İnformasiyanın kodlaşdırılması Təmrazlı ŞamistrreplN



Yüklə 20,81 Kb.
səhifə1/2
tarix30.09.2023
ölçüsü20,81 Kb.
#129581
  1   2
İnformasiyanın kodlaşdırılmas1Şamil


İnformasiyanın kodlaşdırılması

Təmrazlı Şamil


P L A N
1.İnformasiyanın kodlaşdırılması və ölçü vahidləri.
2.Kodlaşma prosesi
3. Say sistemləri və verilənlərin kompyuterdə təsviri


İnformasiyanın kodlaşdırılması və ölçü vahidləri.
Mürəkkəb idarəetmə sistemləri ancaq informasiya əsasında fəaliyyət göstərir. Ona görə də informasiyanın ölçülməsi prosesi meydana çıxır. Tutaq ki, m simvoldan n elementli sözlər müəyyən məlumatlar çoxluğunu (N) təşkil edir. Onda bu çoxluğu təşkil edən sözlərin ümumi sayı N=mn şəklində olar. m=2, n=3 olarsa N=23 =8 olar.
Düsturdan göründüyü kimi məlumatların sayı onun elementləri ilə eksponensial asılılıqla ifadə olunur.
1928-ci ildə Amerika alimi R.Xartli informasiyanın miqdarının müəyyən olunması üçün aşağıdakı düsturu təklif edir:
l=loq2N
Xartlinin verdiyi düstura əsasən ən kiçik informasiya vahidi qəbul edilmişdir. Belə ki, n=1, m=2 olarsa l=loq2N=1loq22=1 (əgər m=1 olarsa l=0 olar). Beləliklə l=loq22=1
1948-ci ildə Amerika alimi K.Şennon informasiyanın orta miqdarını müəyyən etmək üçün aşağıdakı düsturu təklif etmişdir.

Burada P1,…Pn aparılan sınaqların sayıdır.
Əgər hadisə eyni ehtimallıdırsa P1=P2= Pn=1/N onda, P1,…Pn bərabərdirsə onda onlar da 1/N bərabərdir. İnformasiyanı ölçmək üçün ən minimal informasiya vahidi kimi Şennonun təklifi ilə bit (ingilisjə binary digit (ikilik rəqəm) sözundən) qəbul edilmişdir. 8 bitimiz 1 bayta bərabərdir. Beləki 256 sivolluq klaviatura alfavitini kodlaşdırmağa 8 bayt kifayyətdir (256=28 ).
Kodlaşdırma prosesi
Kodlaşdırma informasiyanın avtomatlaşdırılmış işlənməsi prosesinin sürətləndirilməsinə və asanlaşdırılmasına imkan verir. Belə ki, bu halda informasiya elementlərinin çeşidlənməsi və qaydaya salınması, yadda saxlanılması, axtarılması, işlənməsi və ötürülməsi prosesi əhəmiyyətli dərəcədə asanlaşır və tez başa düşülür.
Kodlaşdırma qarşısında aşağıdakı tələblər qoyulur:
- Kod elə tərtib olunmalıdır ki, zəruri informasiya çeşidlənmə prosesində avtomatik qruplaşdırla bilsin;
- Müxtəlif dərəcəli yekunların alınması mümkün olsun;
- İşarələrin sayı məhdud olsun;
- Tərtibat da sadə, yadda qalan və aydın olsun;
- Nomenklaturanın genişləndirilməsi üçün ehtiyat nömrələr nəzərdə tutulmuş olsun.
Kodlaşdırma prosesi sistemli yanaşmanı tələb edir, başqa sözlə proses müəyyən sistemlər üzrə həyata keçirilməlidir. Kodlaşdırma sistemi informasiya vahidlərinə müəyyən qaydada şərti işarələrin verilməsi sistemidir. Səviyyələr üzrə-ölkə sahə yerli (lokal) və s. kimi kodlaşdırma sistemləri fərqləndirilir. Kodlaşdırma sistemlərini təsnifləşdirmək üçün aşağıdakı əlamətlərdən istifadə oluna bilər:
-İşarələrin forması; -İşarələrin sayı (bir işarəli, çox işarəli);
-Qurulma formaları (xətti,şahmat) və s. 8 Müxtəlif kodlaşdırma sistemlərinin uzlaşdırılmasından kombinələşdirilmiş sistemlər qurula bilər. EHM-lər üçün kod simvollarının standartlaşdırılması üçün ilk təşəbbüs 1963-cü ildə edilmiş və ASCİİ-nin («aski» kimi tələffüz edilir) birinci versiyası yaradılmışdır. Bu versiyada kod sisteminin çatışmamazlığı çox idi. Bu standart teleqraf kodları əsasında hazırlanmışdır. 1968-ci ildə ASCİİ-nin ikinci versiyası hazırlandı. Standartın tam adı belədir: Ameracan Standart Code for İnformation İnterchange
– Daxili informasiya mübadiləsi üçün standart ABŞ kodu. Standart ABŞ Milli Standartlaşdırma İnstitutu (ANSİ- American National Standart İnstitute) tərəfindən işlənmişdir. ASCII 2007-ci ilə qədər geniş surətdə istifadə olunmuşdur. ASCİİ-nin birinci 32 kodu (0-dan 31-ə qədər) çap işarələrilə göstərilmir. Bu sahə xüsusi simvollarla yerləşdirmək üçün ayrılmışdır. Belə simvollara aiddir:
- idarəedici kodlar (uzaq qurğuları (məs: printer) idarə etmək üçündür).
- formatlaşdırma kodları (məlumatın xüsusi tərtibatı üçüdür).
- ayrıcı kodlar (ötürülən verilənlər yığımını stuuktlaşdırmaq üçündür).
ASCİİ-dən başqa, SSRİ-də vaxtilə tətbiq edilən səkkiz dərəcəli (28=255) kodlaşdırma sistemi (256 müxtəlif vəziyəti olan simvola bir bayt artırılır, iki simvollu yazı yığımı (məsələn, rus və ingilis həriflərini paralel kodlaşdırmaq olar). İngilis dili hissə cədvəlin aşağı hissəsində, yəni 0-dan 127-ə qədər, rus dili hissə cədvəlin yuxarı hissəsində (128-dən 255-ə qədər) kodlanır. İSO-88-59 – slavyan yazı işarələrinin kodlaşdırılması üçündür, xüsusilə İBM PC-larda az istifadə edilir;
Windows-1251 – Microsoft firması tərəfindən işlənmiş korporativ standartdır, sənədlərlə işin avatomatlaşdırılması üçündür, əksər İBM PC platformalarında tətbiq edilmişdir — Word, Excel, Access kimi proqramlarda daha geniş istifadə olunur; KOİ8R-1974-cü ildə SSRİ Dövlət Standartlaşdırma Komitəsi tərəfindən təsdiq edilmişdir, UNİX əməliyyat sisteminin idarəsi altında işləyən şəbəkə EHM-lərində istifadə edilir.

Yüklə 20,81 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin