İnformasiya və komputer texnikası” kafedrası Quliyev R. Y. “ Kommunikasiya vasitələri”



Yüklə 259,71 Kb.
səhifə5/16
tarix09.05.2023
ölçüsü259,71 Kb.
#126651
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   16
kom vasit\'

GÜCÜN MÜTLƏQ SƏVİYYƏSİ

Gücün mütləq səviyyəsi dedikdə rabitə xəttinə verilən informasiya siqnalının davam etdiyi müddətdə gucun mütləq qiyməti başa düşülür. Gücün mütləq səviyyəsi də desibellərlə ölçülür. Ötürülən siqnalın xəttin sonunda uzun müddətə ölçülən gücünün baza qiyməti kimi 1 mVt götürülərək gücün mütləq səviyyəsi aşağıdakı kimi ölçülür:




p= 10 loq 10 P / 1mVt (dBm)

Burada P siqnalin gücü (millivattlarla),dBm –isə gücün mütləq səviyyəsinin ölçü vahididir (1mVt-a düşən desibel).


Beləliklə ATX ,buraxma zolağı, və sönmə verilən rabitə xətti üçün universal xarakteristikalar olub, bu xəttlə hansı siqnalın ötürülı biləcəyi haqda informasiya almağa imkan yaradır.
Səkil 8-də müxtəlif növ rabitə xəttləri üçün istifadə olunan tezliklər diapazonu göstərilib.

XƏTLƏRİN BURAXMA QABİLİYYƏTİ


Rabitə xətti üçün buraxma qabiliyyəti xətt üzrə verilənlərin ötürülməsinin mümkün olan maksimal sürətini təyin edir. Xəttin buraxma qabiliyyətinin əsas ölçü vahidi bit/san , törəmə vahidləri üçün isə kbit/san , Mbit/san, Qbit /san qəbul edilir.


