FH7, FH5 formatı FreeHand proqramında istifadə edilir.
PNG (Portable Network Graphics) – bu formatdan veb-sənədlərdə istifadə olunur.
WMF (Windows Meta-file) vektor təsvirləri üçün istifadə edilir. Bu format vektor təsvirlərin bir proqramdan digər proqrama mübadilə buferi vasitəsilə köçürülməsi zamanı təsvirlərin çevrilməsi nəticəsində alınır.
27. Kompüter şəbəkələrinin əsas anlayışları
Şəbəkə verilənlərin ötürülmə vasitələri ilə öz aralarında birləşmiş kompüterlər toplusudur. Kompüter şəbəkəsinin əsas məqsədi kompüterlər arasında informasiya mübadiləsini həyata keçirməkdir. Verilənlənn ötürülmə vasitələri aşağıdakı elementlərdən ibarət ola bilər: bir-birilə kabellə əlaqələndirilən kompüterlər, peyk, telefon, optik-lifli, radio və s. ötürücülər əsasında qurulmuş rabitə kanalları, kommutasıyaedici aparatlar, retransiyatorlar, siqnal çeviricilərinin müxtəlif tipləri, həmçinin digər element və qurğular.
Kompüterlər şəbəkəsinin arxitekturası şəbəkə elementlərinin aparat və proqram təminatının işləmə və qurulma prinsiplərini təyin edir.
Müasir şəbəkələri bir sıra əlamətlərə görə təsrifləndirmək olar: kompüterlər arasında olan məsafəyə, topologiyaya, təyinatına, göstərdiyi xidmətlər sayına, mərkəzləşdirilmiş və ya qeyri-mərkəzləşdirilmiş idarə prinsiplərinə, kommutasiyasız, telefon kommutasiyalı, dövrələr kommutasiyası, məlumatların, paketlərin və deytaqramların kommutasiya üsullarına, ötürmə mühitinin növlərinə və s. görə təsnifləndirmək olar.
Hər hansı bir kompüterdə, hansı şəbəkədə işləməsindən asılı olmayaraq, qoyulmuş proqram təminatının funksiyasını iki qrupa bölmək olar: kompüterin öz resurslarını idarə edən və digər kompüterlərlə mübadiləni idarə edən.
Adətən, kompüterin öz resurslarını əməliyyat sistemi idarə edir. Şəbəkənin resurslarını isə şəbəkə proqram təminatı idarə edir ki, bu da şəbəkə əməliyyat sistemi vasitəsilə həyata keçirilir.
Kompüterlər arasındakı məsafəyə görə şəbəkələr iki sinfə bölünür: local və qlobal şəbəkələr.
Dostları ilə paylaş: |