İnformasiya və komputer texnikası” kafedrası Quliyev R. Y. “ Kommunikasiya vasitələri”



Yüklə 259,71 Kb.
səhifə3/16
tarix09.05.2023
ölçüsü259,71 Kb.
#126651
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   16
kom vasit\'

RABİTƏ XƏTTLƏRİNİN APPARATLARI.

Verilənlərin ötürülməsinin apparat sistemi (VÖAS) bilavasitə istifadəçinin kompüteri və ya lokal şəbəkəsi ilə rabitə xəttini birləsdirən cihaz və gurğulardır. Ənənəvi olaraq apparat sistemini də rabitə xəttinə daxil edirlər. VÖAS –lərə misal olaraq modemləri, İSDN səbəkə terminallarını ,optik modemlərini rəqəmlı kanall çevricılərini göstərmək olar.adətən VÖAS –lər fiziki mühitdə siqnalın ötürülməsi,qəbulu zamanı siqnalın gücünün və formasının lazimi formada olduğu fiziki səviyyədə işləyir.


Birbaşa VÖAS-a goşulmuş rabitə xəttində ötürülməsi üçün verilənlərin hazirlanmasinda istifadə olunan rabitə xəttinin istifadəçisinin apparat və cihazları ümumiləşmiş halda verilənlərin son avadanlıqları (00 D və ya VSA ingiliscə DTE) kimi adlandırılır. VSA-ya misal olaraq kompüterləri və marşirutizatorları göstərmək olar.Bu apparatları rabitə xəttlərinə daxil etmirlər.
Avadanlıqların VÖAS və VSA -ya ayrılması lokal şəbəkələrdə şərti xarakterlidir. Məsələn: lokal şəbəkənin adapterini hem kompüterəaid avadanlıq (VSA) həm də rabitə xəttinin əsas hissəsi kimi (VÖAS) qəbul etmək olar.
Rabitə xəttlərinin araliq apparatlari adlandirilan cihazlardan da aktiv istifadə olunur. Aralıq apparatları rabitə xəttində iki əsas məsələni həll edir:
1.Siqnalın keyfiyyətinin yaxşılaşdırılması.
2.Şəbəkənin iki abonenti arasinda daimi qoşma kanalın yaradilması.
Əgər verilənlərin ötürüldüyü fiziki şərait boyu (kabel və ya radioefir) bir şəbəkə adapterin digər şəbəkə adapterinin ötürdüyü siqnalı aralıq gücləndirici olmadan gəbul edə bilirsə onda aralıq apparatlardan istifadə etməyə lüzum qalmır. Əks halda isə təkrarlayıcılar və koncentrat adlandirilan qurğulardan istifadə olunur.
Lokal şəbəkələrdən fərqli olduğuna global şəbəkələrdə siqnal 100 və bəzən də 1000 km lərlə uzağa ötürülür. Bu isə verilənlərin ötürülməsi zamanı müəyyən məsafələrdən sonra siqnalı gücləndirmədən teretorial rabitə rabitə sisteminin yaradilmasini mümkünsüz edir.Həmçinin qlobal şəbəkələrin yaradılmasında digər növ –multipleksor,demultipleksor,kommutatorlar kimi aralıq apparat sistemindən istifadə edilir.Bu apparatlar əsasən ikinci verilən məsələni-fiziki mühitin kommutasiya olun mayan parçaları arasında qoşma kanal şəbəkəsinin yaradılması məqsədi ilə istifadə olunur. Aralıq kommutasiya apparatların istifadə olunması həmçinin qlobal şəbəkənin yaradıcılarını birləşdirilən nöqtələrdə hər bir cütün kabel xətti ilə birləşdirilməsi kimi artiq işlərdən xilas edir. Bunun əvəzinə multipleksorlar və kommutatorlar arasında yüksəksürətli fiziki mühit-kiber-optik və ya koaksial kabellər istifadə edilir.Bu xəttlər vasitəsi ilə aşağı sürətli abonent xəttinə nəzərən böyük sıxlıqla verilənləri ötürmək olar. İki son nöqtənin daimi kommutasiyasi lazım olduqda isə multipleksor, demultipleksor və kommutatorlar kanal operatoru vasitəsi ilə uyğun şəkildə qoşulur. Bu cür yüksəktezlikli kanalları adətən sıxlaşdırılmış kanal kimi adlandirirlar.
İstifadəçilər üçün aralıq apparatlar nəticələrdə hissolunmadığı və nəzərə alınmadığı üüçün görünməzdir. Doğurdan da istifadəçi üçün vacib şərt cihazlarin hər hansı bir xüsusiyyəti yox, siqnalın keyfiyyəti və sürəti maraqlandırır. Həqiqətən də aralıq apparat sistemi b irnci şəbəkə sistemi adlanan mürəkkəb şəbəkə sistemini təşkil etməklə yanaşı yuxarı səviyyəli xidmətləri həyata keçırmir ( yəni siqnalların yaradılmasi, faylların dəyişdirilməsi,çevrilməsi və s), bu tip apparatlar böyük kompüter ,telefon və s səbəkələrin yaradılmasında əsas kimi götürülür. Rabitə xəttlərinin xarakteristikalarını təyin edilməsində onun bəzi etalon təsirlərə reaksiyası analiz edilir. Bu kimi analiz əsasən testləsdirmə adlandırılır .Test edilmə rabitə xəttlərinin xarakteristikalarını çox sadə və keyfiyyətli analizi ilə yanaşı mürəkkəb nəzəri hesablamalardan yaxa qurtarmağa imkan yaradır.
RABİTƏ XƏTTLƏRİNDƏ SİQNALLARIN SPEKTRAL ANALİZİ

