Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
Azərbaycan Dövlət Aqrar Universiteti
İnformasiya texnologiyaları kafedrası
İnformasiya texnologiyalarının
ƏSASLARI
Fənnindən mühazirələr
Dosent MAHİL İSA OĞLU MƏMMƏDOV
Mövzu 2. İnformasiya texnologiyaları texniki təminatı.
İnformasiya texnologiyalarının təmin edilməsinin texniki vasitələri anlayışı.
Kompüter texnikası vasitələri.
Hesablama sistemlərinin təsnifatı.
Elektron hesablama maşınlarının təsnifatı.
Kommunikasiya texnikası vasitələri.
Elektron orqtexnika.
Texniki təminat-informasiya sisteminin fəaliyyəti üçün nəzərdə tutulmuş texniki vasitələr kompleksidir.
Texniki təminata həmçinin texniki vasitələrin və texnoloji proseslərin istifadəsi üçün müvafiq sənədləşdirmələr də daxildir.
İnformasiya resurslarının idarə edilməsini təmin edən müasir texniki vasitələr tərkibi və funksional imkanları baxımından çox müxtəlifdir. Buraya hesablama vasitələri (kompüter), rabitə və təşkilati texnologiya daxildir (şəkil 2.1).