Vektorizatoradlanan Adobe Stream Line və Corel Tarce proqramları rastr təsvirləri vektor qrafikasına çevirir
.CDR (Corel Draw) və .AI (Abobe Illustrator) vektor qrafikasına məxsus fayl tipləridir.
26. Qrafik faylların tipləri
Qrafik faylların tipləri
Hal-hazırda ən geniş yayılmış qrafik faylların genişlənmələri aşağıdakılardır:
bmp (bit map) – bitlər xəritəsi. Format Microsoft firması tərəfindən yaradılıb və Windows-da rastr qrafikası üçün geniş istifadə edilir (Paint). Bu formatda fayl iki hissədən ibarət olur:
1- təsvirin həlli və pikselin rənginin kodlaşdırılması üçün bitlərin sayı göstərilən başlıq hissəsi;
2- təsvirin piksellərinin rənginə aid bitlərin ardıcıllığı şəklində saxlanılan verilənlər sahəsi (bitlər xəritəsi).
pcx – təsvirin videoyaddaşa daha tez yazılması üçün onun sadə sıxılma üsulundan istifadə edir. Bu format bir çox proqramlardan, o cümlədən Paint-dən istifadə edir. tif formatı ilə yanaşı pcx formatı da skanerlərin ən çox istifadə etdiyi formatdır.