılması
Say (hesablama) sistemi ədədlərin rəqəmlər adlanan məhdud simvollar əlifbası vasitəsilə ifadə olunması üsuludur. Say sistemi kodlaşdırmanın bir üsuludur. Müəyyən əlifba vasitəsilə müəyyən üsullarla yazılan sözə kod deyilir, kodun alınma prosesinə isə kodlaşdırma deyilir.
İnformasiyanın işlənməsi zamanı informasiya vahidlərinə şərti işarələr vermək zərurəti meydana gəlir. Bu şərti işarələrin məcmusu kod adlanır. Başqa sözlə kod hər hansı çoxluqla qarşılıqlı-birmənalı şəkildə qurulmuş hər hansı əlifbada olan sözlər çoxluğu, konbinasiyasıdır. Deməli, kodlaşdırma dedikdə informasiyaya şərti işarələrin verilməsi başa düşülməlidir. Kodlaşdırma siqnalların şəkil dəyişməsi kimi də başa düşülə bilər. Kodlaşdırma informasiyanın avtomatlaşdırılmış işlənməsi prosesinin sürətləndirilməsinə və asanlaşdırılmasına imkan verir. Belə ki, bu halda informasiya elementlərinin çeşidlənməsi və qaydaya salınması, yadda saxlanılması, axtarılması, işlənməsi və ötürülməsi prosesi əhəmiyyətli dərəcədə asanlaşır və tez başa düşülür. Kodlaşdırma qarşısında aşağıdakı tələblər qoyulur: - Kod elə tərtib olunmalıdır ki, zəruri informasiya çeşidlənmə prosesində avtomatik qruplaşdırla bilsin; - Müxtəlif dərəcəli yekunların alınması mümkün olsun; - İşarələrin sayı məhdud olsun; - Tərtibat da sadə, yadda qalan və aydın olsun; - Nomenklaturanın genişləndirilməsi üçün ehtiyat nömrələr nəzərdə tutulmuş olsun. Kodlaşdırma prosesi sistemli yanaşmanı tələb edir, başqa sözlə proses müəyyən sistemlər üzrə həyata keçirilməlidir. Kodlaşdırma sistemi informasiya vahidlərinə müəyyən qaydada şərti işarələrin verilməsi sistemidir. Səviyyələr üzrə-ölkə sahə yerli (lokal) və s. kimi kodlaşdırma sistemləri fərqləndirilir. Kodlaşdırma sistemlərini təsnifləşdirmək üçün aşağıdakı əlamətlərdən istifadə oluna bilər: -İşarələrin forması;
-İşarələrin sayı (bir işarəli, çox işarəli);
-Qurulma formaları (xətti,şahmat) və s. Müxtəlif kodlaşdırma sistemlərinin uzlaşdırılmasından kombinələşdirilmiş sistemlər qurula bilər.
Dostları ilə paylaş: |