Harmonik analiz nəzəriyyəsindən məlumdur ki, ixtiyari periodik prosesi müxtəlif tezlik və amplituda malik rəqslərin cəmi şəklində göstərmək olar.





Sinusoidalın hər toplananı harmonika adlanır.Bütün harmonikaların cəmi isə yekun siqnalın spektral parçalanması adlanır.Qeyriperiodik siqnalları tezliyin kəsilməz spektrində sinusoidal siqnallarıan inteqralı şəklində göstərmək olar. Məsələn İdeal impulsun spektral parçalanmasını (-∞,+∞) kəsilməz tezlik diapazonunun cəmi şəklində göstərmək olar.





İxtiyari çıxış siqnalının spektrinin tapılması texnikası yaxşı məlumdur. Bir çox siqnallar üçün Furye formulu vasitəsi ilə spektr rahatca təyin oluna bilir.Praktikada ən çox rast gəlinən pərakəndə formalı siqnallar üçün isə spektrin təyini xüsusi cihazlar –spektral analizatorlar adlanan real siqnalın spektrini real vaxtda amplitud və tezliyinin ekranda və ya çap olunmuş formada göstərən cihazlar vasitəsi ilə yerinə yetirilir.Hər hansı bir tezlikdə verilən siqnalın sinusoidinin təhrifi ,yekun nəticədə ixtiyari formalı ötürülən siqnalın təhrifinə gətirib çıxarır. Bu müxtəlif tezlikli siqnallar olduqda özüne daha da kəskin göstərir. Əgər bu analoq siqnalıdırsa (məsələn: nitq) onda yan tezliklər-obertonlarin təhrifi nəticəsində səsin tembri dəyişir.Kompüter şəbəkələri üüçün xarakterik olan impuls siqnalların ötürülməsində aşağıtezlikli və yuxarıtezliklı harmonikalar təhrif olunduğundan impuls cəbhələri öz formasını itirir.

Bunun nəticəsində xəttin son ucunda pis tanınır. Rabitə xəttləri ötürülən siqnalın parametrlərini ona görə dəyişir ki rabitə xəttinin fiziki parametrləri ideal qiymətindən fərqlənir.Məsələn : hər hansı bir ötürücü mis naqili xətt boyu aktiv muqavimətdən ,induktivlikdən ,və kondensatordan ibarət sistem kimi nəzərə almaq olar.



Səkildən gorundüyü kimi xəttdə hər bir düyün üçün siqnal müəyyən riyazi dəyişikliyə uğrayır. Bu proses bütün xətt boyu baş verdiyindən yekunda alınan siqnal öz əvvəlki formasindan fərqlənir.Ümumiyyətlə isə hər hansı bir spektr rabitə xətti ilə təhrifsiz ,olduğu kimi ötürmək mümkün deyil.Bütün bunlardan başqa isə siqnalin xəttdə daxili parametrlər hesabına təhrif olunmasınfdan başqa xarici faktorlar hesabına da ( maneələr və xarici elektromaqnit dalğaların hesabina əmələ gələn küylər) da dəyişiklər yaradır.



Yüklə 259,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin