İnformasiyanın kodlaşdırılması Heydərli UrfastrreplN



Yüklə 79,59 Kb.
səhifə1/6
tarix03.10.2023
ölçüsü79,59 Kb.
#129638
  1   2   3   4   5   6
İnformasiyanın kodlaşdırılmas Urfan


İnformasiyanın kodlaşdırılması

Heydərli Urfan


P L A N
1.İnformasiyanın kodlaşdırılması
2. İnformasiyanın kodlaşdırılması sistemləri
3.Ədədlərin kodlaşdırılması
4.Mətn və digər verilənlərin kodlaşdırılması

İnformasiyanın kodlaşdırılması
Kodlaşdırma – informasiya obyektləri elementlərinin verilənlər elementləri kimi təqdim edilməsinin idarəedilən prosesidir.
İnformasiya obyekti – informasiya xassələri nöqteyi-nəzərindən öyrənilən əşyalar, proseslər, maddi və ya qeyri-maddi xassəli hadisələrdir.
İnformasiya məlumatlar şəklində hər hansı informasiya mənbəyindən onu qəbul edənə (qəbulediciyə) onlar arasındakı rabitə kanalı vasitəsilə ötürülür.
Məlumatı – informasiyanı ötürməyi təmin edən hər hansı fiziki kəmiyyətin zamana görə dəyişməsi siqnal adlanır. Siqnalın məlumatı təqdim etmə xassəsinə siqnal parametri deyilir.
İnformasiya parametrlərinin strukturundan asılı olaraq siqnallar diskret, kəsilməz və diskret-kəsilməz ola bilərlər.
Kəsilməz məlumatı diskretə çevirmək (diskretləşdirmək) olar. Bunun üçün siqnal parametri adlanan funksiyanın sonsuz qiymətləri çoxluğundan onun qiymətlərini xarakterizə edən müəyyən qismi seçilir.
İstənilən məlumat hər hansı əlifbanın simvollarının yığımı vasitəsilə diskret şəkildə təsvir oluna bilər.
İnformasiyanın kodlaşdırılması metodu – yazılan informasiya obyekti elementlərilə yazma nəticəsində alınmış verilənlər elementləri arasındakı uyğunluqdur.
İnformasiyanın kodlaşdırma metodlarını əlverişli şəkildə aparmaq üçün onları kateqoriyalara bölmək lazımdır. Bu kateqoriyalar rolunu kodlaşdırma sxemləri yerinə yetirir. Üç əsas kodlaşdırma sxemi vardır: analoq, cədvəl və rəqəm.
Analoq kodlaşdırma sxemi təsvirin, səsin, videonun qeyri-rəqəmsal yazılmasında tətbiq edilir.
Cədvəl kodlaşdırma sxemindən qeyri-avtomatlaşdırılmış ictimai informasiya mübadiləsində daha çox istifadə edilir.
Cədvəl kodlaşdırma sxemində iki müstəqil kateqoriya ayrılır:
1) Cədvəl-simvol kodlaşdırma;
2) Cədvəl-rəqəm kodlaşdırma.
Cədvəl-simvol kodlaşdırma sxemi bilavasitə informasiya mübadiləsində işlədilir. Cədvəl-rəqəm sxemi isə insanlar arasında hesablama texnikası vasitələrinin köməkliyi ilə aparılan informasiya mübadiləsidir. Yəni, cədvəl-rəqəm kodlaşdırması istifadəçinin avtomatlaşdırılmış sistemlə qarşılıqlı əlaqəsi prosesində istifadə edilir.
Cədvəl kodlaşdırılması – siqnal elementlərinin mövcud model nümunələri ilə dövri olaraq müqayisəsinə əsaslanır. Müqayisə periodik olduğundan nəticələr diskret verilənlərin ardıcıllığı kimi formalaşdırılır. Bu ardıcıllıq verilənlərin seçilməsi adlandırılır. Verilənlərin seçilməsi ya soraq cədvəllərindən götürülmüş model nümunələrindən (cədvəl-simvol kodlaşdırması), ya da soraq cədvəllərində həmin nümunələrin mövqeyini göstərən rəqəm kodlarından (cədvəl-rəqəm kodlaşdırması) ibarətdir.
Rəqəm kodlaşdırma sxemi hesablama texnikasının proqram və texniki vasitələrinin qarşılıqlı əlaqəsi şəraitində baş verir. Əgər informasiya teleqrafla, yaxud elektron poçtla göndərilirsə, rəqəm kodlaşdırılması istifadə edilir.







Yüklə 79,59 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin