Daxili və xarici şlüz protokolları. IGP (Internal Gateway Protocol) protokolu daxili və EGP (Exterior Gateway Protocol) protokolu xarici şlüz protokolu adlanır.
Usenet xidməti (news://) müxtəlif mövzulara aid xəbərləri özündə toplayır və onların yayılmasını təşkil edir. Xəbərlər mövzuya uyğun, konfrans adlanan qruplarla təşkil olunur. Bu xidmətdə xəbərlərin alınması və göndərilməsi üçün NNTP (Network News Transfer Protocol) protokolundan istifadə edilir.
Telnet xidməti (telnet:// - protokol) İnternet şəbəkəsinə qoşulan digər kompüterlərə daxil olmaq üçün istifadə olunur. Telnet kompüterlərin klaviaturası arxasında əyləşib uzaq məsafədə şəbəkə sistemlərinə (əgər uzaq məsafədəki kompüterlərin parolu məlumdursa) və yaxud kitabxana kataloqları və müxtəlif növ verilənlər bazası daxil olmaqla açıq serverlərə müraciət etməyə imkan verir.
Gopher sənədlərin axtarışı və ötürülməsi üçün istifadə edilən şəbəkə protokoludur. Burada ünvan gopher:// sözü ilə başlayır.
İnternetdə real vaxt rejimində (on line) iki və daha çox istifadəçinin informasiya mübadiləsi aparmaq içün Chat (Çat) xidmətindən istifadə olunur. Bu xidmət IRC (Internet Relay Chat) adlanan protokol və serverlərin köməyi ilə həyata keçirilir. ICQ, Microsoft Chat, mIRC, Odigo, Yahoo, MSN Messenger, Live Messenger və s. kimi çoxsaylı Çat proqramları mövcuddur.
Dostları ilə paylaş: |