XƏTTLƏRİN AMPLİTUD-TEZLİK XARAKTERİSTİKALARI,BURAXMA ZOLAĞI VƏ SÖNMƏ. Rabtə xəttlərində sinusoidal siqnalların korlanma dərəcəsi xəttlərin amplitud- tezlik xarakteristikaları, buraxma zolağı və sönmə adlanan xarakteristikalarla təyin olunur.
1.Amplitud tezlik xarakteristikaları. Siqnalın amplitud –tezlik xarakteristikası rabitə xəttinin girisinə müəyyən tezlikli siqnalı verdikdə çıxışda siqnalın amplitudasının həmin siqnalın tezliyindən asılı olaraq necə dəyişdiyini göstərir.Çox vaxt siqnalın amplitudası yerinə güc adlanan parametrdən də istifadə edilir. Real xəttin amplitud tezlik xarakteristikasini bildikdə ixtiyari giriş siqnalında xəttin çıxışında alınan siqnalın forması haqda informasiya vermək olar .Bunun üçün giriş siqnalın spektrini təyin edib onun amplitudasını amplitud tezlik xarakteristikasina uyğun harmonikasının tərkiblərinə çevirmək,sonra isə çevrilmiş harmonikaları cəmləyib yekunda çıxış siqnalının formasını tapmaq lazımdır. Verilmiş rabitə xətti üçün qurulmuş ATX –də informasiyanın sıx olmağına baxmayaraq onun istifadə olunması alınmasının çətinliyi səbəbindən mürəkkəbləşir. Başqa sözlə ATX- sını qurmaq üçün xətti ötürülən siqnalın bütün tezlik diapazonuna uyğun sinuslarla testləşdirmək alzım gəlir.aaaaaatest siqnalının tezliyini kiçik fərqlərlə dəyişmək lazım gəldiyindən eksperimentlərin sayının həddən artıq çox olduğu qənaətinə gəlmək olar.Bu səbəbdən də ATX –sı əvəzinə, daha sadə xarakteristikalar olan buraxma zolağı və sönmə kimi xarakteristikalardan istifadə olunur.
Buraxma zolağı Buraxma zolağı dedikdə giriş siqnalinin elə kəsilməz diapazonu başa düşülür ki, bu diapazonda çıxış siqnalın amplitudunun giriş siqnalının ampituduna nisbəti verilmiş həddən yuxarı olsun.Bu hədd adətən 0.5 götürülür. Başqa sözlə desək buraxma zolağı siqnalın elə diapazonuna deyilir ki, bu diapazonda siqnal çox az dəyişikliyə uğrayır.Buraxma zolağını bilərək ATX haqda informasiya demək olar. Sonradan görəcəyik ki, buraxma zolağının eni verilmiş rabitə xətti ilə informasiyanın ötürülmə sürətinə çox ciddi təsir edir.
SÖNMƏ Sönmə rabitə xətti ilə müəyyən tezlikli siqnalın ötürülməsi zamanı onun amplitudasinin və ya gücünün azalmasıdır. Sönmə xəttin ATX –nin müəyyən nöqtəsini təyin edir. Adətən rabitə xəttlərinin istismarında ötürülən siqnalın tezliyi əvvəlcədən məlum olduğundan xətt ele seçilir ki, bu tezlikdə ATX daha dik olsun və sonmə bu tezlik oblastina düsməsin.
Sönmə adətən desibellərlə (db) ölçülür.Sönməni (A) ilə işarə etsək onda
A= 10 loq 10 Pçıx/ Pgir Burada Pçıx ötürülən siqnalın çıxışında , Pgir isə girişdə gücüdür.
Göründüyü kimi aralıq gücləndirici olmadıqda kabelin çıxışında amplituda girişə nisbətən böyük olduğundan Sönmə həmişə mənfi qiymət alır.