6. İnformasiya miqdarının ölçü vahidləri
Kodlaşdırılmış informasiya kompüterin yaddaş qurğusunun oyuq (yuva) adlanan yaddaş hissəsində saxlanılır. Yaddaş oyuqlarının hamısının quruluşu eynidir və oyuqlar hər birində yalnız bir dənə ikilik rəqəm 0 və ya 1 rəqəmi yerləşə bilən mərtəbələrdən ibarətdir. Bütün oyuqlardakı mərtəbələrin sayı eynidir. Bu mərtəbələrə ikilik mərtəbələr də deyirlər. Oyuqdakı mərtəbələrin sayına “maşın sözü” və ya “oyuğun uzunluğu” deyilir. Bir mərtəbədə yerləşə bilən informasiyanın miqdarına bit (binary digit-ikilik rəqəm) deyilir. Yaddaş qurğusuna yazıla bilən informasiyadakı bitlər sayına informasiyanın həcmi deyilir. Deməli, bit informasivanın ən kiçik (elementar) ölçü vahididir. Bir bit dedikdə bir dənə ikilik rəqəm, 0 və ya 1 rəqəmi başa düşülür. Başqa sözlə, bir bit bir ikilik mərtəbəni göstərir. Onda bu termindən istifadə edərək deyəcəyik ki, ASCII standartında verilmiş simvolların kodlarının uzunluğu 8 bitdir. İnformasiyanı yadda saxlamaq və ötürmək üçün baytdan (1bayt-8 bit) istifadə edirlər. 8 bitli kod vasitəsi ilə 28=256 sayda ədədi (simvolu) kodlaşdırmaq olar. Bu isə klaviaturada yerləşən ingilis və milli əlifbanı, rəqəmləri və xüsusi işarələri kodlaşdırmağa imkan verir. Bir baytda yerləşən ikilik kodla əlifbanın istənilən hərfi kodlaşdırıla bilər. Deməli, hər bir simvolun uzunluğu bir bayt və ya 8 bit olan xüsusi kodu var. Yəni, əgər biz kompüterə “İnformatika” sözünü daxil ediriksə, onda kompyuterə 11 bayt və ya 88 bit informasiya daxil olur. Daha böyük həcmə malik olan məlumatı ölçmək üçün digər ölçü vahidləri də vardır: Kilobayt (Kb), Meqabayt (Mb), Giqabayt (Gb), Terabayt (Tb), Petabayt (Pb), Ekzabayt (Eb), Zetabayt (Zb). Belə ki,
1 bayt = 8 bit
1 Kbayt = 1024 bayt = 210 bayt
1 Mbayt = 1024 Kbayt = 210 Kbayt = 220 bayt
1 Gbayt = 1024 Mbayt = 210 Mbayt = 220 Kbayt = 230 bayt
1 Tbayt(terabayt) = 1024 Gbayt = 210 Gbayt = 220 Mbayt = 230 Kbayt = 240 bayt
1 Pbayt(petabayt) = 1024 Tbayt = 210 Tbayt = 220 Gbayt = 230 Mbayt = 240 Kbayt =
=250 bayt
1 Ebayt(eksabayt) = 1024 Pbayt = 210 Pbayt = 220 Tbayt = 230 Gbayt = 240 Mbayt=
= 250 Kbayt = 260 bayt
1 Zbayt (zetabayt)= 1024 Ebayt = 210 Ebayt = 220 Pbayt = 230 Tbayt = 240 Gbayt =
=250 Mbayt = 260 Kbayt = 270 bayt
Ölçü vahidləri yaddaşa yazılmış mətnin həcmini, yaddaşın özünün həcmini, çevik və ya fləş disklərdə, CD və ya DVD disklərində saxlanılan informasiyanın həcmini və s. hesablamağa imkan verir.
Dostları ilə paylaş: |