Cc (nüsxə): məktub göndərilən şəxsin digər elektron ünvanı;
Subject: məktubun mövzusu;
Date (tarix): məktubun göndərilmə tarixi və zamanı (bu sətr avtomatik doldurulur);
Reply To: məktubuna cavab verilən abonentin elektron ünvanı.
FTP - File Transfer Protocol (ftp:// - Faylların ötürülməsi protokolu). Bu xidmət faylların bir kompüterdən digərinə ötürülməsini təmin edir. İstifadəçi FTP protokolu vasitəsilə uzaq məsafədə yerləşən kompüterin fayllar kataloquna baxa, bir kataloqdan digərinə keçə və faylları öz kompüterinə yükləyə bilər. FTP xidməti Ved-də yerləşdirilməsi əhəmiyyət kəsb etməyən informasiya resurlarını arxiv rolunu oynayan FTP serverlərdə saxlamağa və lazım gəldikdə istifadə etməyə imkan verir.