Mobil telefonlardan İnternetə qoşulmaq üçün WAP (Wireless Application Protocol) protokolu işlənmişdir. Mobil rabitədə verilənlərin paket şəklində ötürülməsi üçün GPRS (General Packet Radio Service) protokolundan istifadə olunur. İnternetə simsiz qoşulmanın bir növü də Wi-Fi (Wireless Fidelity) şəbəkəsidir. WPAN (Wireless Personal Area Network) fərdi simsiz şəbəkənin ən geniş yayılmış növü Bluetooth — dur.
İnternet şəbəkəsinə qoşulmuş kompüter istifadəçisinin şəbəkə resurslarına müraciətini təmin etmək üçün (məsələn, hər hansı bir Veb — səhifəyə baxmaq) kompüterdə Veb — brauzer adlanan veb sənədlərə baxış proqramlarının quraşdırılması gərəkdir. Mosaic, İnternet Explorer, Opera, Google Chrome, Netscape Navigator, Mozilla FireFox, Safari brauzer proqramlarıdır. Veb — brauzer proqramları HTML (Hyper Text Markup Language) məzmunlu Veb - səhifələrin işlənməsi üçündür. Veb — səhifələrin yaradılması üçün standart HTML dilindən istifadə olunur. Bundan başqa Veb - səhifələrin yaradılması üçün XML, Java Script, PHP, Java Veb - proqramlaşdırma dillərindən istifadə olunur. Veb saytların HTML kodunda yığılması üçün həmçinin, DREAM WEAVER,
Dostları ilə paylaş: |