İnformasiyalar yaranmasına, qəbul edilməsinə, ötürülməsinə, ifadə formalarına və vasitələrinə, istifadəsinə və s. görə müxtəlif cür qruplaşdırıla bilər. İnformasiyaları hər hansı əlifba simvollarının köməyi ilə ifadə etmək və onu digər əlifbaya da keçirmək olar. İnformatikada fakt, məlumat, xəbər terminləri çox vaxt "verilənlər" sözü ilə ifadə olunur.
İnformasiya (məlumat) (latınca informatio,informare — məlumatlandırmaq, formaya salmaq ) – abstrakt anlayış, hara çatdırılmasından asılı olmayaraq çoxşaxəli məlumat.