Qeyd :
Kommunikasiya və şəbəkə sistemlərində buraxma qabiliyyəti kbayt/san ilə götürülə bilməz. Çünki verilənlərin ötürülməsi səbəkə sistemlərində kompüter daxilində olduğu kimi paralel yox ,ardıcıl olaraq yerinə yetirilir. Bu səbəbdən də kbit ,Mbit, Qbit çox ciddi olaraq dərəcələri ilə təyin olunur.Proqramlaşdırmada isə bu həddlər 2-n-n qüvvətləri kimi götürülür.Məsələn 210=1024, 210= 1048576 .Xəttin buraxma qabiliyyəti nəinki onun ATX –sından , həmdə xəttlə ötürülən siqnalın spektrindən asılıdır. Əgər vacib harmonikalar xəttin buraxma zolağına düşürsə , bu siqnal verilmiş xəttlə yaxşı ötürülür və nəticə etibarı ilə son cihazlarda bu siqnal daha yaxşı qavranılır. Əgər vacib harmonikalar rabitə xəttinin sərhədlərindən kənara çıxırsa siqnal kifayət qədər təhrif olunmuş olur.Qəbuledicinin bu siqnalı tanimaqda çətinlik çəkməsi siqnalin ötürülmə sürətini aşağı salır və nəticədə xəttin buraxma qabiliyyəti aşağı düşür (şəkil 9).
Verilmiş rabitə xətti ilə ötürülən siqnalin diskret informasiya şəklində təsviri fiziki və xətti kodlaşdırma adlanır. Ötürülən siqnalın spektri kodlaşdırma üsulunun seçilməsindən asılıdır. Bu səbəbdən də buraxma qabiliyyəti də kodlaşdırma üsulundan asılı olur. Məsələn: cütləşdirilmiş naqil ilə fiziki səviyyənin 10Base-T4 standartı ilə kodlaşdırılmış siqnalın ötürülməsi 10Mbit/s, 100Base-T4 standartı ilə kodlaşdırılmış siqnalın ötürülməsi isə 100Mbit/s olur.
Misal : Şəkildə kodlaşdirma –məntiqi 1 siqnalın müsbət potensialı, məntiqi 0 isə siqnalın mənfi potensialı kimi qəbul olunur.İnformasiya nəzəriyyəsində göstərilir ki, qəbuledilən siqnalın hissolunmayan və gozlənilməyən ixtiyari dəyişiklik öz- özlüyündə informasiya daşıyır. Buna uyğun olaraq amplitud , faza , tezliyi dəyişməyən sinusoidal siqnal heç bir məlumat daşımır,lakin onun hər hansi bir səkildə dəyişməsi əvvəlcədən proqnozlaşdirilan olur. Məsələn: kompüter şinində takt impulsları zamandan asılı olmayaraq dəyişmədiyindən o heç bir informasiya daşımır. Lakin şində informasiya daşıyan siqnalın peyda olmasıni əvvəlcədən demək olmur. Bu siqnallar ayrı-ayrı bloklar arasinda informasiya mübadiləsində iştirak edirlər. Kodlaşdırmanın əksəriyyətində periodik siqnalın hər hansı parametrinin –tezlik,faza, amplitudunun və ya impuls ardıcıllığının potensialının işarəsinin dəyişməsindən istifadə edirlər. Parametrləri dəyişən periodik siqnala daşıyıcı siqnal deyilir. Əgər siqnal dəyişəndə onun ancaq iki vəziyyəti arasında fərqi ayırd etmək olur ,onda bu cür dəyişmə ən kiçik informasiya vahidinə- `bit`-ə bərabər olur.Əgər siqnal 2-dən çox ayird edilə bilən hallara malik olursa , onun dəyişməsi bir neçə bit informasiya daşıyır.
Daşıyıcı periodik siqnalda vahid zamanda informasiyanin dəyişməsi miqdarı bod-larla təyin olunur. İnformasiya siqnalının dəyişməsinin iki qonşu halı arasındakı period takt adlanır. Buraxma qabiliyyətinin bit/san-ilə və bodlarla qiymətlərində fərqlər olur.Belə ki, kodlaşdırma üsulundan asılı olaraq bit /s –boda nəzərən böyuk qiymətlər ala bilər. Əgər siqnal 2-dən yuxarı fərqli hala malik olursa bit/s bod-a nisbətən böyük olacaq. Məsələn: daşıyıcı siqnalda informasiya parametri olaraq fazavə amplitud götürülərsə 4 faz vəziyyəti və 2 amplitud qiyməti nəzərə alsaq ,fərqli halların sayı 8 olacaq. Bu halda 2400 bod sürəti ilə işləyən modem informasiyanı 7200 bit/s sürəti ilə ötürür. Belə ki, siqnalın vəziyyətinin 1 dəfə dəyişməsi 3 bit informasiyanin ötürülməsi deməkdir.
İki müxtəlif hallara malik siqnallar üçün isə vəziyyət tamam başqa cürdür.Belə ki bu siqnallarda məntiqi 1 vəziyyəti üçün harmonikanın müsbət potensial hissəsi ,məntiqi 0 vəziyyəti üçün siqnalın mənfi potensiallı hissəsi qəbul olduğundan bir vəziyyətdən digərinə keçərkən 3 potensial vəziyyəti keçməli olur ki, bu da xəttin buraxma qabiliyyətini 2 dəfə aşağı salır.Bu zaman isə
Bodların sayı sabit olaraq qalır. Buraxma qabiliyyətinə tək fiziki kodlaşdirma yox , həm də məntiqi kodlaşdirma da təsir edir.Məntqi kodlaşdırma fiziki kodlaşdırmaya qədər aparılır.Bu kodlaşdırma zaman ıçıxış informasiya biti eyni informasiyanı daşıyan ,lakin digər xüsusiyyətləri özündə daşıyan ( məsələn: son qurğuda informasiyanın qəbulu zamanı səhvlərin təyini üüçün istifadə olunan kod) yeni ardıcıl informasiya bitinə çevrilir.Bu cür kodlaşdirmada hər bir bayt informasiya siqnalını bir bit cütlük müşaiyyət edir.Məntiqi kodlaşlaşdirmaya misal olaraq ümumi kanal ilə vacib informasiyaların şifrələnməsini də göstərmək olar. Məntiqi kodlaşdırmada iformasiya biti daha uzun ardıcıllıqla əvəz olunduğundan xəttin buraxma qabiliyyəti faydalı informasiyaya nəzərən buna mütənasib olaraq azalır.



Yüklə 259,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin