İnformasiya və komputer texnikası” kafedrası Quliyev R. Y. “ Kommunikasiya vasitələri”



Yüklə 259,71 Kb.
səhifə14/16
tarix09.05.2023
ölçüsü259,71 Kb.
#126651
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   16
kom vasit\'

ASİNXRON PROTOKOLLAR
Asinxron protokollar özlüyündə rabitənin ən köhnə növlərindən biridir.Bu protokollar kadrlarla yox, start --stop simvollu baytlarla təsvir olunmuş ayrı-ayrı simvollarla əməliyyat aparır. Asinxron protokollar öz bünövrəsinin nöqtə-nöqtə tipli teletayp kanallarından istifadə vaxtında olan rabitədən götürür. Texnikanın inkişafı ilə asinxron protokollar teletayp qurğuların müxtəlif cür klavyaturaların displeylərin hesablama maşınları ilə əlaqə yaratmaq üçün tətbiq olunur. Bu protokollarda ötürülən informasiyada vahid olaraq verilənlərin kadrı yox, ayrıca simvol götürülür. Bu zaman bəzi simvollar idarə xarakterli olur.Məsələn ( CR ) simvolu teletayp və displeylərdə karetkanı əvvəlki sətirə gətirən komanda kimi qəbul olunub. Bu protokollarda ( ESC ) simvolundan başlayanidarə ardıcıllığı olur. Adətən bu ardıcıllıqlar idarə qurğusunda olduqca mürəkkəb komandaları da yerinə uetirə bilir.
Asinxron protokollarda ASCİİ və EBCDİC kodlaşdırmasından ibarət standart simvollar yığımddan istifadə olunur. Belə ki, bu yığımlarin ilkin 32 və 27 kodu displey və printerdə təsvir olunmayan xüsusi kodları təşkil edir və verilənlərin mübadiləsinin idarə rejimində məhz bu kodlardan istifadə olunur.
Zaman kecdikcə asinxron protokollar mürəkkəbləşərək hər hansı bir simvol ilə verilənlərin tam bloklarını –kadrları idarə edə bilirlər.Məsələn : çox populyar olan XMODEM protokolu ilə asinxron modemin köməyi ilə iki kompüter arasında ötürmək olar. Növbəti kadrın qəbulu simvol komandası olan və qəbuledici tərəfin ötürdüyü ASKİİ kodunun NAK simvolunun köməyi ilə yerinə yetirilir. Verici tərəf NAK simvolunu qəbul edərək başlanğıcı və sonu olan 128 baytlıq kadrı rabirə xəttinə ötürür.Kadrın başlanğıcı blokun nömrəsindən və xüsusi SOH (start of header) simvolundan ibarət olur. Qəbuledici hissə yeni kadrı alan anda ölçü miqdarını və nömrəsini yoxlayır.Bu parametrlər gözlənilənlərlə üst-üstə düşdükdə vericiyə ACK simvolunu əks halda NAK simvolunu göndərir . Belə halda qəbuledici NAK simvolunu alarkən kadrı təkrar göndərir.Ötürülən faylın sonunda EOX adlanan simvol verilir.
XMODEM protokolunun təsvirindən aydın olur ki, asinxron rejimdə asinxron protokolla göndərilməsində idarə əməliyyatını ayrı-ayrı simvollar yerinə yetirir. Eyni vaxtda isə verilənlərin bəzi hissələri sinxron protokollara xarakterik olan bloklar şəklində göndərilir.

Yüklə 259,71 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin