Informasiyanın istifadəyə yararlı olması üçün aşağıdakı şərtlər ödənilməlidir (informasiyanın xüsusiyyətləri): tam (tam şəkildə təsvir olunmalıdır); düzgün (həqiqi situasiyanı əks etdirməlidir); qiymətli (maksimum az məsrəflə əldə edilməlidir) əhəmiyyətli (istifadəçi üçün vacib olmalıdır); aktual (cari vaxtda tələb edilən olmalıdır); anlamlı ( istifadəçinin başa düşdüyü tərzdə hazırlanmalıdır).
İnformasiya hal-hazırkı və potensial sahibinə hər hansı sahədə (maddi, siyasi, hərbi) mənfəət gətirirsə, bu informasiya qiymətli informasiya sayılır. İnformasiyanın qorunması informasiyanın itirilməsi, dəyişdirilməsi, silinməsi ehtimallarının qarşısını alır.