İnformasiya və komputer texnikası” kafedrası Quliyev R. Y. “ Kommunikasiya vasitələri”


Asinxron və sinxron ötürmə……………………………….……32



Yüklə 259,71 Kb.
səhifə2/16
tarix09.05.2023
ölçüsü259,71 Kb.
#126651
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   16
kom vasit\'

Asinxron və sinxron ötürmə……………………………….……32

  • Kanal səviyyəsində ötürmə üsulları……………………….……34

  • Asinxron protokollar……………………………………….……35

  • Asinxron simvol təyinatlı və bit təyinatlı protokollar…….…...36

    26.Səhvlərin təyini və korreksiyası…………………………….…..42
    27.Səhvlərin təyini metodu………………………………………..42
    RABİTƏ XƏTTLƏRİNİN NÖVLƏRİ
    Rabitə xətti dedikdə araliq cihazlarin,öturmə cihazlarin və elektrik informasiya
    iqnallarinin ötürüldüyü fiziki mühit başa düşülür. Rabitə xəttinin sinonimi olaraq əlaqə kanalı termoni də götürülə bilər. Rabitə xəttinin struktur sxemi şəkil 2.1.-də göstərilmişdir.
    Verilənlərin ötürüldüyü fiziki mühit elektrik dalğalarının yayila biləcəyi kosmik fəza, yer atmosferi, koaksial kabellər və mühitin zərərverici təsirlərindən xüsusi izolyasiya materiallari vasitəsi ilə gorunan koaksial və ya xüsusi naqil dəstələri , birləşdirici pərcimlər qəbul edilə bilər.
    Verilənlərin ötürülmə xarakterinə görə rabitə xətti aşağıdakiı gruplara bölünürlər:

    1.Hava- keçirici rabitə xəttləri


    2.Metal və optik şüşə lifli naqillər
    3.Peyk rabitəli radiokanallar

    Tipindən asili olaraq rabitə xəttlərində istifadə olunan bütün aralıq cihazlar analoq və rəgəm tiplərinə ayrılırlar. Analoq qurğularında əsasən siqnalların gücləndirilməsi, söndürülməsi ,çevrilməsi prosesləri yerinə yetirilir.Başqa sözlə desək siqnallarin parametrləri kəsilməz xarakteristikaılara malik olur.Bu cür rabitə xəttləri əvvəllər avtomat-telefon stansiyalarinda və aşaği tezlik oblastinda radiorabitədə istifadə olunur.


    Müasir avtomat telefon stansiyalarinda yüksək sürətli kanalların yaradılması məqsədi ilə abonent kanallarının multipleksləşdirilməsi məqsədi ilə analoq yaxinlaşmada rəqəm (diskret) siqnallardan istifadə olunur.

      1. Keçirici (hava) rabitə xətləri

    Keçirici (hava) rabitə xətləri dirəklər arasinda açiq havada asilmiş ,heç bir izolyasiya və mudafiyə təbəqəsi olmayan keçirici naqillərdən ibarətdir. Bu naqillər əsasən orta hissəsi polad olan alüminium və mis materiallardan hazirlanir. Bu tip rabitə xəttlərindən əsasən telefon və teleqraf siqnallarinin ötürülməsində istifadə olunur. Lakin digər imkanlarin məhdudluğunda bu tip rabitə xətləri vasitəsi ilə kompüter verilənlərinin ötürülməsi də həyata keçirilir. Bu xəttlərin surət keyfiyyəti və maneə dayanıglığı arzu olunan səviyyədə olmadığından zaman keçdikcə bu xəttlər müxtəlif növ kabel xəttləri ilə əvəz olunmağa başlayıb.
    3.2 Kabel xəttləri
    Kabel xəttləri öz-özlüyündə murəkkəb konstruksiyaya malik rabitə xəttləridir.Bu tip kabellər bir neçə izolyasiya qatlarina malikdir:elektriki,elektromaqnit,mexaniki və bəzən də klimatik. Bütün bunlardan başqa bu kabellərdə öz aralarında və cihazlara operativ birləşməni həyata keçirmək üçün xüsusi pərçimlərdən istifadə olunur.Kompüter şəbəkələrində və digər açıq kommunikasiyalarda əsasən 3 tip kabellərdən istifadə olunur: yumşaq mis nagillər dəstəsi, mis damardan ibarət koaksial kabel,optik –lifli kabel.Yumşaq mis naqillər dəstəsi əsasən iki variantda – metal ekranlı və ekranlanmamış şəkildə təşkil olunur.Kabellərin bu cür ekranlanması kənar maneələrin yaratdığı küylərin qarşısını almaqla yanaşı kabeli mexaniki təsirlərdən də qoruyur. Koaksial kabellərin isə daxilində mis materialdan ibarət mərkəzi damar ,və kənar hissəsi torlu toxunma təskil edən ekran təbəqəsindən ibarətdir. Bu tip kabellər bir- birindən impedansları vasitəsi ilə fərqlənirlər. Optik –lifli kabellər isə qalınlığı 5-60 mikron olan optik liflərdən ibarət olur. İnformasiya işıq siqnalı şəklində bu liflərin daxilində ötürülür. Bu tip kabellər sadalanan növlərin içərisində ən keyfiyyətlisi sayılır. Optik lifli kabellərdə ötürülən informasiya daha az təsire məruz qalır.
    Yerüstü və peyk radiokanal əlaqəsi radiodalğaları şüalandiran və qəbuledən qurğular vasitəsi ilə həyata keçirilir. Bu tip rabitə xəttlərində informasiyanın ötürülməsi ötürülmə tezliyinə görə bir neçə növə bölünürlər.Verilənlərin ötürülmə sürətinin aşağı olmasina rəğmən daha uzaq məsafəyə ötürülməsində AM tipli siqnallardan istifadə olunur.Verilənlərin daha sürətli ötürülməsi üçün TM (ÇM) tipli radiodalğalardan istifadə olunur.Müasir texnologiyanın tətbiqi nəticəsində birbaşa görünüş xəttində olmaq şərti ilə İYT ( 4Qhs) diapazonundan istifadə olunur.Bu tezlikdə radiodalqalar ionosferdən əks olunmadığı üçün informasiyanin uzaq məsafəyə ötürülməsi üçün peyk rabitəsindən istifadə olunur.
    Kompüter şəbəkələrində və digər kommunikasiya vasitələrində sadlanan rabitə üsullarının hamısından istifadə olunur. Bütün bunların içərisində isə optik lifli (kiber-optik) rabitə xəttləri daha perspektivli sayıla bilər.Verilənlərin 100m –məsafəyə qədər ötürülməsində dəstəli kabellərdən daha geniş istifadə olunur.Bu tip rabitə xətti yaxın məsafələr üçün qiymət –keyfiyyət balansində önəmlidir.



    Yüklə 259,71 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9   ...   16




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin