İnformasiyanın kodlaşdırılması Məmmədov TəbristrreplN


İnformasiyanın işlənməsinin kodlaşdırılması sistemlərinin ümumnəzəri əsasları



Yüklə 18,1 Kb.
səhifə2/2
tarix27.09.2023
ölçüsü18,1 Kb.
#129460
1   2
İnformasiyanın kodlaşdırılmas1 təbriz

İnformasiyanın işlənməsinin kodlaşdırılması sistemlərinin ümumnəzəri əsasları
“İnformasiyanın işlənməsinin kodlaşdırılması sistemləri” fənninin əsas açarlarından biri idarəetmədir. İdarəetmə, mahiyyətcə seçmədir və aşağıdakı 5 elementin məcmusudur:
1. İdarə edilən sistem;
2. İdarəedici sistem;
3. İdarəetmə zənciri;
4. İdarəetmə konturu;
5. İdarəetmə prosesi.
İdarə edilən sistem dedikdə, elə sistem nəzərdə tutulur ki, onda arzu edilən dəyişiklik yalnız başqa sistemin təsiri ilə mümkündür. İdarəedici sistem o sistemdir ki, onun təsiri digər sistemdə arzuedilən dəyişiklik törədir. İdarəetmə zənciri dedikdə, elə sistem nəzərdə tutulur ki, bir sistemin digər sistemə təsiri yalnız onun vasitəsilə mümkün olur. İdarəetmə konturu dedikdə, idarəedici və idarə edilən sistemlərdən, həmçinin, idarəetmə zəncirindən ibarət olan əksəlaqə konturu başa düşülür. İdarəetmə prosesi – idarəetmə konturunda baş verən hadisələrdən əmələ gələn prosesdir.
Kod –assosiasiyada uzununa baş verən dəyişdirmədir. Odur ki, yuxarıda təyin etdiyimiz dəyişdirmə anlayışlarına analoji olaraq: 1.kod assosiasiyası
2.kod,
3.qeyri-trivial kod
4.trivial kod
5.tamoxşar kod
6.eyniqiymətli kod,
7.kodun əks kodu,
8.əməli 26 kod,
9.əks-əməli kod,
10.əsas kod,
11.əks əsas kod
12.assosiasiyalanmış kod
13.kod zənciri
14.tamamlayıcı kod
Kod assosiasiyası dedikdə, uzununa xəbərlər çoxluğundakı xəbərlər assosiasiyası nəzərdə tutulur.
Kod dedikdə, kod assosiasiyasında bir xəbərin digər xəbərə dəyişdirilməsi başa düşülür.
Qeyri-trivial kod - qeyri-trivial dəyişdirmənin, trivial kod – trivial dəyişdirmənin, tamoxşar kod – tamoxşar dəyişdirmənin, eynimənalı kod – eynimənalı dəyişdirmənin kodudur.
Kodun əks kodu o koddur ki, onu ikinci xəbərə tətbiq etdikdə ilkin xəbər alınır. Məsələn, xəritədə ərazi axtarışı həmin ərazinin xəritəyə götürülməsi kodunun əks kodudur. Azərbaycanca-Rusca lüğətdəki sözlərdən ibarət kodlar çoxluğu Rusca-Azərbaycanca lüğətdəki sözlərdən ibarət kodlar çoxluğunun əks kodlarıdır. İkinci xəbərin dəyişdirmə nəticəsi olub-olmaması formal cəhətdən elə bir əhəmiyyət daşımasa da, təcrübədə ikinci xəbərin alınması prosesinin qabardılması xeyli vacibdir ki, buna da kodlaşdırma deyilir.
Əməli kod - əməli dəyişdirmə kodudur.
Əks-əməli kod – verilmiş əməli koda əks olan əməli dəyişdirmənin kodudur.

Ədəbiyyat
İnformasiyanın işlənməsinin kodlaşdırılması (ders vəsaiti)_Bayramov Qasım, İsa Musayev, Hafiz Bayramov
Yüklə 18,1 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin