OSI etalon modeli aşağıdakı yeddi səviyyədən ibarətdir:
1.Tətbiqi səviyyə (Application Layer) T
2.Nümayiş səviyyəsi (Presentation Layer) Nü
3.Seans səviyyəsi (Session Layer) S
4.Nəqliyyat səviyyəsi (Transport Layer) Nə
5.Şəbəkə səviyyəsi (Netvvork Layer) Ş
6.Kanal səviyyəsi (Data Link) K
7.Fiziki səviyyə (Physical layer) F
Kanal səviyyəsinin funksiyası rabitə kanalında giriş-çıxış informasiyasının idarəsindən ibarətdir. Ötürmənin doğruluq ehtimalını artırmaq üçün kanal səviyyəsinin prosedurunda izafi kodların daxil edilməsi, verilənlərin təkrarən ötürülməsi və digər üsullar tətbiq oluna bilər. Bu üsulla formalaşan verilənlər kadrlar şəklində qruplaşdırılır. Kanal səviyyəsində verilənlər şəbəkədə baytlar ardıcıllığı şəklində ötürülür. Kanal səviyyəsinin obyektləri arasında verilənlər mübadiləsi aşağıdakı 3(üç) üsuldan biri ilə aparıla bitər: dupleks (eyni zamanda hər iki istiqamətdə), yarımdupleks (müxtəlif vaxtlarda hər iki istiqamətdə) və ya simpleks (yalnız bir istiqamətdə).